____kil

“Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri”İctimai, “İti qələm” ədəbi birliyinin üzvü

Haqqında bəhs edilən itkin şəhər-orta əsr Ağsu Şəhəridir

(Müəllifdən)
Əziz oxucular İtmiş Şəhər kiçik həcmli bədii əsəri mənim yaradıcılığımda ilk nəsr əsəridir. İtmiş Şəhər oçerki tarixi fakt və dəlillərə əsaslanaraq qələmə alınmışdır.
Əsərdə sözügedən Şəhər Qədim Ağsu torpağında yeddi yüz ildən artıq əvəzolunmaz xəzinə kimi gizlənmiş. Uzun illər ictimaiyyətə Xaraba Şəhər kimi təqdim olunan orta Əsr Ağsu Şəhəri Gilan şəhərdir. Əsəri oxuyarkən qarşılaşacağınız təsəvvürlər mənim qədim Ağsu torpağında xəyalən gördüklərimdir. Bu xəyal insanları bəzən çox uzaqlara apara bilər. Bəzən çoxşaxəli fikirlər formalaşdıra bilər. Əsəri yazmaqda əsas məqsədim doğma Azərbaycanımızın dilbər guşələrindən biri olan Ağsumuzu və onun şanlı tarixini göz önündə canlandırmaq, təqdim etməkdir.
İtmiş Şəhər adlandırdığım Orta əsr Ağsu şəhəri on yeddinci əsrə aid, dörd bir yanı qala divarları ilə əhatə olunmuş qırx hektar ərazidə yerləşmişdir. Şəhərin dörd bir yanı. divarların çöl tərəfi dərin xəndəklə əhatə olunub. Qalanın dörd qoruqçu bürcləri vardır. Qırx hektar ərazinin bir tam onda beş hektarında tədqiqat qazıntıları aparılmışdır. Aparılmış qazıntılar zamanı çox dəyərli maddi-mənəvi materiallar tapılmışdır. Arxeoloqlar qazıntılar zamani öyrənib tapdıqları qədim şəhərin binaları. emalatxanaları, təndirləri, hamamı, məscidi və başqa tikililərin əksəriyyətinə heç bir müdaxilə edilməyib, bərpa işləri aparılmayıb, necə varsa eləcədə saxlanılmış, açıq hava muzeyi yaratmışdırlar. İtmiş Şəhər tarixi mənbələrdə müxtəlif adlarla təqdim olunmuşdur. Şəhərin yaranması və dağıdılması barədə müxtəlif təzadlı fikirlər formalaşıb.
Tarixi çox qədim və zəngin mədəniyyətə malik olan qədim Ağsu şəhəri Sovet İttifaqı dövründə ruslar tərəfindən məqsədli şəkildə təhrif olunaraq yararsız və qəzalı ərazi kimi əhaliyə təqdim edilmişdir. Bununla da bir sıra çox dəyərli mənbələri məhv edilmişdir.
Yaranışdan bu günə qədər düşünülmüş şəkildə müstəmləkə əsarəti yeritmək siyasəti qurub, zaman-zaman tarixi saxtalaşdıran Rusiyanın bu planları özüllü səbəblərə əsaslanırdı. Belə ki, XV əsrdən bəri ərazisində yaşayış olan Ağsu vilayətində 1735-ci ildə böyük və inkişaf etmiş intensiv şəhər həyatı yaradıldı. 1806-cı ildə riyakar rus ordusu tərəfindən şəhər dağıdılmış, əhaliyə divan tutulmuşdur. Mənim belə düşünməyə əsasım vardır. Belə ki, arxeoloji qazıntılar zamanı şəhərin məscid kompleksindən rus ordusu tərəfindən şəhərə atılan top mərmisi tapılmışdır.
Ağsu şəhərini ruslar tərəfindən dağıdılıb xarabaya çevrilməsini Sovet İttifaqı bizdən daha yaxşı bilirdi, lakin belə faktların üzə çıxarılması Rusiyanın maraqlarına uyğun deyildi.
Ağsu şəhəri ilə yanaşı bir çox belə tarixi abidələrimizin öyrənilməsinə maneələr törədilir, xalqa yanlış məlumatlar verilirdi. Məqsəd bir xalqın tarixini, dilini, dinini, mənəviyyatını ,incəsənətini kiçiltmək, zəiflətmək idi .
Ruslara çox yaxşı məlum idi ki, Ağsu şəhəri ən Azərbaycanın ən böyük şəhəri olması ilə yanaşı islam dininin ən geniş yayılmış olduğu şəhərlərdən biridir. Bu kimi əsaslar da praktik rus təfəkkürünə maneələr törədirdi. Belə acı məqsədlər dövrü məncə çoxdan köhnəlmiş, geridə qalmışdır. Hal-hazırda yetərincə iqtisadi-siyasi, hərbi potensiala malik güclü və müstəqil Azərbaycan Respublikası dünya svilizasiyasına tam inteqrasiya etmişdir. Suveren və Müstəqil Azərbaycanımızın memarı, qurucusu olan xalqımızın Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev ölkəmizin tarixinə, dilinə, milli mənəvi, mental dəyərlərinə xüsusi yanaşaraq, bu sahədə çalışan mütəxəssislərə yüksək dəyər verirdi. Şükürlər olsun ki, bu gün də həmin ənənə layiqincə davam etdirilir. Xalqımızın çətin, keçmə-keçli və şərəfli tarixində həkk olunmuş acılı şirinli bütün səhifələrini araşdırılmasına dəstək verir. Necə deyərlər: “Dünənini bilməyən xalqın işıqlı sabahı ola bilməz!” İşıqlı gələcək naminə keçmişi görmək gərəkdir. Bu gün Ulu öndər Heydər Əliyevin müdrik siyasətinin mükəmməl davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev və onun xanımı Heydər Əliyev fondunun rəhbəri , UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tariximizin, mədəniyyətimizin, incəsənətimizin ,milli mənəvi, mental dəyərlərimizin qorunması, öyrənilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük uğurlar qazanmışlar. Elm xadimlərinə xüsusi göstərişlər verilir, əvəzsiz imkanlar yaradılır. Belə uğurlu siyasət dünya ictimaiyyətinin diqqətindən yayınmamışdır. Ağsu şəhərində aparılan tədqiqatlara kömək məqsədi ilə dünyanın bir sıra ölkələrindən (Türkiyənin Mərmərə Universitetinin laboratoriyası) şəhərə turlar təşkil olunur.
Ağsu şəhərinin tarixi çox qədim və zəngindir. Hələ eramızdan əvvəl burada yaşayış olmuşdur. Keçmiş Nərgizava kəndində(İndiki Gəgəli kəndi) ölmüş sakinləri küpün içərisində dəfn etmişdilər.(kənd sakini təsərrüfatla məşğul olarkən həyət yanı sahədə qazıntı apararkən saxsı qab tapmışdır, qazıntını ehtiyatla davam etdirdikdə məlum olub ki, həmin saxsı qab küpdür və onun içində insan sümükləri, skleti vardı) Həmin tapıntıya əsasən təyin olunmuşdur ki, kəndin ərazisində eramızdan əvvəllər də insanlar yaşayıblar. Daş dövrünə aid digər tapıntılar isə rayonun Nuran kəndindədir .Orta Əsr Ağsu şəhərindən 5 km şimalda XV-XVI əsrlərə aid Ağsu kəndi tapılmışdır.

Bu qədər zəngin tarixi olan doğma Ağsu tarixinin dəryasından bir damla da mənim payıma düşərsə nə xoş mənim halıma. Mən öz kitabımda sakini olduğum Ağsu rayonunu təbliğ etməyə çalışıram. Əsərin məzmunu olaraq əsas məqsədim gənc oxuculara təcrübənin, dünya görüşünün nə qədər önəmli olduğunu çatdırmaqdır. Necə deyərlər: “çox yaşayan çox bilməz, çox gəzən çox bilər” İnanıram ki, kitab oxucuların rəğbətini qazanacaq.

* * *

Biri var idi biri yox idi çox qədim zamanlarda (XVI-XVII əsrlərdə)Böyük Qafqaz Dağlarının cənub yamacında, Ağsu çayının sağ sahilində qocaman Ağsu kəndi vardı. Kəndin əhalisi əsasən sənətkarlıqla və maldarlıqla məşğul olurdular. Ağsu kəndinin əhalisi çox firavan yaşayırdılar, zəhmətkeş əhali yay aylarında əkib becərdikləri məhsulları toplayır özləri üçün qış ehtiyatı toplayırdılar. Necə deyərlər: zəhmətlərinin barını yeyirdilər .kənddə ağsaqqala, ağbirçəyə, xüsusi hörmət vardı, Kəndin adlı-sanlı ağsaqqallarından biri də Əziz kişi idi. Əziz kişi sənətkarlıqla ələxsus da dulusçuluqla məşğul olurdu. Əsil peşəsi dulusçuluq, daş işləmə olan Əziz babanı kənd əhalisi onu ozan Əziz adlandırırdılar. Əziz babanın ozan adlanmasının özüllü səbəbləri vardır. Əziz kişi hər səhər dan söküləndə dağların yamaclarına çıxar, saf suları bir-biri ilə səsləşən pıçıldaşan Ağsu çayını seyr edər, taxıl zəmilərində ,əkin sahələrində işləyən əhaliyə iş avandlığı diləyər, öz sürüsünü qarşısına qatıb dağların al-əlvan ətəklərində otaran çobanlara nəğmələr qoşardı.
Mən aşiqəm gül üzə,
Gözəl bağdan gül üzə,
Gözəl vəsfi-hal eylər,
Tel tökülsə gül üzə.
Əziz babanın çox böyük və mehriban bir ailəsi vardı. Həyat yoldaşı Sənəm xanım gözəl ev xanımı olması ilə yanaşı ,toxuculuqla da məşğul olur, bu gözəl sənəti qızlarına , gəlinlərinə ,gənc qadınlara öyrədirdi. Onların doqquz övladı, iyirmi altı nəvəsi vardır. Nəvələrinin hər biri olduqca sevimli və mehriban idilər. Digər nəvələrindən xüsusilə seçilən nəvə isə Cavidan idi. Cavidan bacarığı və davranışına görə digərlərindən seçilirdi. O, təbiətdə müşahidə etdiyi hadisələrə xüsusi reaksiya verər, gördüyü ünsürlər barədə tutarlı suallar ünvanlayıb, bacardığı qədər ətraflı məlumatlar toplamağa çalışardı. Babasının Cavidana xüsusi diqqət yetirməsinin səbəblərindən biri də onun da babası kimi şer yazması idi. ”Ot kökü üstə bitər” məsəlinə əsil nümunə idi Cavidan.
Kəndin baş tərəfində Əziz babanın emalatxanası yerləşirdi. Əziz baba səhər sübh çağından emalatxanasına getdi. Həmişə olduğu kimi gildən küp düzəldirdi. Elə bu məqamda Cavidan babasının yanına gəldi:
Cavidan: Baba, ay baba
Əziz baba-bəli mənim mehriban balam.
Cavidan: Sabahın xeyir ay baba, necəsən?
Əziz baba: Sabahın xeyir, çox sağ ol, mən yaxşıyam, de görüm sən necəsən? Evdə işlər necə gedir?
Cavidan: evdə də hər şey yaxşıdır. Səhər yeməyimi tez yeyib gəldim ki, səndən dulusçuluq sənətinin sirlərini öyrənim.
Əziz baba: Yaxşı etdin ay oğul, gəl öyrən.
Cavidan: Baba özün də torpaqla –daşla əlləşirsən. Bəlkə bu barədə bir şer deyəsən, əhvalımız yüksəlsin
Əziz baba: Baş üstə ay oğul
Torpaq müqəddəs addır,
Elm, bilik savaddır .
Torpaq sevənə doğma,
Sevməyənlərə yaddır.
Əziz baba: Cavidan buradan kəndimizə baxanda bilirsən adamın ürəyindən nələr keçir?
Cavidan: nə keçir ay baba
Əziz kişi: böyüyüb boya başa çatdığım doğma Səfalı Ağsumuza şer demək istəyirəm.
Loğman çiçəkləri dağ yamacında
Oylağıdır Kəkliyin, Turacın da.
Bura səfər edək ilin yazında
Alaq bülbüllərdən bahar sorağı
Cənnət məkanıdır Ağsu torpağı

Girdiman hövzəsi lalə qatarı,
Dörd yanı al-əlvan çiçək hasarı.
Cavanşir gölünə salaq güzarı,
Seyr edək rayonu üzü aşağı,
Cənnət məkanıdır Ağsu torpağı.
Pıçıldayır Ağsu çayı mehriban,
Vadisindən səhər boylanır duman.
Seyrəngahı buludlara ucalan,
Dolayları istirahət ocağı,
Cənnət məkanıdır Ağsu torpağı.
Cavidan: çox sağ ol ay baba sən belə danışanda ürəyim dağa dönür, mən öz torpağımı daha çox sevirəm, ona daha çox bağlanıram.
Əziz kişi: Əlbəttə ki, sevəcəksən də axı sən bu torpaqda doğulmusan, böyüyüb boya-başa çatmısan, bu çayın suyunu içmisən, bizim Səfalı dağlarımızın tər-təmiz havasını udmusan, Günəşin al şəfəqləri ilə isinmisən. Sən də bu torpağın bir parçasısan.
Cavidan: baba bizim evin yanındakı nar ağacında nə var ki hər kəs oraya gəlir?
Əziz kişi: hə… oğul o, nar ağacı sınanmış ziyarətgahdır. insanlar orada zikr edirlər el arasında ziyil piri kimi də tanınır. Pirin ətrafında kəndin qəbiristanlığı yerləşir.
Cavidan: mənə çox maraqlıdır ki nə üçün qəbirlərin üstünə gil qablar, dolçalar, küplər yığırlar. Onun üçünmü bu qədər çox gil qablar düzəldirsiniz?
Əziz kişi : Bəli oğlum o gil qablar sinə daşıdır, qədim inanclara görə gil qabların içində, ya da gil qabların əhatəsində dəf edərdilər. Bizim dağlarda bir Nərgizabad (indiki Gəgəli) kəndində hələ eramızdan də insanlar yaşayıb, öz ölülərini gil küplərin içərisində dəfn edərlərmiş.
Cavidan:
baba yəni o qədər qədim zamanlarda bizim torpaqlarımızda insanlar yaşayırmış?
Əziz kişi: Bəli əcdadlarımızın yaşı o qədər qədimdir. Nuran kəndində o dövrə Aid tapıntılar vardır. Bir də ki ay oğul bu gördüyün dağlarımız çox qocamandır.
Cavidan təəccüblə soruşdu : səndən daha qocamandırlar?
Əziz kişi gülümsəyərək dedi: əlbəttə oğlum məndən daha qocamandırlar. Əziz baba ayağa durdu emalatxananın qapısına yaxınlaşdı, hava isti olduğundan qapı açıq idi Cavidanı yanına çağırıb dedi: (otağın qapısı üzü cənub istiqamətində idi)biz dayandığımız yerdən üzü aşağı nə görürsən?
Cavidan: Böyük şəhər görürəm
Əziz kişi: O şəhərlə bizim aramızda 4-5 km məsafə var. Şəhər Ağsu çayının kiçik qolunun hövzəsində yerləşir olduqca böyük və abad şəhərdir. 40 hektar ərazisi var.
Cavidan: o şəhərin adı nədir?
Əziz kişi: şəhərin əsil adı Ağsudur. Amma bəzən oraya Gilan şəhər, Yeni Şamaxı da deyilir.
Cavidan: Nə üçün yeni Şamaxı?
Əziz kişi: Çünki şəhər əhalisinin əksəriyyəti Şamaxı şəhərindən köçürülmüşdür
Cavidan: maraqla soruşdu: nə üçün onlar Şamaxı şəhərindən Ağsuya köçürülüblər?
Əziz kişi: Çünki oğlum 1735-1736-cı illərdə Nadir şah özünü şah elan etdikdən sonra bütün Azərbaycanı özünə tabe etməyə çalışırdı. Bir sıra şəhərlərdə Nadir şaha qarşı qiyamlar, üsyanlar baş qaldırdı. Nadir şahın istilaçı yürüşlərinə qarşı etirazlar edirdilər, etiraz edən şəhərlərdən biri də Şamaxı şəhəri idi. Nadir şah da xalqı özünə tabe etmək məqsədi ilə Şamaxını dağıtdıqdan sonra yandırdı, şəhərin sağ qalan əhalisini isə gördüyün o, Ağsu şəhərinə köçürür. Ağsu şəhərinin əhalisinin çoxu Şamaxıdan gələnlər olduğu üçün, şəhər yeni Şamaxı da adlanır.
Cavidan: o günə qədər Ağsuda insanlar yaşamayırdı?
Əziz kişi: yaşayırdı hələ VI-IX əsrlərdə Ağsuda yaşayış vardı, lakin belə geniş şəkildə deyildi.
Cavidan: indi çoxdur əhalisi? axı nə qədərdir?
Əziz kişi: bəli olduqca əzəmətli, göz oxşayan gözəlliklərlə zəngin, əsrarəngiz şəhərdir. Əhalisinin sayına görə ölkəmizin birinci şəhəridir. Əhalinin sayı 8-10 min nəfərdir. axı Ağsu Şirvanın paytaxtıdır.
Cavidanı maraq bürümüşdü: baba sən elə ürəklə danışırsan ki, çox istərdim ki ,mən də o, şəhərdə olum, danışdıqlarımızın yaxından şahidi olum. Yəqin oralara getmisən də?
Əziz kişi: əlbəttə oğlum mən dəfələrlə orada dulusçu dostlarımın qonağı olmuşam.
Cavidan: babacan məni də Ağsu şəhərinə apararsan?
Əziz kişi: inşallah bir gün gəzərik
Cavidan: sabah getmək olar?
Əziz kişi: olar gedərik
Cavidan babasının cavabından çox razı qaldı, sevincək evə tərəf yüyürdü ki bu şad xəbəri evdəkilərə də çatdırsın. Gün batan kimi Əziz kişi işlərini yekunlaşdırıb, emalatxanasını bağlayıb yola düzəldi. Gəlib evə çatanda gördü ki, Cavidan eşitdiklərini xüsusi tərzdə həyəcanla evdəkilərə nəql edirdi. Əziz kişinin ömür-gün yoldaşı Sənəm xanım onlar üçün bir boğça da hazırladı .
Səhər açıldı, həmişəkindən fərqli olaraq Cavidan erkən oyanmışdı, bəlkə də heç yatmamışdı. Sanki onun uçmağa qanadı yox idi. Cavidan bütün gecə boyu bol-bol xəyallar qurmuşdu. Axı o bu gün ucu-bucağı görünməyən əsrarəngiz Ağsu şəhərinə gedəcəkdi.
Əziz kişi eyvana çıxarkən Cavidanı gördü: oğul sabahın xeyir
Cavidan : sabahın xeyir baba necəsən? mən hazıram bəs sən necə gedə bilərik?
Əziz kişi: əlbəttə gedəcəyik sadəcə gözlə namazımı qılım gedərik inşallah. Əziz kişi namazını qıldıqdan sonra onlar yola çıxdılar.
Yaz ayları olduğundan hər tərəf al-əlvan gül-çiçəklə dolu idi, yol boyu Ağsu çayının sahilindəki çəmənlərin, nərgiz güllərinin qoxusu cənnəti xatırladırdı. Dağlar öz yaşıl donunu geyinmişdi, Çay sularının şırıltısı həzin musiqini xatırladırdı. kol dibindəki bənövşələr, ağaclarda bülbüllərin ötməsi, açıq səmada turacların süzməsi, qaranquş dəstəsinin yurdumuza gəlməsi insanı valeh edirdi. Əziz kişi bu gözəlliyi vəsf etməsəydi fürsəti əldən vermiş olardı. Onun üçün də belə deyir:
Torpaq nəfəs alır, küləklər gülür,
Yarpaq pıçıldayır, çiçəklər gülür.
Damarda qan coşur, ürəklər gülür,
Doğur səmimiyyət yaz aylarında,
Loğmandır təbiət yaz aylarında.

Məlhəmdir yağışı, küləyi, mehi,
Çiçək jalələri, dan yeri şehi.
İnsan yaşadıqca duyur fərəhi.
Çəkilməz əziyyət yaz aylarında
Loğmandır təbiət yaz aylarında
Cavidan: babacan çox sağ ol lap ürəyim açıldı ürəyin var olsun.
Onlar yavaş-yavaş şəhərə doğru irəliləyirdilər. Yol boyu Cavidan babasının təbini coşdurdu baba gör nə gözəl külək əsir çiçəklərin qoxusunu yayır cahana.
Əziz kişi: küləkləri salam deyib səsləyirəm,
Ümid ilə xoş sədalar gözləyirəm.
Mən oturub o səbanı izləyirəm.
Qələmimi eşqə, sözə salıb gedir.

Çox sevirəm bu təbiət ünsürünü,
Qazanmışdır könüllərdə öz yerini.
Seyr etdikcə sərin-səba yellərini,
Tam ruhumu qanadına alıb gedir.

Cavidan: Sağ ol baba gəlsənə bahar haqqında da bir şer deyəsən.
Əziz kişi: necə deyərlər:

Qoynunda bir xeyli gözəl arzular, Qədəm qoyur yurdumuza ilk bahar.
Hər mehiylə bir oyanma başlanar
Günəşində, dumanında ruzi var
Qədəm qoyur yurdumuza ilk bahar

Günəşdən güc alır qaynar bulaqlar.
Leysan tökər, səmada şimşək çaxar
Yam-yaşıl geyinir səfalı dağlar,
Gül-çiçək qoxuyur ətirli bağlar,
Qədəm qoyur yurdumuza ilk bahar.

