ŞƏHRİYAR 110
Sona ÇƏRKƏZ/BDU-nun baş müəllimi, yazar
Vətənını, xalqını, el-obasının adət-ənənələrini ve nəhayət, qəlb dostunu misilsiz sevgi ilə sevən ve bu sevgi toxumunu qəlblərə səpən Şəhriyar tək İranda deyil, bütün Yaxın ve Orta Şərqdə tanınan, oxunan ve sevilən şairlərdəndir. XX. əsr ədəbiyyatının əvəzsiz simalarından olan, “mənim də bir adım gəlsin dilizə” deyərək həsrətdən haray çəkən Məhəmmədhüseyn Şəhriyarın adı dilimizdən, söylədikləri qəlbimizdən heç bir zaman silinməz. Böyük ədəbiyyatşünas Mir Cəlal müəllimin təbiri ilə desəm, Məhəmmədhüseyn Şəhriyar ədəbiyyatımızın zəhmətkeşlərindən idi. Onun elmi fəaliyyəti, ədəbi yaradıcılığı qollu-budaqlı, barlı-bəhrəli olub. Şəhriyar hər bir Azərbaycanlı üçün zirvədə duran şairlərdəndir. Onu çox haqlı olaraq “şairlərin Şəhriyarı” diye adlandırırlar. Şəhriyar sözün bütöv mənasında anadan doğulandan şair doğulmuşdu. O, böyük ədəbi taleyində qələminin qeyri-adi sadəliyi ve xalqına yaxınlığı ilə qəlblərdə taxt-taca sahib olub desəm, daha doğru olar. Bu dahi şairin yaşadığı dövrdə sevənləri də, həsəd aparanları da çox olmuşdur.
Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbrizin Bağmeşə bölgəsində o dövrün tanınmış ve sayılıb-seçilən hüquqşünaslarından olan Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya göz açmışdır. Məhkəmədə vəkil işləyən atası şeiri ve musiqini çox sevərmiş, anası Kövkəb xanım isə xalq yaradıcılığı nümunələrindən, bayatı ve qəzəllərdən, xüsusilə də Seyid Əzim Şirvaninin qəzəllərindən balaca Şəhriyara oxuyarmış. Bütün bunlar Şəhriyar yaradıcılığında apaydın görünməkdədir.
Təbrizdə orta təhsilini başa vuran Məhəmmədhüseyn Şəhriyar Tehran Universitetinin tibb fakültəsinə daxil olur. 19-20-ci illərin ortalarında ədəbi aləmdə Şəhriyar artıq istedadlı şair kimi tanınır. Onun şeirləri Füzulinin qəzəlləri ilə bərabər tutulur ve dillərdən düşmür. Poemaları ve qəsidələri qiymətli poeziya nümunəsi olaraq qəbul edilir. Böyük Şəhriyar şeirin bütün formalarında yazır ve hansı üslubda yazırsa-yazsın, onun əsas mövzusu dəyişilməz olaraq qalır. Bu mövzu isə onun əzəli ve əbədi arzularından doğan – vətənin bütövlüyünü, azadlığını, birliyini görmək ve qanı-canı bir olan qardaşları ilə görüşməkdir.
Azərbaycandan uzaqlarda yaşamağa məhkum edilən, bunu haqlı olaraq çəkilməz dərd bilən Şəhriyar özünün qəriblik nisgillərini vətənin parçalanmış taleyi ilə bərabər tutub ömrü boyu. Onun yaradıcılığında Azərbaycan həsrəti damarlarından axan qana dönmüşdü:
Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan
Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan
Şəhriyarın fikrincə, vətənin də onun özü kimi ağır-ağır dərdlərinin dərmanı ancaq azadlıqdır. Ana dilində yazdığı əsərlərinin qanadlarında o, sanki Azərbaycana gəlib gəzir, sevənləri ilə görüşür, fikrini-düşüncələrini oxucuları ilə bölür, ürəyindəki arzuları onlara çatdıra bilir ve yenə bir ömür alnına yazılmış həsrətə doğru yol gedir. Məhəmmədhüseyn Şəhriyarın ana dilimizdə yazdığı “Heydərbabaya salam” poeması onun ömür boyu çəkdiyi yurd həsrətinin rəngidir, anasının laylasıdır, qəlbinin nəğməsidir, daxili dünyasının ab-havasıdır, elinin-obasının təəssübüdür. Bu əsər vətənpərvərlik dastanıdır, el-obaya vurğunluğun təzahürüdür, Şəhriyar qeyrətidir, Şəhriyar heyrətidir. Bir sözlə, “Heydərbabaya salam” mənim aləmimdə xatirələr yuvasıdır. Bu poemada o, nələrdən bəhs etmir?..
