sc

Səfər cəld pilləkanlardan aşağı düşdü, nişanlısını sirkələdi.
– Fidan, Fidan oyna, gözünü aç.
Fidan əliylə başını tutub zarıdı.
– Başım çox pis ağrayır.
Səfər Fidanın ayağa qalxması üçün kömək edirdi.
– Qalx ayağa, səni aparacam həkimə. Səni bu vəziyyətdə qoya bilmərəm.
Fidanın üzü-gözü qan içindəydi.
– Lazım deyil.
– Qalx deyirəm, həkimə getməliyik. Üzün-gözün də pis gündədir. Özümü idarə edə bilmədim.
– Bizi yaradana and olsun, sənə xəyanət eləməmişəm.
Səfər artıq daha da əsəbləşirdi.
– Səsini kəs, eşit məni. Gedirik.
Səfər Fidanı xəstəxanaya gətirdi. Həkim Fidanın üzünə baxıb Səfərin yanında soruşdu:
– Səni kim bu günə qoyub belə?
Səfər başını aşağı salmışdı, Fidan yalan danışmalı oldu. İstəmirdi sevdiyi kişini pis vəziyyətdə qoysun.
– Yolda siqanlar pulumu istədilər vermədim. Tökülüşdülər üstümə.
Həkim – Vəhşi uşağı, vəhşi
Tibb bacısı Fidanın üzünə dərman vurdu.
Tibb bacısı – Bu dərmanı vururam ki, üzünün şişi tez yatsın.
Fidan – Çox sağ olun.
Müayinədən sonra məlum oldu ki, Fidan başından zədə almayıb. Səfər həkimə yaxınlaşdı.
– Həkim, dəqiq heç nəyi yoxdur? Yəni, lazımdırsa xəstəxanada yata bilər.
– narahat olmayın, nişanlınızda ciddi elə də heç nə yoxdur. Bir az üzü göyərəcək, o da iz qalmayacaq.
– Çox sağ olun.
Səfər lazım olan xərcləri xəstəxanaya ödəyəndən sonra Fidanla birlikdə maşında oturdular. İkisi də susurdu. Səfər maşını Fidangilin məhləsindən bir az aralıda saxladı. Fidan uşaq kimi ağlayırdı.
– Mən sənə xəyanət etməmişəm. Həmişə sadiq qalmışam.
Səfər cibindəki şəkili çıxardıb Fidana uzatdı.
– Sənin yerində olsaydım, utandığımdan susardım.
Fidan şəkili almamış baxdı.

– O gün məni aldatdılar. Avtobus gözləyəndə…
– Aldadıb şəkilini çəkdilər? Lap aldatdılar, bu əclafın səni qucaqlamağına nə deyirsən? Elə yalan danış ki, inandırıcı olsun.
Fidan hönkürə-hönkürə ağladı. Bilirdi ki, Səfərə nə desə inanmayacaq. Qarşında dayanan insanın sənə qarşı inamı itibsə, yoxdursa, özünü müdafiə etməyin heç bir mənası yoxdur.
Səfər barmağından üzüyü çıxardıb Fidana uzatdı.
– Səni döydüyüm üçün bağışla məni.
Səfərin gözləri doldu.
– Sənə canımı da etibar edərdim. Desəydilər öl Fidan üçün… Ölərdim. Sən nə etdin? Başqa kişiyə görə …
Səfər cümləsini tamamlaya bilmədi. Üzüyü Fidanın qucağına atdı, başını rola söykəyib ağladı. İkisi də ağlayırdı. Fidan son dəfə sevgilisinin üzünə baxa-baxa öz növbəsində nişan üzüyünü barmağından çıxartdı, Qucağındakı üzüyü də götürüb maşının qapısını açdı, maşından düşdü, oturduğu yerə üzüklərin ikisini də qoydu. Qırıq-qırıq da olsa sözlərini deyə bildi.
– Tanrıya and içdim inanmadın. Sənin hələ həyat təcrübən yoxdur. Olsaydı, qarşındakının yalan danışıb-danışmadığını bilərdin. Bir gün həqiqətləri öyrənəcəksən. Onda ikimiz üçün də gec olacaq. Xoşbəxt ol Səfər. Bizi ayıran ayırdı, təki sən xoşbəxt ol.
Fidan maşının qapısını örtdü. İki addım atmışdı ki, Səfər maşını sürüb, uzaqlaşdı. Maşın gözdən itənəcən Fidan baxdı. Sonra göz yaşlarını sildi, məhlələrinə tərəf getdi. Qapılarına yaxınlaşanda qonşular qapının ağzına yığışmışdı. Təhminə də qapının ağzındaydı, ağlayırdı. Fidanı görəndə ona yaxınlaşdı. Fidanı ağlamaq tutdu.
– Təhminə, nə olub? Anam, anam hardadı?
Təhminə istəmirdi Fidan evə girsin, qolundan tutmuşdu.
– Evə girmə, xahiş edirəm, burda dayan.
– Nə olub axı? Anama nə olub? Ana… Ana…
Fidan Təhminəni itələyib qonşu uşaqlarının, cavan gəlinlərin arasından keçib içəri keçdi. Anasının üzünü ədyalla örtmüşdülər. Qonşuları Cəmilə, digərləri ağlayırdı.
Cəmilə Fidana yaxınlaşdı.
– Qızım, həyatdı. Allah rəhmət eləsin.
Fidan həyəcandan kəkələdi – Necə yəni rəhmət eləsin? Kimə rəhmət eləsin?
Təhminə də evə girdi. Fidan anasının qucağına qaçdı. Ədyalı anasının üzündən çəkdi. Anasını qucaqlayıb hönkür-hönkür ağladı. Ağlaya-ağlaya deyirdi.
– Niyə? Niyə məni tək qoydun ana? Qızını kimsəsiz qoyub hara gedirsən? məni də özünlə aparaydın heç olmasa. Kaş yerinə mən öləydim, gözəl anam. Yazıq anam, bəxtsiz anam.
Təhminə Fidanı sakitləşdirməyə çalışır.
– Qurban olum Fidan, üzünü ört ananın, günahdı.
Təhminə Fidanı meyiddən aralaşdıranda Cəmilə ədyalla Çiçəyin üzünü örtdü.
Axşamı Çiçəyi qonşu kişiləri yaxınlıqdakı qəbirstanlıqda basdırdılar. Fidan tabutun arxasınca getmək istəyirdi, Təhminə, qonşular tutub saxlayırdı. Səhərisi gün qonşulara yüngül halva verəndən sonra, Fidan Cəmiləyə yaxınlaşdı.
– Cəmilə xala, anama birdən birə nə oldu axı. sağlam idi, nə oldu?
– Təzyiqi qalmışdı. Həkim çağırdıq, dedi beyninə qan sızmışdı. Allah rəhmət eləsin, ölməmişdən əvvəl çox əsəbiydi. Öz-özünə deyinirdi.
– Aydındı.
Fidan astaca Təhminəyə – Anamın ölümünə bais Cəmilədir. Anamı da əlimdən aldı. Allah onun bəlasını versin. Mənə möhtac eləsin.
– Ağlama. Bir azdan qonşular gedəcək, mən də tək yaşayıram. Mənimlə yaşayarsan?
– Yaşayaram. sağ ol ki, yanımdasan.
Axşama yaxın Təhminə Fidanın paltarlarını səliqəli çamadana yığıb birlikdə onun yaşadığı evə gəldilər. Fidan divanda oturub ağlayırdı. Təhminə onu sakitləşdirib dedi:
– Əziz bacım, səni başa düşürəm, təsəlli veriləsi bir şey də yoxdur ki, təsəlli verim dincəl. Heç kim bu dünyanı tutub getmir. İndi keçək əsas məsələyə. Orda qonşuların da pıçıldaşırdılar ki, bu qız niyə bu gündədi? Üzünə nə olub belə? Gözünün, çənənin altı göyərib.
– Səfər elədi.
Təhminə təəccübləndi: – Nə? Səfər qayıdıb?
– Qayıdıbda, çəkilən şəkil göstərilibdə. Qısası, tələyə mən yox, o düşdü.
– Nə axmaq adamdı? Elə bil atasının oğlu deyil.
Fidan Təhminəyə baxdı.
Təhminə – Elə baxma, səni yox, məni zorlamışdılar. Kərim yenə də məni tutdu, anlayırdı.Sadəcə bir-birimizin üzünə baxa bilmirdik. Sən ki bakirəsən. Yəni o qədər ağılsız oğlandı ki, səni aparmadı həkimə?
Fidanın gözləri təzədən doldu. Üzünü ovucklarında gizlətdi. Təhminə şübhələndi.
– Olmaya aranızda nə isə olub? Fidan, sən bakirə deyilsən?
Fidan susurdu, ağlayırdı. Təhminə hər şeyi anlamışdı, Fidanı qucaqladı…
– Can, can… Yaxşı sakitləş, ağlama.
***
Kərim qapıdan içəri girəndə qızını sevinclə Lamiyəni qucaqladığını gördü. Qızlar Kərimi görəndə ikiqat sevindilər, qucaqlaşıb görüşdülər.
Kərim – Xeyirdimi Aybəniz, nəyə sevinirsən?
Aybəniz bir az çaşdı – Şeyə, Lamiyə ilə plan qururduq. Nə iş görsək uğur qazanarıq?
– İmtahanlarının cavabı çıxmadı?