Cavidan: Çox sağ ol ay baba, sən təbiəti elə təsvir edirsən ki, insan həmin mənzərələri ayaq saxlayıb görmək istəyir. Şəhər hər tərəfdən qala divarları ilə əhatə olunmuşdur. Mühasirə divarları o qədər hündür və nəhəng idi ki, şəhər düz əməlli görünmürdü.
Cavidan: Nə üçün bu divarlar bu qədər hündürdür və dərin xəndəklə əhatə olunmuşdur?
Əziz baba: Oğlum ,bu divarlar şəhərin müdafiə divarlarıdır. Xəndəyin dərinliyi isə yeddi metrdir, görürsən ki, içi də su ilə doludur. Bütün bunlar düşmənlərdən müdafiə olunmaq üçündür. Bu istinad divarın və xəndəyin öz əfsanəsi var.
Cavidan: O nə əfsanədir elə? Danış mən də bilim.
Əziz kişi Deyilənə görə Şirvan Şahı ağır xəstələnir və qəfil vəfat edir. Şahın həyat yoldaşı ölkəsi əzilməsin düşmən hücumları artmasın deyə Şahın ölümünü uzun müddət xalqdan və saray xadimlərindən də gizlədir. Xanım şahı gizlicə yaxın sirdaşları ilə birgə saray ərazisində dəfn etdirir və saray xadimləri belə bir neçə ay hiss etməyir. Bu müddət ərzində xanım əmr edir ki, olduqca böyük və şəhəri tam əhatə edən qala divarları ucaldılsın və divarın çöl ətrafını tam olaraq xəndəklə əhatə etsinlər, xəndək su ilə doldurulsun. Saray xadimləri xanımın tapşırığına tam əməl edirlər. Qala divarı hörülüb xəndək qazılıb su ilə doldurulduqdan sonra şahın ölüm xəbəri şəhərə yayılır. Bu xəbəri duyan düşmənlər dərhal şəhərə hücumlar edirlər. Lakin su ilə doldurulmuş dərin xəndək və mühasirə qalası şəhəri uzun müddət qoruyur. Necə deyərlər:
Mən aşiqəm mərd qala,
Keçilməyir sərt qala.
Çox namərdlər görsə də,
Yenə qalmış mərd qala.
İndi bildinmi hansı əfsanəni deyirdim?
Cavidan: bildim baba doğrudan da qalanın və xəndəyin çox maraqlı tarixçəsi varmış.
Cavidan özlərindən sol tərəfdəki qəbiristanlığa baxarkən qəbir daşlarının bir-birindən fərqli olması onun diqqətindən yayınmayır, və babasından soruşur: buradakı qəbir daşları nə üçün bir-birindən fərqlənir? bir sıra qəbirlərdə daşın üzərində yazılar var, digərlərində isə yazı yoxdur.
Əziz kişi: üzərində yazı olan qəbirlər kişi, yazısı olmayan qəbirlər isə qadın qəbirləridir. diqqətlə baxsan bəzi qəbirlərin üzərində at, qılınc ,balta, xəncər, qalxan və başqa təsvirlər var ki onlar da özünəməxsus mənalandırılır. Belə ki dəfn olunan insan sağlığında hansı bir peşə ilə məşğul olmuşdursa qəbir daşlarının üzərinə həmin sahəyə aid əşyaların şəkli təsvir olunur. Məsələn üzərində qılınc, qalxan, dəbilqə təsvirləri olan qəbirlər əsgər qəbirləridir.
Elə güman olunur ki, şəhərin dörd belə qəbiristanlığı var, şimalda şah nəslinin nümayəndələri, zadəganlar dəfn olunublar. İlk dəfn olunan insan 1737-ci ildə olmuşdur.
Cavidan: bəs qadın qəbirlərində nə üçün adları qeyd olunmayıb?
Əziz kişi: onu müsəlmançılıqla əlaqələndirirlər. Onlar söhbət edərək şəhərə daxil olurlar. Şəhərin girişində çoxlu əsgərlər görən Cavidan düşünürdü ki əsgərlər nə üçün orada dayanırlar, axı şəhər çox abad, firavan sakit görünür.
Diqqətlə baxarkən gördü ki, əsgərlər qalanın künclərində yerləşən qoruqçu bürclərində oturub, şəhəri qoruyurlar. Əslində Ağsu şəhərinin güclü ordusu vardı.
Əziz baba; görürsən də… şəhərdə nə qədər əsgərlər var.
“Hansı xalqın varsa böyük ordusu,
Yoxdur onun Düşmənindən qorxusu.”
Cavidan: Baba bizim gəldiyimiz yol olduqca uzun və genişdir.
Əziz kişi: bu yol şərqdən-qərbə uzanan tarixi ticarət yolu-ipək yoludur. Həmin istiqamətlərə səfərə çıxan tacirlər Ağsu şəhərinə daxil olur, istirahət edərək yollarını davam etdirirlər. Əziz kişi ilə nəvəsi şəhərin daxili küçələrinə doğru irəliləyirlər.
Cavidan: gör nə gözəl şəhərdir .burada kəndimizdən daha çox ağaclar, yaşıllıq görürəm. Sən bir yasəmənlərin ətrinə bax, amma bax nərgiz gülləri daha çoxdur mən buraya “nərgizlər Şəhəri” deyərdim.
Əziz kişi; hə mənim mehriban balam Ağsu şəhərinin də əhalisi çox zəhmətkeş, mehriban, qonaqpərvərdirlər. gördüyün zəngin yaşıllıqlar zəhmətkeş əhalini əməyinin bəhrəsidir ki, belə çoxlu meyvə tərəvəz, ruzi –bərəkət var. Ərzaq boldur, indi özün görəcəksən bazarda olduqca ucuzluqdu, meyvə, buğda çörək
Boldur deyə insanlar aclıq çəkməyirlər insanların əhval-ruhiyyəsi yüksəkdir. İnsanlar bolluq içində yaşadığı üçün daha çox qonaqpərvərdirlər. Çünki əmindirlər ki gələn qonağı istənilən vəziyyətdə duz-çörək kəsməyə dəvət edə bilərlər.
Cavidan: doğrudan da elədir, sən bir o tarlada işləyən halal torpağını alın təri ilə suvarıb, əllərinin qabarı ilə becərirlər. Sahədəki cütçünün nəğmələri də işlərinə olan sevgilərindən xəbər verir. Qaldı ki, qonaqpərvərliyə o, bizim canımızda, qanımızda var.
Onlar söhbət edib getdikcə şəhər sakinləri onlara xoş gəldiniz deyə qarşılayırdılar. Əziz kişi: insanların xoş rəftarı Şəhərdə mədəniyyətin yüksək inkişafından xəbər verir.
Əziz kişi Cavidanın əlindən tutub Şəhərin zadəganlar məhəlləsinə aparırdı, yolun kənarlarındakı çiyələk kolları əlvan çiçəklərin arasında gizlənmişdi. Əslində şəhər bütünlüklə yaşıl don geyinmişdi təbiətin belə gözəlliklərinə bir də abad küçələrin, dövrün ən təmtəraqlı evlərinin mənzərəsi qoşulurdu.
Sözü gedən evlər Şəhərin zadəganlar məhəlləsində yerləşirdi. Əziz kişi : bax mənim mehriban balam gəldiyimiz küçədə zadəganlar, varlılar yaşayırlar. Onların imkanları yaxşı olduğu üçün evləri təmtəraqlıdır, hər birini də həyətində su quyuları vardır.
Cavidan : bəs nə üçün küçə yolları belə dardır?
Əziz kişi: şəhərin əhalisi çox olduğundan sıx yerləşmişdir, yalnız bir araba keçə biləcək qədər yol saxlanılmışdır.
Küçə ilə irəlilədikcə evlərin qarşısından keçirdilər, evlərin barısındakı xüsusi əl işləri Cavidanın diqqətini çəkirdi.
Cavidan: baba barıdakı naxışlar nədir?
Əziz kişi: gördüyün bu naxışlar nəbati naxışlardır, Ağsu rayonunun sənətkarları daş üzərində gözəl işləyirlər. o kiçik otaqlar da cəmxudan yerləridir.
Cavidan : cəmxudan nə üçündür? orada nə edirlər?
Əziz kişi : cəmxudanda bir sıra işlənməyən əşyaları, yükləri saxlayırlar. Barının yuxarısındakı taxçaların üzərinə bizdə də olduğu kimi çıraqları, kasaları bəzək əşyalarını, qabları saxlayırlar. Evlərin bəzilərində bir bəzilərində iki ocaq yerləri, təndirlər tikilmişdir. Onlar çörəkçilər məhəlləsindən keçərkən Cavidan soruşdu: baba burada nə qədər təndir var? Əziz kişi: oğlum bu küçə çörəkçilər küçəsidir.
Cavidan o yan-bu yana boylanaraq: görəsən Ağsu şəhərində uşaqlar yoxdur? Əgər varsa nə üçün görünməyirlər?
Əziz kişi: var bala irəlidə özün görəcəksən şəhər olduqca nizam intizamlı olduğu üçün küçələrdə insanlar dolaşmayır.
Cavidan: belə böyük bina nə üçündür?
Əziz kişi: o, hamam binasıdır, yanındakı isə qəlyan quyusudur.
Qarşıdakı quyu isə hamamın qazanxanasıdır.
Cavidan: Hamam? lakin çox böyükdür.
Əziz kişi :Deyilənə görə hamamda şəhər sakinləri ilə yanaşı şəhərə gələn qonaqlar, tacirlər, əsilzadələr istirahət edir, bununla bərabər bir sıra görüşləri hamamda keçirirdilər. Hələ Qazan xanın dövründən bu yana ölkəyə gələn qonaqları ilk öncə hamama göndərər ,daha sonra əhali arasına çıxmasına icazə verərmişlər.
Cavidan: Nə üçün?
Əziz kişi: Ona görə ki, şəhərə yeni gələn qonaq özü ilə bir sıra xəstəlik virusları gətirə bilərdi. Şah gələn qonağı hamama göndərərkən əhalinin sağlamlığını qorumaqla yanaşı ,gələn qonaqlara yüksək mədəniyyət göstərərdi.
Əziz baba ilə cavidan şirin-şirin söhbət edərək irəliləyirdilər ki, Cavidanın gözü çox iri görünən su borularına sataşdı.
Cavidan: Belə böyük borular nəyə gərəkdir ki?
Əziz kişi: Bir çoxu su borularıdır, bəziləri isə çirkli suları daşıyan kanalizasiya borularıdır. Əziz kişi Cavidanın əlindən tutub onu hamamın qapısının yanına apardı. Qapını açıb içəri daxil oldular. İçəridə heyrətamiz işıqlar vardı. Qarandıq hamamda günəşin şəfəqlənən şüaları hamamın üstündəki sivri daşın deşiklərindən sanki ayaqlarını sallamışdı. Əziz baba həmin mənzərəni Cavidana izlətdikcə Cavidan heyrət, təəccüb içində qalmışdı.
Cavidan: bura çox gözəldir, belə maraqlı işıqlar haradan gəlir? Bu necə ola bilər?
Əziz baba: hamamın tavanındakı qalın və çoxlu deşikləri olan sivri daşı göstərib dedi: işıqlar bu daşın deşiklərindən süzülüb gəlir, bu daş hamamın havasını dəyişməklə yanaşı içəridəki buxarı çölə sovurur, həmçinin də hamama belə işıqlar salır.
Cavidan hamamın su quyusuna yaxınlaşaraq maraqla soruşdu: quyu çox əngindir, belə quyularla bayaqdan bəri rastlaşırıq yəqin hamısı böyükdür. Ağsu şəhərində su boldur?
Əziz kişi: oğlum əhali əzəmətli Ağsu çayının suyundan yararlanır. əlbəttə su boldur. Cavidan şəhərin şimalındakı qala divarının dibindəki əngin (7 metr dərinlikdə) quyuya tərəf irəliləyərək: quyunun içində nə vardır?
Əziz kişi; saxlama quyusudur. Şəhərin əzəmətli qalasının müdafiəsində istifadə olunur. Ağsu şəhəri olduqca çox hücumlara məruz qalır. Onlar yavaş-yavaş zadəganlar küçəsindən, sənətkarlar küçəsinə daxil oldular. Əziz kişi Sənətkarlar küçəsini Cavidana göstərə-göstərə danışırdı: Ağsu şəhərində sənətkarlıq güclü inkişaf etmişdir, onlar xalça toxuyan xeyli sayda qadın xalçaçını gördükdə Cavidan dedi: sən bir o, xalı toxuyanlara bax e…, onlar da nənəm iri gəvələr toxuyurlar. Lakin bu xalıların naxışları ,çeşniləri daha rəngarəngdir.
Əziz kişi öyünərək: bəli bizim qadınlarımızın çox gözəl toxuculuq, sənətkarlıq, səliqə-sahmanı, qabiliyyəti vardır. Belə ki ay oğul:
Mən aşiqəm sənətə,
Ondakı səltənətə.
Kim sənətə baş əyib,
Ruhu düşüb cənnətə.