Heydərbaba, yolum səndən kəc oldu,
Ömür keçdi, gələmmədim, gec oldu,
Heç bilmirəm gözəllərin nec oldu,
Bilməz idim döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var.
Şəhriyar bu poemanı anası Kövkəb xanımın gileyli ve çox müdrikliklə söyləmiş bir ifadəsinin cavabı olaraq qələmə alıb. Anası deyib: “Oğlum, Şəhriyar, sənə böyük şair deyirlər, fəqət necə yazırsan ki, mən anlamıram?”. Heydərbaba dağ adıdır, Şəhriyarın bu əvəzsiz ve möhtəşəm poeması isə dağların ən ucası ve həm də onun sinəsinə çəkilən ayrılıq dağıdır. Əslində, hər bir yaradıcı insan, qələm sahibi sadəliklə fikrini ifadə etməyi bacararsa, oxucunun könlünü fəth edə bilər. Elin ətəyindən yapışarsa, onun dili ilə danışaraq, onun fikir ve düşüncələrinə istinad edərək yazıb-yaradarsa, yaşadığı dövrün nəbzini tutmağı bacarar ve uğurlu əsərlərə imza ata bilər. Həyatında görüb yaşadıqları yaxşını da, pisi də, iştirakçısı olduğu hadisələrin müsbət-mənfi tərəflərini də doğma dilində tərənnüm edən ve bunu özünün çoxşaxəli yaradıcılığının qayəsi hesab edən böyük Şəhriyar elə buna görə sevilən, adı dillər əzbəri olan şairdir, olub ve olacaqdır. Şəhriyar etiraf edib ki, uşaqlığında görüb-eşitdikləri, ətrafında cərəyan edən hadisələr, bir yerdə gəzib-dolaşdığı tay-tuşlarının yaşadıqları ve elinin-obasının adət-ənənələrinə vurğunluğu da anasının arzusu ilə üst-üstə düşüb ve Azərbaycan dilində bu əvəzsiz poema qələmə alınmışdır. “Heydərbabaya salam” poeması iki hissədən ibarətdir. Şair birinci hissəni Tehranda, ikinci hissəni isə Təbrizdə yazmışdır. Bu əsəri himnə ve çağırışa bənzədənlər də az olmayıb. Poemanın hər bəndi ayrı-ayrılıqda bütöv ve tam bir həyat mənzərəsi əks olunan rəsm əsərinə bənzəyir. Oxuyursan, görürsən, eşidirsən ve o hissləri içəridən yaşayırsan.
Düşünürəm, hansı birimizi Rübabə Muradovanın ifasında səslənən, Şəhriyarın dərd yuvasına dönən sinəsindən qoparaq nisgilin ifadəsinə çevrilən bu yanıqlı cümlələr ağlatmayıb?
Heydərbaba, ildırımlar çaxanda,
Sellər-sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətizə, elizə,
Mənim də bir adım gəlsin dilizə.
Şəhriyar inanırdı ve emin idi ki, bu qədər böyük məhəbbətlə elinə-obasına bağlılıq ve həsrət onun adını dillerdən düşürmeyecek. Nə qədər ki, qədirbilən Azərbaycan halkı var, Şəhriyar da var olacakdır. Çünki Şəhriyar öz yaradıcılığı ilə şöhretin zirvesine yükselen böyük şairlərdendir. Onun ana dilinde yazdıqları ise qəmə-kedere belense de, sabaha inamla dolub-daşır ve böyük yaradıcılığının en önemli hisselerinden birini əhatə edir.
