Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Prezidentin xalqı ilə görüşü”

Cənab Prezident
səfərə
çıxıb,
Gəzir ölkəmizi,
səhərdi,
səhər!
O, gəlib səfalı
bir yerə
çıxıb, –
Oxşayır ruhunu
əsən
küləklər.
Çıxır görüşünə
güllə,
çiçəklə
Təzə sakinləri
doğma
diyarın.
Prezident görüşür
bir
ağbirçəklə
Halını soruşur
bir
ixtiyarın.
Burda qarışıbdır –
gülüş,
göz yaşı,
Anların hökmünü
Zaman
sayırdı.
Şəhid oğulların
şanlı
Başdaşı! –
Prezident təmkinlə
xatırlayırdı.
El-oba tökülüb,
şəkil
çəkdirir.
Əl tuta bilməzdi
bu qədər
insan.
Kimsə, əl eləyib

  • sağ olun, –
    deyir,
    Öpüş göndərirdi,
    kimsə
    kənardan.
    Cənab Prezidentin
    cəsarətiydi,
    Vətən torpağını
    azad
    eləmək.
    Əsl qəhrəmanlıq
    tarixdə
    nəydi?!
    Sonra da xalqıyla
    rahat
    görüşmək.
  • Mənbə: https://edebiyyatqazeti.az/

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir