Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
DEYİR
Yuxudan oyanıb ağsaçlı dağlar,
Gəlintək nazlanır ayna bulaqlar.
Yam-yaşıl səməni, zümrüd oylaqlar,
Ay şair mehmanım, olasan deyir.
Lalələr hər yanı qana boyayıb,
Süsənlər saçların hörüb, darayıb.
Nərgizlər ətrini çəmənə yayıb,
Buludtək boşalıb, dolasan deyir.
Güllü don geyibdi yallar, yamaclar,
Gəlintək bəzənib kəklik, turaclar.
Rəbbə dua edən kollar, ağaclar,
Qonçəmdən arıtək, çalasan deyir.
Gicitkən, itburnu, quzuqulağı,
Əsgərtək qoruyur, mərcan bulağı.
Buz sudan allanan, zanbaq yanağı,
Üzümdən bir busə, alasan deyir.
Könül hər çiçəkdən, bir buta dərir,
Öpüb əzizləyir, həsrət didərir.
Kəkotu daş altdan, boyun göstərir,
Məndən də, gül, yarpaq, yolasan deyir.
Vaxt, zaman necə də, su kimi axdı,
Çatdı geri dönmək,ayrılıq vaxtı.
Qoca dağ Dövrana, həsrətlə baxdı,
Güzarı qoynumdan, salasan dedi
04.03.2016.
SƏMƏD VURĞUNA
/”Şair,nə tez qocaldın sən?!/
Dədə Vurğun döğru deyir,
“Şair olan qəm də yeyir.
Şair qəlbi dərd kanıdır,
Sehirli, sirr məkanıdır.
Qəlb sədası hər bir şeir
Pıçıldayır mənə pəsdən:-
“Şair, nə tez qocaldın sən?!”
Heyran- heyran hey ğəzdiyim,
Sinəsində ot əzdiyim.
Zümrüd meşə göy yaylaqdan,
Qarli zirvə, “Zorbulaq”dan,
Hər sətrinə gül düzdüyüm
Duydum qoşma, təcnisimdən:-
“Şair, nə tez qocaldın sən?!”
Hərdən əsir soyuq külək,
Səbəbini biləm gərək.
Ömür boyu sirdaş olan,
Gah boşalan, gah da dolan.
Yurda, elə bağlı ürək
“Üzəvura, deyir hərdən:-
Şair, nə tez qocaldın sən?!”
Yazdıqlarım sərvət, varım,
Nəğməkardır həyat tarım.
Şərəfimlə ömür sürdüm,
Yaxşı gördüm, yaman gördüm…
Hey ox oldum, yayı tarım
Səda gəldi hədəflərdən:-
“Şair, nə tez qocaldın sən?!”
Saç ağartdım, əldə qələm,
Dop- doludur hələ sinəm.
Gur bulaqdır təbim mənim,
Sadiq yarım, hürr vətənim.
Yaratdıqca mənə nə qəm?
Qoy deməsin yarım, Vətən:-
Dövran, “nə tez qocaldın sən?!”…
05.03.2016.