Məhəmmedhüseyn Şəhriyar bütün yaradıcılığı boyu vetənin bütövlüyü ağrısını, sızıltısını oxucusuna pıçıldayır. Tanıdığı, sevdiyi insanların, qohum-əqrəbasının, tay-tuşlarının adını da şeirlerinde ve poemalarında birer-birer çekir, xatırlayır ve bununla da əhdinə sadiqliyin nümunesine çevrilir. Onun böyük üreyi vardı ve Şəhriyar çox vefalı idi. “Heydərbabaya salam” poemasında bunlar daha bariz formada, daha gözəl lövhələrlə oxucunun gözləri önündə sərgilənir.
Şəhriyar bu poemada Xoşginab xalqının xarakterini bütövlükdə açıb göstərir ve orada tanıyıb-gördüyü insanların bir-bir adlarını çəkir, səmimi bir şəkildə onlardan söz salır ve böyük məhəbbətlə oxucusuna təqdim edir. Poemanı oxuyan zaman Aşıq Rüstəmi, Məlikniyazı, Mirqadiri, Axund Eyyubu, Qulamı, Mirəbdülü, bayramda şalına corab bağlayan Fatma xalanın kövrəkliyini, Fizzə xanımın ve Nənəqızın gözlərini, Rəxşəndənin bal təki sözlərini xüsusi sevgi ilə xatırladığı, bir-bir adlarını çəkdiyi seyidlərin xarakterlərini ve xoş əməllərini oxucusunun qəlbinə ustalıqla köçürə bilir. Onların obrazını yaradaraq, Şəhriyar özü də bütöv varlığı ilə onların arasında görünür ve unuda bilmədiyi o həyatı yaşayanların birinə çevrilir.
Heydərbaba, Nənəqızın gözləri,
Rəxşəndənin şirin-şirin sözləri,
Türkü dedim, oxusunlar özləri,
Bilsinlər ki, adam gedər, ad qalar,
Yaxşı-pisdən ağızlarda dad qalar.
Poemanı oxuyan hər bir kəs onun ifadələrinin qanadlarında xəyalən də olsa, Xoşginabdan ötüb-keçib, oraları görüb, o həyata bələd olub geri qayıdır ve sanki böyük Şəhriyarın yaşadıqlarını yaşayır. Oxucu yaşından asılı olmayaraq, ustalıqla kaleme alınmış bu hayat səhifələrini vərəqlədikcə, onların fərqinə vardıqca, o hatıralar kervanına qoşulub Şəhriyar qələminin qüdrətinə valeh olur, özü də içəridən təzələnir, bütövləşir. Ədəbiyyatda da öz hiss ve duyğularını oxucunun qəlbinə köçürə bilmək əsl məharətdir.
Mən də Şəhriyara vurgun olan biri kimi hələ orta məktəb illərində atamın böyük kitabxanasında qorunan ve en gözəl yerində saxlanılan böyük Şəhriyarın eserlerinin, şeirlərinin, poemalarının çoxunu sevər ve bəzilərini əzbər bilərdim. İllər sonra artıq universitetdə işləyərkən bir gün həyat yoldaşım Çərkəzlə Nizami muzeyinin etrafında gəzişirdik. Azərbaycan Televiziyasının “Günün ekranı” xəbərlər proqramının çəkiliş qrupu ilə rastlaşdıq. O yıl ilk dəfə idi ki, Novruz bayramını hökumət səviyyəsində keçirmək haqda qərar verilmişdi. Bu qərar olmadan da Novruz bayramı Azərbaycan xalqının hər vaxt əziz tutduğu, geniş formada qeyd elədiyi bayramlardan biri ve ən önəmlisi idi. Ve o gün həmin çəkiliş qrupu bizdən müsahibə almaq istəyəndə, rəhmətlik yoldaşım folklorçu ola-ola, adət-ənənələrimizi gözəl bilə-bilə (elmi işi də folklordan idi) mənə üzünü tutub, müsahibə götürənə dedi:
-Sona xanım Şəhriyarı çox sevir ve indi o, sizin sualınıza Şəhriyarın poemasından Novruz bayramı ilə əlaqədar olan bir parça ilə cavab verər. Mən də həvəslə çox sevdiyim Şəhriyarın “Heydərbabaya salam” poemasından dillər əzbəri olan aşağıdaki iki bendi ezber dedim. Söylədiklərim də xəbərlər proqramında göstərildi.