Cavidan: sağ ol ay baba sən yaradıcı insanlara yüksək dəyər verirsən. Söhbətin şirin yerində gəlib çatdılar Əziz kişinin keçmişdən bəri dostluq. Yoldaşlıq elədiyi dulusçuların yanına. Əziz kişi sənət yoldaşları ilə salamlaşıb görüşdü. Şəhər sənətkarları onları yüksək qonaqpərvərliklə qarşıladılar. Belə səmimi ünsiyyət Cavidanda suallar doğurdu
Cavidan: baba onlar kimlərdir?
Əziz kişi: oğul o, insanlar Ağsu şəhərinin adlı-sanlı dulusçularıdır. Biz neçə illərdir ki, dostluq edirik. Çörək kəsmişik, yoldaşlığımız olub. Belə ki düzəltdiyimiz əşyaların hamısını təbii boyaqla boyadığımız üçün yaz gələndə bir yerdə gedib boyaqotu yığardıq. Gördüyün zərif küplər, su bardaqları, gül qabı, beşik altlığı, ,gül qabları sənətkarların daha çox düzəltdiyi alətlərdir.
Cavidan əşyalar baxa-baxa məhəllənin mərkəzinə doğru irəliləyirdi. küçələr, bağlar, yaşıl don geyinmişdi. Hər yandan gül-çiçək qoxusu yayılmışdı. təbiətin bəxş etdiyi gözəlliklərlə sənətkarların yaratdıqları əl işlərinin, tikililərin gözəlliyi vəhdət təşkil edirdi. Küçə divarlarının hörgüsündəki daşların tinləri kəsilmişdi, bir çox divarlar isə tamamilə çay daşından hörülmüşdü. Belə tikililər də həqiqətən danışmağa əsas verir ki, Ağsu şəhərində güclü inkişaf etmişdir. Cavidan məhəllənin aşağı küncündə kiçik bir otaq gördüyü üçün həmin məkana yaxınlaşdı, Əziz baba da onun arxasınca gedirdi onlar otağa gəlib çatanda Əziz baba dedi: bura dəmirçilərin emalatxanasıdır.
Onlar dəmirçi Yusiflə salamlaşdılar. Dəmirçi Yusif: xoş gəldiniz, buyurun gəlin emalatxanamıza deyəsən axı bu balaca kişi gələcəyin dəmirçisi olmaq istəyir, hər məsələyə xüsusi diqqət yetirir deyə Cavidanı işarə etdi.
Əziz kişi: bəlkə də…hələ bilmək olmaz
Cavidan: Dəmirçilər nə iş görürlər?
Əziz kişi: Dəmirçilər bu emalatxanada yüksək temperaturda xam dəmiri əridib döyürlər sonra da ona forma verərək qazan, səhəng, samovar, cəm, güyüm, qaşıq, müxtəlif cür bəzək əşyaları, kəmərlər, bilərziklər, boyunbağıları və digər metal qablar, avadanlıqlar düzəldirlər. Əziz kişi yerdən bir parça xam dəmir parçasını götürüb Cavidana uzatdı Cavidan dəmiri əlinə götürərkən onun çox ağır olduğunu dərhal dedi. Cavidan təzəcə düzəldilmiş kəmər başlığına, qadın sancaqlarına, naqqaşa, ərsinə, bilərziklərə, qaşıqlara ,çarpayı bəzəklərinə kiçik ucluqlara baxaraq soruşdu: bu qədər əşyanı şəhər əhalisi istifadə edir? bəs bu kiçik ucluqlar nədir?
Əziz kişi: düzəldilmiş əşyalar şəhərin bazarlarına satışa çıxarılır. Onları həm şəhər sakinləri həm də şəhərə gələn qonaqlar, səyyahlar, tacirlər alıb aparırlar öz ölkələrinə. Gördüyün kiçik ucluqlar qəlyan başlıqlarıdır.
Onlar emalatxanadan çıxıb nalbəndin yanına getdilər. Əziz baba: gəl gedək səni nalbəndin yanına aparım. Onlar nalbəndin yanına çatarkən nalbənd bir müştərinin atının ayağına nal vururdu Cavidan da özü bu prosesin canlı şahidi oldu. oradan da başqa bir dəmirçinin yanına getdilər. Onlar emalatxanaya daxil olub usta Zülfünü salamladılar.
Əziz kişi: salam usta işin avand olsun, qonaq qəbul edirsinizmi?
Usta Zülfü: bəli gözümüz üstündə yeriniz var, xoş gəlmisiniz! burada çoxlu çaydanlar, qazanlar, bəzəkli qayçılar, baltalar bərbəzəkli zınqırovlar az qala dil açıb danışırdı. Sanki əşyalar onları düzəltmək üçün ustanın gözlərinin nurunu xərclədiyini demək istəyirdi. usta Zülfü düzəltdiyi əşyaların hər birinə xüsusi düzən vermiş, naxışlarla bəzəmişdi. Zınqırov və oymaq Cavidana tanış gəlmədiyi üçün babasından onların nə olduğunu soruşdu
Əziz kişi: bunlar zınqırovdur, sakinlər mal-qaranın buynuzuna zınqırov bağlayırdılar ki. heyvanlar uzağa getdikdə onları zınqırovlarının səsi ilə tapırdılar. Qaldı ki o, balaca dəmir parçasına o, da oymaqdır. Qadınlar onu barmaqlarının başına keçirib tikiş tikər, naxışlar toxuyarlar. Emalatxanaya tam baxdıqdan sonra usta ilə sağollaşıb yola düzəldilər şüşə və fayans qablar düzəldilən küçəyə, lakin yol gedərkən yolun kənarında top mərmisi vardı. Əziz kişi mərmini görcək ayaq saxlayıb Cavidana göstərdi.
Əziz kişi: bax yerdəki dəmir parçası top mərmisidir
Cavidan: onu nə üçün işlədirlər? Nəyə gərəkdirki?
Əziz kişi: Top ağır dağıdıcı silahdır düşmən ordusu həmin silahdan istifadə edərək şəhərə hücum edərkən top mərmisi atıbmışlar. Həmin döyüşdə xeyli sayda şəhər sakini, dinc insanlar həlak olmuşdu.
Cavidan: o düşmənlərimizin adı nədir?
Əziz kişi: Ruslar, qara donlu kafirlərdirlər.
Cavidan: mən də böyüyəndə düşmənlərdən ölən sakinlərin qisasını alacağam. söhbət edə-edə yola davam edirlər, gəlib şüşə qablar emal olunan məkana çatırlar. Şəhərin adlı sanlı ustalarından olan Usta Kamil onları xoş qarşıladı, hazırladığı əşyaları göstərdi. ustanın masasının üstündə saxsı və çini boşqablar, şüşə butulkalar bardaqlar, fincanlar, nəlbəkilər və başqa qablar düzəldib yığmışdılar. Cavidanın diqqətini çəkən bir parlaq şüşə butulka və saxsı boşqablar oldu.
Cavidan; Kamil baba bu butulkanı və bu boşqabları da siz düzəltmişsiniz?
Kamil usta: gördüyünüz qabların çoxunu özümüz hazırlayırıq bəziləri isə məsəl üçün bu gül qabı, çini boşqab, şüşə butulka, kasa, və nəlbəkilər xarici ölkə tacirləri tərəfindən gətirilib əvəzində mənim hazırladığım xüsusi naxışlı qabları da öz ölkələrinə aparıblar.
Cavidan: Qablar daha çox hansı ölkədən gətiriliblər?
Kamil usta: daha çox İngiltərədən, Fransadan, Rusiyadan Hollandiyadan, Çindən, İrandan ,Misirdən gələn qablar daha çoxdur Şəhər ipək yolunun üzərində olduğu üçün demək olar ki, dünyanın hər yerindən tacirlər Ağsu şəhərinə gəlir, keçir.
Cavidan gözəlliyi xüsusi zövq oxşayan fayans qablara diqqətlə baxırdı, ona fikir verən Kamil usta, bildirdi ki, o qablar fayans qablardır.
Cavidan: Fayans qab nədir, onların nə fərqi var axı başqa qablardan.
Kamil usta: Fayans qab çini qabın daha zərif formasıdır. Yəni saxsı ilə şüşənin qarışığından yaranmışdır.
Əziz baba Kamil usta ilə sağollaşdı: sağ ol Kamil usta işin avand olsun. Biz də gedək şəhərin başqa yerləri ilə tanış olaq. Əziz kişi nəvəsini şəhərin bazar meydanına apardı. Şəhərin böyük və rəngarəng bazarı vardı. bazarın elə giriş hissəsində yadelli tacirlər, qonaqlar vardı. başqa ölkələrdən ,vilayətlərdən gələn tacirlər gətirdikləri bir sıra əşyaları yerli tacirlərə satıb əvəzində şəhər sənətkarlarının hazırladığı sənətkarlıq nümunələrini alıb aparırdılar. Bəzi tacirlər isə heç bir əşya satmadan nağd pulla alış-veriş edirdilər. Bu zaman tacirin əlindəki Əskinazları, duqqaları nəvəsinə göstərən Əziz baba dedi: Cavidan sağ tərəfdəki tacirin əlindəki pula bir bax o pullara onlar bizdəki pullardan deyil, o Rusiya kraliçası II Yaketrinanın adına kəsilmiş qızıl pullardır.
Cavidan : bəs o başını bərk-bərk bağlamış Kişini əlindəki pul haranın pullarıdır?
Əziz kişi: deyəsən o Misirlidir, çünki əlindəki əsginas Misir pullarıdır. Baba ilə nəvəsi bazarla tanış olub ,söhbət edə-edə gedirdilər ki, birdən bazarda sənətkarların köşəsini gördülər.
Cavidan: bazarda da sənətkarlar otururmuş?
Əziz baba: bəli onlar həm əşyaları düzəldib satır, həm də müxtəlif formada zinət əşyalarını düzəltmək üçün sifariş götürürlər. elə məşhur dülgər Səməd ustanın yanına İngiltərədən gəlmiş tacir alış veriş üçün yaxınlaşdı. İngilis pullarını görcək Əziz baba nəvəsini də həmin pullarla da tanış etdi.
Cavidan: belə görürəm ki Ağsu şəhərində bir çox ölkələrin pulları vardır, görəsən daha hansı ölkələrin pullarını görəcəyik?
Əziz kişi: İnşallah irəli getdikcə özün görəcəksən ki, bazarda bir çox adda pullar vardır. Hətta müxtəlif zamanlarda Nadir şahın, Şirvan şahlarının adına kəsilmiş zərbləri də görəcəksən.
Cavidan onlar necə adi dəmirdən kəsilmişdir?
Əziz kişi: xeyir oğlum pullar öz məbləğinə dəyərinə görə fərqli metallardan kəsilmişdir. Ən bahalı pullar qızıldan, sonra gümüşdən, daha sonra misdən kəsilmişdir.
Bazar olduqca ucuzluq idi. Cavidan belə zəngin və rəngarəng bazarı həvəslə dolaşırdı, meyvə tərəvəzlər, ağartı məhsulları, geyim əşyaları, xüsusən də papaqlar örpəklər, rəng-rəng kəlağayılar, xurcunlar, çarıqlar, çoxlu daş-qaşlı məclis-ziyafət geyimləri, sandıqlar, məişət əşyaları, güyümlər, qazanlar, dolçalar, bardaqlar və başqa əşyalarla qarşılaşan Cavidan təəccüb içində idi.
Bazarın ortalarında Sabir ustanın yanına gəldilər.
Əziz kişi: Salam ay Sabir usta
Sabir usta: salam ozan Əziz necəsən? ay sən belə xoş gəlmisən bizim şəhərimizə.
Əziz kişi: xoş gördük. biz Allaha şükür yaxşıyıq, siz necəsiniz? usta mən nəvəm Cavidanı Ağsu şəhəri ilə tanış etmək üçün gətirmişəm, bazara xüsusi bəzək, yaraşıq verən əşyalarınla tanış olarkən üstündə Ərəb-Fars dillərində yazıları olan qablar gördük. Həmin sözlərin tərcüməsini bilmək istəyərdik.
Sabir usta: Hə…Əzizcan bu sözlər Fars hərfləri ilə yazılmış ən gözəl sözlərdir. Bunlar Məhəmməd peyğəmbər, Əli Əleyhsalam, Fatimeyi Zəhra adlarıdır. Yəqin ki, sirr deyildir .Məhəmməd Peyğəmbər Allahın Rəsulu, dinimiz peyğəmbəri, Əli ƏleyhSalam dinimizin dayağı, birinci imamımız, Fatimeyi Zəhra xanım isə Məhəmməd peyğəmbərin qızı, Əli Əeyhisalamın həyat yoldaşı, dünyanın ən pak qadınıdır.
Əziz kişi: Ay Sabir qardaş bilirsənmi belə yerdə adamın ürəyindən nələr keçir?
Sabir usta: De görək nə keçir ürəyindən, sən elə-belə fikirlər keçirməzsən ağlından.
Əziz kişi: Çalışıb gedərəm seçdiyin yolu,
Ürəyim eşqinlə, doludur-dolu
Səni heç danarmı tanrının qulu,
Ya Rəsul Allah! Ya Rəsul Allah!

