-Ad gününə anan qurban, ay oğul, bircə sağ-salamat gəlsəydin. Ürəyim yamanca darıxır, heç özümə yer tapa bilmirəm.
Sona xala öz-özünə danışırmış kimi həm sevinir, həm də gözləri dolurdu. Gözünün ağı-qarası Nurlanın ad günü idi. Hələ ötən 25 ildə bir dəfə də olsun Nurlana ad günü keçirməmişdi. Nurlanın bir yaşı yox idi ki, atası Fərhad 1992-ci ildə Birinci Qarabağ müharibəsində Şuşa yaxınlığında qəhrəmancasına döyüşərək şəhid olmuşdu. Fərhad Rusiyada hərbi xidməti başa vurub gəlmişdi. Ancaq gələn kimi könüllü batalyona yazılmış, heç Rusyadan əynində gətirdiyi hərbi formanı soyunub dəyişməmiş ön cəbhəyə yollanmışdı.

  • Ay qızım, Nurlanın atası da getdiyi gündən bir dəfə də olsun evə gəlmədi. Qonum-qonşudan gedənlər aradabir gəlir, bir gün qalıb əyin-başların dəyişib gedirdilər. Nurlanın atası isə ağır yaralanana qədər bir dəfə də evə gəlmədi. Eh, sən mənə fikir vermə,- deyə Sona xala Aytənə tərəf döndü.
    Nurlan da eynən atası kimi, bu müharibə başlayandan nə yerini deyir, nə də bir dəfə evə gəlirdi. Çox şükür, indi deyəsən, müharibə qurtardığı üçün evə gəlir. Amma zabit yoldaşı var, deyir o məcbur edir ki, Ad günün çox yaxşı tarixə düşüb: gedək Zəfər günümüzün şadlığını sənin Ad gününə qatıb evdə şadyanalıq edək, anamızı sevindirək: bu 25 ilin nisgilini silək qəlbindən.
    Sona xala üzünü Aytənə tutub, fikrini davam elədi:
    -Görək Saşa Nurlanı gətirəcəkmi? Oğlumdan olsa, bilirəm ki, gələn deyil. Sənin gələcəyini də Nurlan dedi, ay qızım. Səninlə heç olmasa danışıb.
    -Hə, Fərhad əmi haqqında Nurlan danışıb. Sona xala, heç xatırlamadığım atamın arzusunu yerinə yetirir Nurlan. Atam deyərmiş ki, “Bircə o Bayrağı da sanca bilsəm Şuşamızın zirvəsinə…” Şükür ki, onu da indi yerinə yetirdi, ay Sona xala .Oradan mənə zəng vurmuşdu. Bayrağı taxdığı yerdən. Dedi ki, anamla danışa bilmirəm, dayım Sabirlə danışdım .
    -Hə, ay qızım, bacısı ölmüş sevindiyindən o qədər də ağlamışdı. Sabiri deyirəm, ey, qardaşımı. Dedi: “Ay bacı, çox şükür, Nurlan atasının o arzusunu , nəsiyyətini yerinə yetirdi: Bayrağımızı sancdığı yerdən zəng eləmişdi. Sonra şəkil də çəkiblərmiş, atmışdı mənə. Bax,Fərhadın o arzusu hər birimizin yadındad. O zaman Nurlanın 1 yaşı yox idi. Fərhad ağır yaralandığına görə gətirmişdilər. Nurlan kimi, atası da çox tərs idi – dediyinin üstündə durardı. Nə qədər çalışdılar, onu maşına mindirib həkimə apara bilmədilər. Eləcə Nurlanı qucağına alıb “dilsiz-ağızsız” körpəynən danışırdı elə bil. Nurlana sanki vəsiyyət edirdi: “Oğlum, igid balam, səni mən böyüdə bilmədim, bu, mənə qismət olmadı. Səni yaradanımız saxlayacaq. Sən hərbiçi, özü də zabit olacaqsan! Bax, ən böyük ata arzusu budur: mən uğrunda şəhid olduğum Şuşaya bayrağı sən sancasan! Mən əminəm ki, mənim balam qəhrəman olacaq. Sən igud bir oğul olmalısan Vətənimizə. Ananın qorunması, dərd çəkməməsi üçün Tanrım səni ona verib. Sən də onu qoru, oğlum! Anan Vətənindi, Vətənin də Anandı, oğlum! Bu müqəddəsləri qorumaq sənə ən vacib borcdu, oğlum! Sən ata qayğısı hiss etmədin, ata qucağında olmadın. Amma Ana ilə Vətən səni qoruyacaq, böyüdəcək, sən də onlara layiq oğul olacaqsan, buna inanıram!” O, Nurlanın üzündən, alnından , gözlərindən öpüb mənə uzatdı və dedi:
  • Nurlanı sənə , səni də Allaha əmanət edirəm! Şükür, oğlumla görüşdüm, amma, ona olan istəyimi çatdıra bilmədim: böyüyəndə nə biləcək atası onu necə çox istəyirdi?! Allaha əmanət olun, Sona …
    Nə deyəcəkdisə, sözünün arxasını gətirə bilmədi. Aytən, qızım, Nurlan bilinçiki çox xoşlayır. Sən bilinçik bişir, mən də aşı dəmə qoyacam, -deyib Sona xala qızılquş kimi qalxıb mətbəxə keçdi.