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy çorabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayrampayı bağlamaq.
Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi xatırlayıb ağladı.
Şəhriyarın Novruz bayramına sevgisi, el adət-ənənələrinə vurgunluğu bütün çalarları ilə bu poemada aydın şekilde gözlerimiz önündə canlanır ve ışığa dönüb gözlərimizi qamaşdırır. Bu bayramın şirinliyini, böyüklüyünü, mənasını, dadını ve tamını, elin-obanın bu bayrama hazırlaşarkən yaşadıqlarını sehrli bir dildə oxucusuna çatdırmağı, düşünürəm ki, ancaq Şəhriyar qələmi bacarardı, ürəklərə köçürə bilərdi. Məmmədhüseyn Şəhriyar təkcə böyük şair deyil, o, həm də böyük maarifçidir, vətəninə, xalqına vurğun vətəndaşdır. Onun her bir cümləsi haraydır. Yaşadıqları da, yaratdıqları da məktəbdir. Dili bal, üslubu isə həyatın əsl üzü ve özüdür. Şəhriyar mənə bir də ona görə çox doğmadır ki, o, dərdə-qəmə qol açan, qismətinə üsyan etsə də, dərdlərini çəkdikcə çəkə bilən, taleyindən qaçmayan, ağrılarını köksünün altına yığan böyük ürəkli insan idi. Şəhriyar xalqının dərdini sözün geniş mənasında öz dərdindən ayırmadan çəkir, onu çirkin oyunlara sürükləmək istəyənlərə qarşı üsyan edir, dövrünün haqsızlıqlarına göz yuma bilməyərək, qələmi ilə qılınclayır. Acı ayrılıqlara məruz qalaraq həsrət ağrısının, torpaq sevgisinin hər zaman geniş xalq kütlələrinə çatdırılmasına çalışan, birliyə səsləyən vicdanlı vətəndaş olan Şəhriyar yazır:
Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar.
Şəhriyar bu çağırışları ve harayları ilə xalqını əmin edir ki, bir gün onlara zülm edənlərin burnu mütləq ovulacaqdır. O zaman bu vətən də, bu xalq da məzlumluğun boyunduruğundan qurtaracaqdır. “Şeytana uymayın” deyirdi Şəhriyar, şeytanlıq dövrü dağılacaq bir gün. “Bayquşun da qəfəsi dar olmasın”. Fars dilində, qəzəl janrında yazmış olduğu “Azərbaycan” şiiri buna ən böyük nümunədir. Bu şiirdə Şəhriyar vətəninin başının üstünü alan qara buludlardan, xalqın mukatteratından ve tarixindən çox geniş söz açaraq onu azadlığı uğrunda mübarizəyə ve bərabərliyə səsləyir. O, Azərbaycanın qüdrətinə inanaraq, başı bəlalar çəkmiş vətəninin hər zaman yaxşılıq edib, yaman olduğuna yanıb-yaxılaraq yazır:
Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub, mülkü-İran, Azərbaycan.
Böyük Şəhriyarın əsərləri Azərbaycanda, İranda, Türkiyede, İraqda, ümumiyyətlə, dilimizi anlayan çox ölkələrdə sevilir, oxunur ve hər zaman da əminəm ki, böyle olacaqdır. Şəhriyarın ana dilində yazdığı şiirləri arasında Süleyman Rüstəmə, Rüstəm Əliyevə, Məmməd Rahimə həsr etdiyi şeirləri də çox duyğulu əsərlərdəndir. Bakı həsrəti, Şimali Azərbaycandakı qardaşları ilə görüşmək arzusu ömrü boyu onun ən ümdə diləklərindən biri idi. O, Azərbaycanın da, doğma xalqının da gücünə, qüdrətinə bələd idi. Ona görə də yazırdı:
Sən kimi qardaş öz qardaşını
Atmayıb özgə kimsə tutmayacaq.
Qoca Təbriz də, yüz min il keçsə,
Belə qardaşlarını unutmayacaq.