Sənin məhəbbətin dərin kök atmış,
O nurlu kökləri cənnətə çatmış.
Kim sizə baş əymiş, başını ucaltmış,
Ya Rəsul Allah! Ya Rəsul Allah!
Allahın salamı olsun yoluna,
Salavat göndərdim gül camalına
Tamahı sevməzsən dünya malına
Ya Rəsul Allah! Ya Rəsul Allah!

Əli ilk hüccətin, Hafizin oldu.
İslam dünyasında varisin oldu
Hər kəlmən Quranın hədisi oldu
Ya Rəsul Allah! Ya Rəsul Allah!
Sabir usta: çox sağ ol ay Əziz dilin var olsun.
Cavidan: Sabir baba bazarda gördüyümüz qabların hamısı indiki ustaların əl işləridir, ya əvvəllərdən də qablar qalmışdır?
Sabir usta: xeyir oğlum bizdə elə əşyalar var ki, o qabların yaşı çox qədimdir. Hələ altı yüz il əvvəldən (XIIəsrdən) bəri küplər, qablar, keramikalar, miras qalmışdır.
Cavidan: çox sağ olun.
Sabir usta: buyurun uğur olsun, onlar Sabir usta ilə sağollaşıb. yollarına davam etdilər.
Cavidan: baba yəqin sən də fikir verirsən də bazar olduqca ucuzluqdur, bolluqdur. bir bu bəzək əşyalarına,tüfənglərə,çıraqlara,qalxanlara,nizələrə,papaqlara,xırda daşlara bax deyə-deyə dükanların yanından keçərkən malları göstərirdi, daban daşını tanımadığı üçün soruşdu: bu daşlar nədir? Nə üçün işlədilir?
Əziz kişi: əvvəlcədən dediyim kimi Ağsu şəhəri ölkənin ən inkişaf etmiş, böyük şəhəri olmaqla yanaşı qonaqpərvərlik, sənətkarlıq, mədəniyyət də güclü inkişaf etmişdir, o səbəbdən də burada ən xırda detalları ilə əşyalar hazırlanır, istifadə olunur. Soruşduğun xırda daşlar da daban daşlarıdır.
Cavidan: bəli doğurdan da nəhəng şəhərdir. üstəlik də əhali çox olduğu üçün sıx yerləşiblər, yolları, küçələri dardır. Mənə daha çox maraqlı görünən isə başqa məqamdır. Nəyə görə on mindən artıq əhalisi olan belə bol ruzi-bərəkəti olan şəhərdə möhtəşəm, dəb-dəbəli binalar, saraylar inşa edilməyir?
Əziz kişi: oğlum uzun illər boyu Ağsu şəhəri yadelli düşmən hücumlarına məruz qamışdır. Həmin yadelli hücumları isə dəhşətli dərəcədə dağıdıcı, vəhşətli olduğu üçün dəfələrlə tikilmiş sərdabələr, saraylar dağıdılmış, yandırılmışdır. Əhali hər dəfə təkrar tikililər tikməkdən yorulmuş və indiki balaca, amma səliqə-sahmanlı binalar inşa etmişdirlər. Bilirsən ki, bu qədər çox sənətkarları olan şəhərdə çox hündür binalar yoxdursa demək əsaslı səbəbləri vardır. Fikir verirsənsə şəhərin binaları bişmiş kərpicdən hörülmüşdür. sənətkarlıq nümunəsi olaraq tikintilərin tinləri kəsilmişdir.
Əziz kişi və Cavidan şəhərin ərzaq ehtiyat bazası olan buzxana anbar sahəsinə gəldilər. Anbarın ətrafında qarovul çəkən əsgərlər vardı.
Cavidan : baba bura şəhərin hansı hissəsidir,bu əsgərlər nəyi qoruyurlar?
Əziz kişi; bu gördüyümüz buzxana anbarıdır, orada şəhərin qida ehtiyatı saxlanılır. Həddindən artıq böyük anbardır, bütün ölkənin qida xəzinəsi burada saxlanılır.
Cavidan : böyük deyirsən, nə qədər böyük?
Əziz kişi: yeddi metr dərinlikdə, zirzəmisi yerləşir, otuz metr uzunluğu var, eni isə səkkiz metrdir. Divarlarının qalınlığı isə iki metrə qədərdir.
Cavidan: divarı nə üçün belə qalındır?
Əziz kişi: divarın qalın olması yay aylarında havaların həddindən artıq dərəcədə isti olduğu zamanda zirzəminin daha sərin qalmasına xidmət edir. Bizim torpaqlar aran olduğu üçün bizdə yay havaları hədsiz isti keçir.
Cavidan: bəs o, zirzəmiyə necə daxil olurlar?
Əziz kişi: zirzəminin qapısına yaxınlaşıb göstərərək-bax bu bişmiş kərpiclərin arasındakı qapıdır. Qapıdan içəri pilləkənlərlə daxil olurlar. zirzəminin cənubunda aşağı hissədə çıxış xətləri, boruları vardır.
Cavidan: o borular nə üçün çəkilmişdir?
Əziz kişi: bilirsənmi oğul bizim əzəmətli Ağsu çayı öz mənbəyini şiş uclu dağlarımızdan götürmüşdür. Dağlar da soyuq olduğu üçün bütün qış aylarında başları qar olur Elə ki, yaz öz mülayim, ilıq, nəfəsi ilə havaları isindirir, qızmar günəş öz bərəkətli şəfəqlərini dağların üzərinə saçdıqca dağların qarı yavaş, yavaş əriməyə başlayır. Bəzən ərimə prosesi sürətlə gedir. Belə olduğu halda dağlardan axıb gələn sular çox olur və Ağsu çayı öz məcrasından çıxır. belə vəziyyətdə daşqınlar baş verir, sel gəlir.
Cavidan: sel nədir nə edir ki?
Əziz kişi: sel idarə olunmadan sürətlə gələn ,böyük su kütləsidir. Çox sürətlə gəldiyi üçün qarşısına keçən əşyaları, mal qaranı, hətta insanları da apara bilir. bəzən evləri uçurur, həmin buzxana anbarının alt çıxış borularının olması da sel və daşqınlardan şəhərin ərzaq ehtiyatlarını qorumaq üçündür. Sürətlə gələn su həmin borular vasitəsi ilə dərinliyə axıdılır. anbardan sovrulur.
Cavidan: Ağsu şəhərinə sel tez-tez gəlir?
Əziz kişi: bəli bizə nisbətən daha çox olur. Çünki şəhər Ağsu çayının sahilində yerləşir. Ağsu kəndi isə dağların ətəklərindədir.
Əziz baba Cavidanı digər küçələri ilə məhəllələri ilə tanış etmək üçün onu üzü cənuba doğru aparırdı. Getdikcə yol boyu kiçik evlər, təndirlər, su quyularına rast gəlirdilər. Şəhərin ən qədim məhəlləsindən keçirdilər ki, oradakı antik mənzərə Cavidanın diqqətindən yayınmadı. Baba bu evlər daha kiçikdir və sıx yerləşirlər.
Əziz baba: bəli sıx, kiçik, üstünün palçıq basdırması çatlamış evlərin yaşı əslində çox qədimdir. Axı bura şəhərin ən qədim məhəlləsidir. deyilənə görə VI-IX əsrlərdə yəni 1000 il bundan əvvəlki insanlar bu yerdə məskunlaşıblar. Bir sözlə şəhərin ən qocaman yaşayış məskənidir
Cavidan :əhalisi də qocadırlar?
Əziz kişi gülümsəyərək xeyir oğlum onların da qocaları, uşaqları, cavanları, gəncləri vardır sadəcə küçə qocamandır.
Cavidan uzaqdan məscidin minarələrini görcək səsləndi : babacan biz gəlib məscidə çatmışıq ki, mən məscidin minarələrini görürəm, minarənin qülləsi çox parlaqdır. Minarə nə üçün səkkiz guşəlidir? binası da bizim kənddəki məscidimizdən dəfələrlə böyükdür.
Əziz kişi : Məscid həqiqətən də çox böyükdür, on min nəfərlik şəhərin məscididir də əhali də Allaha bağlı, dindar, namaz qılarlar. Qaldı ki, minarəsinə minarəsi saxsıdandır deyə elə parlaqdır. Səkkiz guşəli olmasının səbəbini müsəlmançılıqla əlaqələndirirlər. İslam dinində cənnətin səkkiz qapısı var deyə bir anlayış olub.
Onlar məscidə doğru gəlirdilər, yaxınlaşdıqca məscid daha fsünkar görünürdü. Şəhər əhalisi namaz qılmağa hazırlaşırdı.
Cavidan:- burada böyük izdiham var, mən məscidin belə böyük olduğunu, əhalinin bu qədər sıx gəldiyini düşünməyirdim.
Əziz kişi ilə nəvəsi məscidin həyətinə daxil oldular.
Əziz kişi: bu insanlar namaz qılmağa hazırlaşırlar, sən dayan bir kənarda mən də gedib namazımı qılıb gəlim sonra gəzərik.
Əziz kişi məscidin 8 metrlik dərinlikli hovuzuna yaxınlaşdı, dəstəmazını alıb keçdi namaz qılmağa. Məscidin içərisində namaz qılanlar çox olduğundan yer yox idi. Əziz kişi, bir qrup möminlərlə birgə namazını məscidin həyətindəki ağacların altında qıldı. Məscidin iki belə böyük hovuzu var. bir neçə su quyuları da vardır. Cavidan bir kənarda dayanıb dəstəmaz alıb namaz qılanlara iftixarla tamaşa edirdi. Əziz kişi namazını bitirdikdən sonra Cavidanı yanına çağırdı. Cavidan babasına yaxınlaşıb dedi: baba nə üçün namazınızı həyətdə qıldınız? Məscidə girmədiniz? Allah qəbul etsin!
Əziz kişi: Amin gəl məscidin həyətinə gedək mən orada sənə hər şeyi izah edim, mən əvvəldən də demişdim ki, məsciddə insanlar çoxdur, içəridə yer olmadığı üçün həyətdə namaz qılırdıq. Sonra Əziz baba məscidin həyətindəki uşaq qəbirlərini göstərərək dedi: Bu qəbirlər uşaq qəbirləridir.
Cavidan: Onları nə üçün qəbiristanlıqda yox burada dəfn ediblər?
Əziz kişi: Bildiyim qədər müharibə zamanı düşmənlər şəhəri tam əhatə edir. Şəhər mühasirədə olarkən bir neçə uşaq aclıqdan həlak olur. Həmin uşaqlar qəbiristanlığa apara bilmədikləri üçün ən təmiz pak məkan olan məscidin həyətində dəfn edirlər. Məscidin ətrafındakı divarların üzərində insan təsvirlərini nəvəsinə göstərən Əziz baba bildirdi ki, bu rəsmlərin izahı insanın təbiətlə vəhdətidir.