  • Hə, ana, Nurlan danışanda da mənə dedi ki, “bilinçiklə dovğa da hazırlayarsan. Yaman darıxmışam anamın bişirdiyi aş üçün”.
    Aytənin ona ana deməsi Sona xalanı daha da kövrəltdi. Sona xalanın Nurlandan başqa övladı olmadığı üçün qız uşağının ilk dəfə ona ana deməsi qəribə, maraqlı gəldi və həm də kövrəldi. Axı, Aytən də ana üzü görməyib… Nurlan qısa da olsa, Aytən haqda anasına danışmışdı.

… Nurlan xəstələnmişdi, hərbi hospitalda yatırdı. Aanası ona baş çəkməyə gəlmişdi. Aytəndən razılıq etdiyinə görə anada maraq oyanmışdı. Nurlan isə Aytən haqqında anasına danışmaq, dərdinin üstünə dərd artırmaq istəmirdi. Ana məcbur edib Aytənin kim və haralı olduğunu təkidlə tələb edəndə Nurlan danışmağa məcbur oldu. Axı, o, bu qıza yazığı gəlib, onu ömrünə yaxın duyduğunu, ona görə də ömür-gün yoldaşı seçmək istədiyini anasına necə danışacağına da çətinlik çəkirdi.
…Aytənin atası da hərbiçi idi. Qarabağda münaqişə başlayandan silaha sarılıb kəndlərinin müdafiəsinə qalxmışdı. Onların kəndi ermənilər yaşayan ərazilərə yaxın olduğu üçün həmişə erməni quldurlarının basqınına məruz qalırdı. Buna görə də gecə-gündüz camaat ayıq-sayıq olmağa çalışırdı. Ancaq qışın soyuq, şaxtalı günlərinin birində erməni quldurları yenə gecəikən kəndə hər tərfdən hücuma keçdilər. Xeyli çəkən atışmadan sonra hərbi texnikanın gücü ilə erməni quldurları kəndi darmadağın edərək əliyalın kənd əhalisini öldürdüklərini öldürüb, əllərinə keçən dinc camaatını girov götürürlər.
O zaman yeddiaylıq olan körpə Aytən anasının qucağlnda qarlı yollarla gecənin yarısı qardaşı Sabirin köməyi ilə Ağdama gəlib çıxırlar. Kəndin özünümüdafiə dəstəsindən bir xəbər-ətər yox idi. Aytənin atası Arifdən və digər postda olan döyüş yoldaşlarından da bir xəbər yox idi. Ermənilər həmin əraziləri tamamilə darmadağın edərək yandırmışdılar. Bir həftədən sonra Arifin və başqa üç nəfərin qəhrəmanlıqla sona qədər döyüşüb şəhid olduqları xəbərini gətirirlər. Ancaq onların şəhid olmaları da dəqiq məlum deyildi. Hamı fikirləşirdi: ya girov götürüldülər, ya da şəhid oldularsa da, ermənilər onların meyitlərini də apardılar.