Məhəmmədhüseyn Şəhriyar fars, ərəb dillərini mədrəsədə ikən öyrənir, evdə isə hususi müəllimdən fransız dilini mükəmməl öyrənə bilir. O, öyrəndiyi bütün dillərdən ana dilini üstün bilirdi ve hələ 1913-cü ildə Talibiyyə məktəbində oxuduğu vaxt ilk şeirini Azərbaycan dilində yazır. 1924-cü ildə Tehranda Ali Tibb Universitetinin diş həkimi ve əczaçılıq fakültəsinə daxil olan Şəhriyar nə yazıq ki, oranı bitirməyə iki-üç ay qalmış təhsilini yarıda buraxmağa məcbur edilir. Onu bu addımı atmağa məcbur edən isə o vaxt hakimiyyətin başında duran İran şahı Rza Pəhləvinin əmisi oğlu Çıraqəli xan olmuşdur. Universitet illərində (1924-1929) Şəhriyar Sürəyya adlı bir qıza dəlicəsinə vurulur ve bu qarşılıqlı məhəbbətin ucbatından başına olmayan bəlalar gəlir. Sən demə, ürəkdən sevdiyi ve “Pəri” adlandırdığı o qıza Rza şahın əmisi oğlu da vurulubmuş. Buna görə də Şəhriyarı sevdiyindən ve layiq olduğu xoşbəxtlikdən ayırıb, əvvəlcə həbsə atırlar, sonra Tehranı tərk etmək şərti ilə Nişapura sürgünə göndərirlər.
Dərd yaxanı tanımasın, tanıdısa, çətin əl çəkər. 1934-cü ildə sürgündə ikən atasının ölüm xəbərini alır ve “Atamın matəmində” şeirini qələmə alır. Ümumiyyətlə, Şəhriyar yaradıcılığı boyu atasının ve anasının portretlərini mükəmməl formada oxucusunun gözü önündə canlandıra bilir. Atasının çox əliaçıq, çörəkverən ve sözüötən kişilərdən olduğunu xüsusilə qeyd edir ve bu da Şəhriyarın hansı ailədə, hansı mühitdə böyüdüyünün göstəricisidir. 1935-ci ildə nəhayət sürgündən dönən şair 1937-ci ildə Tehrandan doğma Təbrizə qayıdır. Onun fars dilində yazdıqları İran ədəbi mühitində yükseklere ucalsa da, zəmanəsinin Hafizi adlandırılsa da, böyük azərbaycanlı olan Şəhriyara paxıllıq edənlər, sındırmağa çalışanlar da az olmayıb. Şəhriyarın qalxdığı zirvəyə qalxa bilməyən namərdlər, onu qısqananlar bəzən onu ədəbi-ictimai mühitdə tədbirlərə dəvət etmir ve ya gec-gec dəvət edirlər. Laqeydlik ve biganəlik isə mənim aləmimdə ürəyi sevgi ilə dolu olan duygulu insanı əyməyə ve əzməyə yeter. Lakin Şəhriyarın istedadı sönməyən ulduzlar kimi idi ve onun qarşısını almağa heç kəsin ve heç nəyin gücü yetməzdi. Məlumdur ki, Şəhriyarın ən güclü köməyi ve dayağı çox sevdiyi anası Kövkəb xanım olub. Doğru deyiblər ki, “ana kimi yar olmaz”. Şəhriyarın ən ağır günlərinin sahibi, əlacı, dava-dərmanı hesab elədiyi anası da nə yazıq ki, 1952-ci ildə Tehranda dünyasını dəyişir ve onu bu böyük məhəbbəti də tərk edir. Şair onun ağrı-acısına da “Ey vay, anam” adlı elegiya ilə səslənir ve hətta çox üsyankârcasına səslənir. Ədəbi mühitdə yaradıcılığı üzünə gülən böyük şairin acı taleyinin ağrıları bitib-tükənmir.
İlk eşqini – Pərisini bir an belə unutmayan Şəhriyar 1953-cü ildə artıq 48 yaşında ikən öz qohumlarından olan Əzizə adlı xanımla ailə qurur. Kasıbçılığı, nisgili ve qəlbində közə dönən həsrətləri Əzizə xanım böyük şairə unutdurmağı becerir. Onların iki qızı, bir oğlanları olur. Övladlarını həyatının tutiyası bilən şair ömrünün bu xoşbəxt günlərindən fərəhlə söz açır, rahat nəfəs alır ve dərdin-sərin bitdiyini zənn edir. Lakin Şəhriyarın xoş ve rahat günlərinin də ömrü qısa olur. Bəxtəvərliklərin qənimi, taleləri vaxtsız biçib göylərə sovuran acı ölüm yenidən döyür onun tale qapısını. Üzüdönük fələkdən yetərincə çeken şair 1974-cü ildə ömrünə sevinc gətirən həyat yoldaşı Əzizəni də itirir.
