Daha gecdi, sular məni boğa bilməz,
Dəniz yoxdu gözlərimin yaşı qədər.
Daha gecdi, ölüm məni öldürəmməz,
Ucalmışam o dağların başı qədər.
Daha gecdi, könüllərdə kitabım var,
Qat-qat olan qayaların qaşı qədər.
Daha gecdi, zaman məni dana bilməz,
Yaşamışam bu dünyanın yaşı qədər.