Cavidan: Baba məscidin mollası kimdir? O haradadır?
Əziz baba : Məscidin mollası Molla oğlu Hacı Hüseyn Məhəmməddir. da başqa ruhanilər kimi ,hətta onlardan da artıq məsciddə olur, əhalinin mərasimlərini idarə edir. Ağsu şəhərində də böyüyə ,ağsaqqala və xüsusən də ruhanilərə sayğı hörmət həddən artıq yüksəkdir. Xalq öz məclislərini ,xeyr və şərlərini, yaxşı və pis günlərini onlarla paylaşır, onlardan dəyərli məsləhətlər alırdılar. Əhali arasında hər hansı bir anlaşılmazlıq yaşanarsa onun şəhərin qazisi ,mollası aydınlaşdırar və sülh yaradar. Gəl məscidə daxil olaq. Onlar məscidə daxil oldular və məscidin mehrabına yaxınlaşdılar.
Əziz kişi: Bura məscidin mehrabıdır və üzü qibləyə dayanır.
Cavidan: məsciddə olduqca çox sayda mis və gil su bardaqları var, namaz qılan ,dəstəmaz alan insanların çoxluğuna görə yəqin su bardaqları çox düzəldilir.
Əziz kişi: Bala ölkəmiz dünyanın ən gözəl təbiətinə malikdir. Hansı ağacı əksən yaxşı yetişir, bol məhsul əldə olunur. İnsanlar işlərinə çox zəhmət sərf edir, bir-birinin zəhmətinə dəyər verirdilər. Hər tərəf yaşıllıqdır, gül-çiçəyə bürünüb, küçələr tər-təmiz, səliqə-sahmanlıdır. Bu da ruzi-bərəkətin artmasına səbəb olur. Bu ruzi-bərəkəti qazananlar gülərüz, qonaqpərvər kənd sakinləridir. Ağsu şəhərində mədəniyyət, incəsənət ,sənətkarlıq, ticarət, maldarlıq və əkinçilik inkişaf etmişdir. Onlar söhbət edərək gəlib şəhərin mərkəzi küçəsinə çatdılar
Cavidan şəhərin cənub hissəsinə boylanaraq söylədi: Baba, qarşıda əzəmətli bir bina görünür. O nə binasıdır?
Əziz kişi: Mənim mehriban balam, gəl o bina və digər yerlər barəsində dayandığımız yerdə məlumat verim.
Cavidan: Nə üçün?
Əziz kişi: Çünki gün batır, biz o tərəflərə getsək gecə düşəcək, o zaman evə çətin gedərik .Əgər biz bu şəhərdə gecələsək evdəkilər nigaran qalar. Yaxşısı budur ki, şifahi məlumat verim, axşam düşmədən geri qayıda bilərik.
Cavidan: yaxşı baba o zaman şifahi məlumat ver.
Əziz kişi: Şəhər binalarını, küçələrini, göründüyü qədər nəvəsinə təqdim etdi. O, nəhəng bina ölkə başçısının yaşadığı şah sarayıdır. Sarayın qarşısında xeyli xidmətçilər nökərlər dayanırlar, axşamlar isə şəhər sakinləri də topalaşırlar.
Cavidan: İnsanlar nə üçün oraya toplaşırlar?
Əziz kişi : axşam düşən kimi şəhər pəhləvanları, sənətkarları, aşıqları, ozan şairləri şahın şəninə hər gün ya da heç olmazsa hər həftə şənlik təşkil edir, tamaşalar qurub, ədəbi bədii gecələr keçirərlər, şeirlər söyləyər, dastanlar qoşar, mahnılar oxuyarlar. Bu şənlikdə xüsusi istedadı olan insanlar bacarıqlarını nümayiş etdirir, xalqın seçilən insanları adlandırılırlar.
Cavidan : sənətkarlar əl işlərini göstərirdilər?
Əziz kişi: Adətən ən gözəl sənət əsərlərini şaha hədiyyə edir, digərlərini nümayiş etdirirdilər.
Cavidan: pəhləvanlar nə edir?
Əziz kişi: pəhləvanlar cəngavərliklərini sərgiləyən tamaşalar qurub səhnəciklər göstərirlər.
Cavidan: Şəhər Aşıqlarının, ozanların yaradıcılığı yalnız şaha aid olur, yoxsa müxtəlif istiqamətdə yazıb-yaradırlar.
Əziz kişi: Bəzən şaha tərif qoşub yazsalar da saray şairləri belə ayrılıqda ümum bəşəri mövzularda ,bəzən də yalnız sevgidən bəhs edən əsərlər yazıb-yaradırlar. bu zaman da meydanda xüsusi coşqu yaranır. səbəbdən də saray yaxınlığındakı həyat daha coşqunludur, qaynardır.
Cavidan: bəs tamaşa göstərənlər kimlərdir?
Əziz kişi; tamaşalar adətən gülüş doğuran, rollar olduğu üçün tamaşa oynayan insanlara da təlxəklər deyilir. Əslində isə həmin sənət də istedad bacarıq tələb edir.
Sarayın yaxınlığında daha bir izdihamlı bina yerləşir. Həmin bina şəhərin karvansarası, mehmanxanasıdır.
Cavidan : Mehmanxana nə üçündür, orada tədbirlər keçirirlər?
Əziz kişi: başqa ölkə və vilayətlərdən, gələn tacir, səyyah və qonaqlar üçündür. Şəhərə gələn yadelli, qonar karvansaraya yerləşdirilir, ona xüsusi qulluq edilib yola salınır ki, qonaqlar geri dönərkən ölkəmiz haqqında xoş fikirlərlə qayıtsınlar vətənlərinə. Xarici qonaqlar bəzən ölkələrini təqdim etmək məqsədi ilə bir sıra sənətkarlıq nümunələri (qab, ipək, şüşə, pul) gətirir, əvəzində də bizdən sənətkarlarımızın əl işlərini (kəlağayı, xalça, ipək toxumalar, qızıl zinət əşyaları, gil və fayans qablar, qadın bəzək əşyaları, gümüşdən hazırlanmış bir sıra məişət əşyalarını) aparırlar. Belə vəziyyət ticarət mübadiləsi adlanır.
Baba ilə nəvəsi şəhərin digər istiqaməti ilə geri qayıdarkən digər sənətkarlar küçəsinə daxil oldular. Arif ustaya yaxınlaşıb salamlaşdılar.
Əziz kişi : salam Arif usta işin avand olsun, necəsən?
Arif usta: hər vaxtın xeyir, ozan Əziz həmd olsun Allaha biz yaxşıyıq. siz necəsiniz? Görürəm ki nəvəni şəhərlə tanış etməyə gətirmişsən bu gün bacardığınız qədər gəzib tanış olun, gecə qalarıq bizdə, sabah tezdən də qalan hissəsini görərsiniz.
Əziz kişi : çox sağ ol ay Arif, amma biz axşam düşmədən evə dönməliyik, yoxsa evdəkilər nigaran qalar. Şəhərin bir hissəsini gəzmişik, bir gün gəlib qonağın olarıq, o zaman da digər yerlərini tanıyarıq. İnşallah! Lakin siz də çoxdandır ki, izim kəndə gəlməyirsiniz, gəlin bir gün də gedək dağların, ətəklərindən boyaqotu yığaq.
Arif usta: Yaxşı bir gün gələrik. Deyərək düzəltdiyi əşyaları yəni-sümükdən daraq, düymələr, dəstək, sədəf, yəhər üstlükləri, qadın boyunbağılarını göstərib Cavidana səsləndi. Oğlum ürəyin istəyən qədər seç götür, sənə hədiyyə edirəm.
Cavidan: xeyir ehtiyac yoxdur çox sağ olun.
Arif usta maral sümüyündən düzəltdiyi darağı və dağ keçisi sümüyündən hazırladığı yəhər üstlüyünün birini əziz kişiyə verdi. Əziz bax Cavidana at alarsan, yəhərinin üstünü də mən hədiyyə edirəm.
Əziz kişi; sağ ol Arif hörmətin çox, payın artıq olsun.
Arif usta; dəyməz bir şey deyil, amma yaxşı olmadı qonaq qalmadınız.
Əziz kişi: bir gün gələrik! İnşallah!
Cavidan ilə babası küçələrlə gedərkən qalayçılara rast gəldilər. Qalayçının yanında çoxlu sayda mis qazanlar, qablar, səhənglər, güyümdən çıraqlar vardı. Ağsu şəhərindəki çıraqların bəzəkləri çeşidləri Əziz Kişinin də marağına səbəb olmuşdu. Cavidan isə sağ tərəfdəki dulusçu Rəhmana yaxınlaşdı, onu diqqətlə süzürdü. Usta Rəhman isə gildən nehrə hazırlayırdı. Axşama az qaldığı üçün Cavidanı yanına çağırıb şəhərin şimal çıxışına doğru irəlilədi. Onlar yol gedərkən və yol boyu öz aralarında şəhərdə gördüklərini müzakirə edirdilər.
Cavidan ; baba görürəm ki, ölkəmiz çox güclüdür. Mərkəzi Ağsu şəhəri olduğu üçün şəhər də güclü inkişaf edir, qədim şəhərdir, onun üçün də mədəniyyət inkişaf edib.
Əziz kişi: Bəli! doğrudan da güclü və qədim şəhərdir. Lakin bizim kəndimiz Ağsu kəndi, Ağsu şəhərindən 200 il əvvəl qurulmuşdur. Deyilənə görə VII-IX əsrin əvvəllərində. Ağsu şəhərində yaşayış olmuşdur. Amma şəhər olaraq kəndimizdən gəncdir. Bizim kəndin yarandığı zamanlarda Nərgizabad, Nuran, Bəyimli və başqa kəndlər vardı. Həmin kəndlər Ağsu şəhərindən daha qocamandırlar.
Cavidan: gecə düşəcəyi üçün şəhəri tam olaraq gəzə bilmədik, Bir gün yenə mənim dostlarımla bir yerdə gələrikmi? istəyirəm dostlarım da Ağsu şəhərini tanısınlar, ən azı mənim qədər təəccüblənsinlər.
Əziz kişi: olar əlbəttə niyə də olmasın, inşallah bir gün gələrik.
Gün batdı, onlar şəhəri tərk etdilər. kəndə yollandılar. Yol getmək darıxdırıcı olmasın deyə, Əziz baba nəvəsinə Ağsu şəhəri barəsində eşidib –bildiyi əfsanələrdən danışmağa başladı: Oğul Ağsu şəhəri bu günə qədər çox acılı-şirnili tarix yaşamışdır. Belə ki, yaranışdan bu yana şəhər dəfələrlə dağıdıcı yürüşlərə hücumlara məruz qalmışdır. Hər döyüşdə də əhaliyə amansız divan tutulub, zülmlər edilsə də xalq yenə əzmlə məğrur dayanmış, şəhəri yenidən qurmuşdurlar, qurub yaratmış, əmin–amanlığı bərpa etmişdirlər.