Bu ağrılarını da Məhəmmədhüseyn Şəhriyar yenə qələmi ilə bölüşür, təkcə qələmi dərdinə dərman bilir, ürəyini onunla soyudur:
Xəzan gəldi, gül apardı,
Bir şeyda bülbül apardı.
Yanmışdım mən, kül olmuşdum,
Yel də gəldi, kül apardı.
Üzdü əl bir nazlı yardan,
Gözəl üzlü gülüzrdan.
Sevgilimtək bir cəvahir,
Bir də doğma ruzigardan.
Yar hər yerə mənnən getdi,
Əcəl gəlcək onnan getdi.
Dayan, gəlim yola salım,
Xoş günüm də sənnən getdi.
Uzun müddət bu qəmdən sıyrıla bilməyən şair yazır: “Görəsən, fələyin mənə dərd-qəm, əzab verməkdən özgə işi-gücü yoxdur?”. O vaxtadək gâh Təbrizdə, gâh da Tehranda yaşayan şair Əzizə xanımın ölümündən sonra övladlarını da götürüb doğma Təbrizə dönür. Ve burada Təbrizin ona heyran olan azərbaycanlı şairləri Şəhriyara acılarını unutdurmaq üçün qol-qanad gəlirlər, ətrafından ayrılmırlar ve ondan bəhrələnməyə başlayırlar. Beləliklə, onun Təbrizdə böyük ədəbi məktəbi yaranır.
Daim təəssübkeşlik mövqeyindən çıxış edən böyük şair məhz Təbrizdə təsəlli tapa bilərdi. M. Rövşənzəmir “Heydərbabaya salam” poeması haqqında belə yazırdı: “Heydərbaba dağı bir gün yerlə-yeksan ola bilər, yer üzündən silinə bilər, ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyar nəsillərdən-nəsillərə ötürüləcək ve yaddaşlarda qalacaqdır”.
Dərdinə dərman bildiyi Vətənini azad görmək, Azərbaycana gəlmək, qardaşları ilə görüşmək, onların gözlərindən, sözlərindən öpmək nisgilli Şəhriyara qismət deyilmiş. Lakin azadlıq onun istədiyi kimi Azərbaycan xalqına məlhəm oldu ve bu xalq Şəhriyarı unutmadı. Bu günlərdə böyük ve dahi Şəhriyarın doğumunun 110. illiyi Azərbaycanda təntənəli şəkildə qeyd edilir, çünki artıq Azərbaycan Şəhriyar istədiyi Azərbaycandır ve onun kimi dahilərə hökumət tərəfindən yüksək qiymət verilir. Bu tədbirlərin silsilə şəkildə keçirilməsi də nəzərdə tutulub. Mən əminəm ki, böyük Şəhriyarın ruhu azad Azərbaycan xalqının bu günlərini görür ve çox şaddır. Çünki o, bu günləri çox arzulayaraq yazmışdı:
Övladların nə vaxtadək tərki-vətən olacaqdır
Əl-ələ ver, üsyan eylə, oyan oyan Azərbaycan
Yetər fəraq odlarından kül ələndi başımıza
Dur ayağa, Ya azad ol, ya tamam yan, Azərbaycan
Şəhriyarın ürəyi də səninki tək yaralıdır
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan!
Yenidən uşaq olub, sonra solmaq istəyən şair 1988-ci ilin 18 sentyabrında Tehranın Mehr xəstəxanasında batan günəş kimi solaraq dünyasını dəyişir. Təbrizdəki Surxab məzarlığında dəfn edilir. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün – 18 sentyabr hər il İranda “Milli şeir günü” kimi qeyd edilir. Böyük Şəhriyarın ədəbi aləmdə bizlərə yadigar qoyduğu irs eni-uzunu ve dərinliyi bilinməyən okeanlarla müqayisə edilə bilər.