– Yox hələ. Gözləyirik.
– Anangil hardadı?
– Səfər gecədən gəlməyib. Anam da Aynur xalayla bacısıgilə getdi.
Kərim çəmədanını götürüb ikinci mərtəbəyə qalxa-qalxa:
– Lap yaxşı, mən yatıram, Səfərlə anangil gələndə oyandırarsınız məni.
Aybəniz – Yaxşı.
Kərim otağının qapısını örtəndə Lamiyə Aybənizə dedi:
– Maşallah, yalan danışmağı əla bacarırsan.
– Neyləməliyəm? Deməli deyiləm ki, nəvənin atası zəng eləyib evlənmək istəyir.
– Yavaş danış, eşidər. Elçinin sənəti nə idi?
– Mühəndis.
– Hmm. Bəxti gətirib, Kərim dayı kimi qaynatası olan kürəkən getdi qabağa.
– Cəhənnəm olsun, təki adım çıxmasın. Yaxşı ki, zəng elədi. Yoxsa Rafiqədə yazığım gəlirdi. Məcbur idi məni almağa.
– Onu düz deyirsən.
Lamiyə Aybənizin üzünə deməsə də ürəyində öz-özünə dedi: – Növbə mənimdir. Elçin sənə, Səfər də mənə qismət olar.
***
Rafiq maşını həyətə saldı. Aynurla Cəmilə maşından düşdülər. Cəmilə Aynura – Sən içəri keç gəlirəm.
Aynur – yaxşı – deyib evə girdi. Cəmilə Rafiqin qarşısına keçdi.
– Dediklərimi dərindən düşünmüsən?
Rafiq başını aşağı saldı.
– Bacarmaram, inciməyin. Qızınız o səhvi özü edib. Bunda mənim heç bir payım yoxdur.
– Bilirəm. Axmaq mənim qızım olub. Mən səndən bu yaxşılığı özüm üçün, ağılsız qızım üçün istəmirəm. Kərimə görə istəyirəm. Axı, ailənizə uşaqlıqdan kömək edib. Keçən il bacının uşağının əməliyyatına da pul verib. Evlən, sonra boşanarsan.
– Bəs uşaq? O uşaq mənim deyil,soyadımı verəcəm, atam,anam nəvələri kimi həmişə əzizləyəcəklər. Heç Kərim dayı özü razı olmaz bu məsələyə.
– O barədə narahat olma. Səndən yaxşısını tapacaq?
– İnciməyin, bacarmaram. Qızınıza başqa ər axtarın.
– Ağılsızlıq edirsən. Qızımla evlənsən elə bilirsən ki, sürücü işləyəcəksən? Kərim səni haralara aparacaq, xəbərin yoxdur.
– Onsuzda işdən çıxacam. Bundan başqa Cəmilə xanım sevdiyim qız var. Qızınızla evlənsəm o qızın üzünə baxa bilmərəm.
– Lap yaxşı, çıx. Mən də Kərimə deyəcəm ki, qızımızı hamilə qoyub, işdən çıxmaqla canını qurtarmaq istəyir. Sən o uşaq doğulanacan ya türməliksən, ya da evlənəcəksən. Elə bilirsən imkan verərərəm həqiqət üzə çıxa? Yaxşı fikirləş. Ağlın ona-buna getməsin. Mənim adım Cəmilədir.
Rafiq ağzı açıq Cəmiləyə baxdı. Cəmilə evə tərəf getdi. Rafiq düşünürdü ki, doğrudan da Cəmilə təhlükəli qadındır.
***
İki gündən sonra Səfər gecə evə gəldi. Kərimdən başqa hamı yatmışdı. Qonaq otağında televizora baxırdı. Kərim oğlunu görəndə təəccübləndi.
– Sənə nə olub belə? İki gün görməmişəm arıqlamısan. Gözlərin də şişibdi.
Səfər atasını qucaqladı, uşaq kimi ağladı. Kərim də kövrəldi.
– Nə olub oğlum. Fidanla dalaşmısız?
– Ölmək istəyirəm ata. Dözə bilmirəm.
– Nə olub axı?
– Evdə danışmaq istəmirəm.
– Yaxşı, evdən çıxaq. Rahat bir yerə gedək.
Qapının ağzından ata-oğulun söhbətini eşidən Cəmilə dilləndi.
– Lazım deyil Kərim. Özüm sənə demədim ki, oğlundan eşidəsən.
– Nə olub?
– Oğlun nişanı qaytarıb.
Kərim oğluna baxır.
– Anan düz deyir?
Səfər – Məcbur idim. Mənə xəyanət eləmişdi. Sübutlarım da var.
Kərim təəccübləndi – Fidan sənə xəyanət edib? Bu mümkün deyil. O qız səni sevirdi.