Necə deyərlər:
Xislətimiz olub bizim əzəldən,
Muğayətdir, dil qulaqdan, göz
Qeyrət umar, namus umar gözəldən,
Mərd doğulan, mərd yaşayar, mərd qalar,

Ta əskidən bu eldə, bu obada,
Adət olub ulu dədə babada.
Söz danışıb, şərt kəsibsə bir vədə,
Kişi kəsən şərt əbədi şərt qalar.

Millət var ki özgələrdən pay umar,
Millət də var Tanrıdan haqq-say umar.
Bir obanı taladılar, soydular,
El köçsə də yaşadığı yurd qalar.

Kim ki özgə dövlətinə qoyar göz,
Onun ocağında bərəkət olmaz.
Kafir olan həyat sürər ümidsiz,
Ürəyində kin bəslənər, dərd qalar,

Çərxi fələk dövr etsə də tərsinə.
Anlatmaz ki, düzü nədir, tərsi nə.
Dönüb sərt qaydalar həyat tərzinə
Bu qanunlar sərt yazılıb, sərt qalar.

Cavidan : baba sənin yanında olanda adamın lap ruhu dincəlir.
Əziz kişi: Hə oğlum Ağsu şəhəri əvvəllər Gilan kənd, Gilan şəhər adlandırılırdı .sonra 1736–cı ildə may ayında Ağsu çayının sol sahilində Nadir şah yeni Ağsu şəhərini saldırdı və bildiyin kimi Şamaxıdan divan tutub köçürtdüyü əhalini də Ağsuya yerləşdirdi.
Ağsu şəhərinin adı Ağsu çayından götürülmüşdür. Nadir şahın köçürtdüyü əhali yerli əhali ilə qaynayıb qarışmışdı ki, yenicə qurub yaradıb, intensiv şəhər qurub. firavan həyatı yaşayırdılar ki, 1743–cü ilin yay aylarında I-II və III Sam Mirzələr Surxay xanın köməkliyi ilə 50 minlik qoşunla Ağsu şəhərinə daxil oldular. Talançılıq, istilalar olmasın deyə şəhər əhalisi onları rəğbətlə qarşıladılar. Sonra I Sam Mirzə Şirvan düzündə Nəsrullah şahla döyüşərkən öldürüldü. Oktyabr aylarında II Sam Mirzə yenə üsyan qaldırdı. Üsyana Surxay xanın oğlu Məhəmməd kömək edirdi, onlar Nəsrullah Mirzə ilə üç ağır döyüş keçirdilər. Nəsrullah Mirzə Ağsu qalasını bir neçə gün mühasirədə saxladıqdan sonra top atəşi ilə şəhəri ələ keçirdi. Həmin ağır döyüşlərdə çiçəklənən Ağsu şəhərinə ilk ağır zərbə vuruldu. Əhaliyə divan tutuldu. Xalq bu günü “Allahdad” Allah köməyə çat adlandırırdılar. 1747-ci il Nadir şahın ölümündən sonra müstəqil xanalıqlar yarandı. Şirvan xanlığı 1763-cü ilə qədər iki hakimiyyətli idarə olunurdu, hökmdarları Xançobanı tayfasından olan, Məhəmməd Səid və Ağası xandır. İki hakimiyyətlilik olduğu üçün ölkədə daim hərc-mərclik, daxili çəkişmələr səngiməyirdi. 1755-ci ildə Şəki xanı Hacı Çələbi Şirvanı ələ keçirmək üçün Ağsu şəhərini mühasirəyə aldı. Belə çətin vəziyyəti görən Hacı Məhəmməd Səid xan Quba xanı Hüseynəli xandan kömək istədi. Hüseynəli xan da öz növbəsində 3000 nəfərlik ordu ilə Ağsuya gəldi. Hüseynəli xan ilk öncə barışıq təklif etsə də Hacı Çələbi xan qəbul etmədi, Hüseynəli xanın geri qayıtmasını istədi. Bu zaman tərəflər arasında Ağsu şəhəri ətrafında güclü döyüşlər aparıldı, şiddətli döyüşlərdə Hacı Çələbi xanın ordusu ağır itki verdiyi üçün geri çəkilməli olur. Qalib gələn Məhəmməd Səid xan Ağsu şəhərinin qalasının açarlarını Hüseynəli xana verdi .Hüseynəli xan isə öz növbəsində açarları qəbul etmədi, o sadəcə dostluq xatirinə köməklik etdiyini bildirdi. Hüseynəli xan 3 gün Ağsuda qonaq qaldıqdan sonra öz torpaqlarına geri döndü.
Bütün bu döyüşlərdə, müharibələrdə ən çox ziyan görən Ağsu camaatı, dinc əhali idi çünki onların həvəslə qurub yaratdıqları mülkləri, talan edilir, əzizləri, doğmaları qətlə yetirilirdi. Xeyli dinc əhali isə aclıqdan tələf olurdu. Döyüşlər bitdikdən sonra isə onlar yenidən tikib-qurmağa məcbur idilər. Dağıdılmış şəhəri yenidən bərpa etmək, abadlaşdırmaq, mümkündür ,lakin həlak olmuş günahsız insanları geri qaytarmaq olmayır. Bax bu da Ağsu şəhərinin keçmə-keçli tarixindən bir parça idi başımız elə qarışıb ki, söhbətə daha gəlib kəndə çatmışıq.
Cavidan bu söhbətlərdən, gen ərzindəki gəzintidən sonra özünü kamilləşmiş, bir neçə yaş böyümüş hesab edirdi. O sanki hər şeyin canlı şahidi olmuşdu. evə çatan təki öyrənib bildiklərini həvəslə nənəsinə ,evdəkilərə danışırdı.
Atalar düz deyiblər də:–çox yaşayan çox bilməz,
Çox gəzən çox bilər.
Əziz baba Cavidanı Ağsu şəhərinə aparmaqla əslində sübut etdi ki, böyüklər ,valideynlər övladlarına imkan yaratmalıdırlar ki, onlar dünyanı dərk etsin, ətraf mühiti yaxından öyrənsin, qazanacağı bilikləri özü kəşf etsinlər, dünyanı dərk etsinlər. Təhsil sistemimizdə əsaslı irəliləyişlərin əldə olunması gətirilən yeni tədris sistemində yaradıcılığın inkişaf etdirilməsi məqsədi ilə, şagirdlərə müstəqil kəşfiyyatçı postu verilmişdir. Hal-hazırda ümumtəhsil məktəblərimizdə Kurikulum, yeni yol tədris sistemi təbliğ olunur bu da Cavidan kimi istedadlı uşaqların kəşfiyyatçıların özünü sübut etməsinə geniş şərait yaradır, yol açır. Əziz oxucular yolunuz açıq olsun.
Necə deyərlər; “Dünənimizdə keçmə-keçli tariximiz,
Bu günümüzdə şərəfli İstiqlaliyyətimiz,
Sabahımızda-Günəşli zirvələr bizi gözləyir!”
Yeni yaradıcılıq uğurlarında görüşənədək. Sağlıqla qalın.
Elnarə Günəş,
“Dağ çiçəkləri” ədəbi məclisi, “İsmayıllı yazarları”, “Ağsu şairləri” və “İti qələm” ədəbi İctimai birliyinin üzvü