bəstəkarlar ittifaqı
dörd mart, ikimin onaltıncı ildə
külək öpüşürdü
günün ikinci yarısıyla.
pillələr tərləmişdi həyəcandan.
notlar divara pərçimlənib,
pozmuşdu havanın ahəngini.
bir gənc daxil olmuşdu havasızlığa
bəstələr piyanonun üstünə sərilmişdi.
səhnənin tam ortasında həyəcan,
leylək kimi şığımışdı gəncin üstünə.
səndəllər dolmuşdu insan təbəssümüylə.
gəncin jesti üşüdürdü insanlığı.
bircə ümid yeri təbəssümləriydi ki,
gələcəyin ilk addımı, əbəddiyyətə getməsin.
hayqırış, ittiham edirdi cəsarəti ilk sırada.
çox hikkəliydi qadın məkiri…
tənqidlər və təhqirlər
zalın təbəssümünə örtük çəkmişdi.
sonuncü gecəsiydi
bəstəkarlar ittifaqının.
Əsirəm
Bəlkə yüz il quş ömrüm var,
Bəlkə sazaq, qıs ömrüm var,
Bir damla yaqış ömrüm var,
Bir dəfə külək əsirəm.
Bir dəfə kulək əsirəm,
Yüz min iləm, min əsirəm,
Ölümə min yol əsirəm,
Bir dəfə ürək, əsirəm.
Bəlkə seləm, çayam gedən,
Bəlkə ulduz, ayam gedən,
Nəğməyəm, laylayam gedən,
Bir dəfə dilək əsirəm.