Cəmilə – Görünür sevməyib.
Kərim diqqətlə Cəmiləyə baxır, oğluna deyir.
– Bəlkə tələ qurublar, gözünlə görmüsən?
Səfər cibindən çıxartdığı şəkili atasına göstərir. Kərim şəkilə baxanda susur, heç nə deyə bilmir. Bir az keçəndən sonra Cəmilə dillənir.
– Mən deyirdim ata-bala inanmırdınız.
Kərim – Bu kişi kimdir bunu qucaqlayıb?
Səfər – Sevgilisidir. Əclafın özüylə danışmışam. Fidanı tanıdığını dedi. Fidan da şəkilə baxanda cavab verə bilmədi.
Kərim – İnanmaq çətindir.
Cəmilə – Niyə yalan deyim, mən də gözləmirdim. Həqiqətən Səfəri sevdiyinə inanmışdım.
Kərim heç nə demədi, bir oğluna , bir arvadına, bir də əlindəki şəkilə baxırdı.
***

Kərim səhərisi gün Çiçəkgilin yaşadığı məhləyə gələndə qonşular Çiçəyin vəfat etdiyini, Fidanın isə bir qızla qoşulub getdiyini dedilər. Qonşu Cəmilə dedi:
– Bizim hamımıza təəccüblü gələn o oldu ki, qızın anası vəfat etdi, nə nişanlısı, nə də onlardan bir nəfər də olsun gəlmədi. Yeganə adamsınız ki, maraqlandınız.
Kərim – Mən burda yoxuydum. Təzə qayıtmışam.
Kərim qonşularla sağollaşıb maşına oturdu. Onu bəyaqdan maşında gözləyən Rafiqə dedi.
– Burda nə isə var, özümdə bilmirəm. İnanmıram Fidan pis yolun qadını ola.
– Niyə yalan deyim, mən də inanmıram.
– Yadında saxla, bu dünyanın sirri elə bu dünyadada açılır. Təhminə də buxar olub göylərə qalxıb.
– Əvvəl işlədiyi iş yerlərinə getdim. Ora qayıtmayıb.
– Taparıq, sür gedək, şəkilin arxasındakı ünvana gedərsən. Özünlə iki adam götürərsən.
– Aha.
– Əgər Fidanın bu adamla əlaqəsi varsa, onda biləcəyik həqiqətdi, ya yox.
– Baş üstə.
***
Təhminə televizorda ərəb rəqsinin incəliklərini izah edən qadını dinləyir, onun hərəkətlərini təkrarlayırdı. Fidan Təhminəyə baxıb gülürdü.
– Ay qız, özünü güldürmə, əynini geyin, özümüzə iş tapmalıyıq. Ev dədəmizin evi deyil e, kirayədi.
– Düz deyirsən, özümüzə mütləq iş tapmalıyıq. Gərək ərəb rəqsinin üstünə düşüm ki, yaxşı oynaya bilim.
– Necə? Göbəyini açıb rəqs edəcəksən? Soyunacaqsan?
– Başa düşmədim, ərəb rəqsi edən soyunur ki? Lap dəhşətsən. Bizimkilərin soyunmağına baxma. Ərəblərdə rəqqasələr soyunmur.
– Həə? Mən hardan bilim?
Birdən Təhminə qışqırdı.
– Fidan.
Fidan dik atıldı.
– Nə olub? Sən niyə qışqırdın?
– Sənin vəsiqən o əclafda qalıbdı. Axı, sən çantanı götürməmişdin.
Fidan oturduğu yerdən ayağa qalxır.
– İndi mən nə edim?
– Vəsiqəni o əclafdan almaq lazımdır.
– Necə? Ora getsək çıxa bilmərik.
– Gedəcəyik. Bu dəfə biz Mahmudu tələyə salacağıq. Paltarlarımızı dəyişək, çıxaq.
– Mən qorxuram.
– Qəti qorxma, bizim itirəcəyimiz nəyimiz var axı? Heç nə. Yadında saxla, itirməyə heç nəyi olmayan adamın əlində həmişə kozları olur. Bunu bir kitabda oxumuşdum. Biz o alçağın yanına gedəcəyik, işsiz olduğumuzu deyərik. O bizə qızlarından biri kimi baxacaq. Onlar bizimlə oynayan kimi oynayarıq.
– Nə danışırsan? Bunu bacarmaram.
– Bacarmalıyıq. İndi sənəd-sünəd işi düzəltmək çətindir. O şərəfsiz məni zorlayıbdır, səni də nişanlının gözündən salıbdı. Nədi? deyirsən, gözünün altına birini ilişdirməyək? Yaman qorxaq qızsan.
Fidan tərəddüd edirdi, bilmirdi razı olsun , ya yox…

Ardı var…