Kiçik körpəsi ilə qohum himayısinə sığınan Arifə ana balaca Aytəni atasız necə böyüdəcəyini ürəyinə salmışdı. İşə bax ki, hələ Aytənin 2 yaşı yox idi, anası ağır xəstələndi. Hara aparıldısa da, əlac olmadı. Müalicəsi mümkünsüz olan ağır xəstəlik Aytəni anasız qoydu. Aytəni tənha yaşayan bibisi Səmayə götürüb təsəllisini ondan alacağını dedi. Səmayə də dərd içində olmuş, yenicə evlənmişdilər. Heç bir ay deyildi ki, yoldaşı şəhid olmuşdu. Səmayə Arifin kiçik bacısı idi. Aytəni özünün övladı kimi saxladı. Aytən Tibb Universitetini əla qiymətlə bitirib hərbi hospitalda tibb bacısı işləməyə başladı…


Nurlan Hərbi Akademiyaya qəbul olub bu ali məktəbi bitirdikdən bu günə qədər bir dəfə də olsun hospitala ayağı dəyməmişdi. Bir balaca xəstələnmişdi. Komandir onu məcbur edib demişdi ki, get hospitalda müalicə al
-Həm də təlimlərdə çox əziyyət çəkən sən olubsan. Bəlkə bir azca da dincini alasan orada.
Nurlangil – bir qurup zabit xarici dövlətlərdə birgə keçirilən təlimlər və kursda iştirak etmişdilər.
Nurlan hospitala gəldiyi iki gündə bu tibb bacısında o qədər doğmalıq hiss etmişdi ki, az qalırdı ki, onun yaxın qohumu olduğunu desin və sübut etsin. Üçüncü gün tibb bacısı onun təyinatı üzrə dərmanını verib gedəndə Nurlan özünü toplayıb onu yolundan saxladı:
-Xanım qız, sizdən bir söz soruşummu? Siz haralısız?! Bəlkə də biz qohumuq, ya da bir bölgədənik, mənə yamanca doğma gəlirsən…
Aytən duruxub Nurlana baxdı. Çaşlb qalmışdı. Nə deyəcəyini bilmədi. Sadəcə, gözləri doldu. Heç nə demədən çıxıb getdi. Nurlan bir həftə burada qaldı, daha doğrusu, qalmaq da istəmirdi. Amma o gündən bir də həmin tibb bacısını görmək istəyi də gücləndiyi üçün çıxıb getmək həvəsi yox idi elə bil. Çox maraqlı gəldi ona. Sonuncu gün həkimdən o tibb bacısının kimliyini soruşdu.
Həkim gülümsündü:
-Yoxsa…
Nurlan həkimin nə deyəcəyinə imkan vermədi, tələsik dedi:
-Həkim, yox, mənə çox doğma gəldi, vallah, dedim bəlkə biz tərəfdəndi.
-Hə, siz tərəfdəndir, cənab mayor. İcazə alıb rayona getmişdi. İndi gələcək, bu gün işə çıxacaq. Amma çox ağıllı, savadlı, mehriban, həm də deyim də, çox qəlbiqırıq, nisgilli qızdı. Qəlbi çox yuxadı, söz deməmiş, göz yaşı axıdır…
Bu zaman Aytən qapını döyüb içəri girdi. O, xəstəni indi mayor rütbəsində, baş həkimin otağında görüb geri qayıdıb çıxmaq istədi. Baş həkim ona qayıdıb otaqdan çıxmağa imkan vermədi:
-Gəl, gəl, Aytən, qızım, gəl, yad adam deyil, mayor, həmyerlindi, bəlkə də qohumsuz.
Aytən azca qızaran kimi oldu, başın aşağı saldı. Nurlan həkimə tərəf dönüb icazə istədi:
-Həkim, biz palatada beş-on on dəqiqə danışa bilərikmi Aytənlə?
Həkim də xəstənin istəynə cavab olaraq:
-Buyurun, cənab mayor,-deyib, həm də yarızarafat hərbi vəziyyət aldı.
Aytən qabaqda, Nurlan arxada palataya qayıtdılar. İllərin tanışı kimi Nurlan əvvəlcə kimlərdən olduğunu soruşdu ondan. Aytən bu günə qədər başına gələn bütün işləri təfsilatı ilə xəstəsinə danışdı. Vaxtilə ona da bunları bibisi Səmayə ona danışmoşdı. İndi də o, taleyini göz yaşları ilə Nurlana danışırdı.
Nurlan dərindən bir ah çəkərək dilləndi:
-Deyəsən, həyatımız oxşardı…
Artıq hər ikisi də eyni talenin yolçuları olduğunu anlayırdılar. Aytənlə Nurlan illərin həsrətlisi kimi hiss edirdilər özlərini. Buna görə də Aytən başını söykəyib Nurlanın çiyninə göz yaşları ilə onun sinəsini islatmışdı:
-Nədən oxşar talelərimiz var, cənab mayor” – deyə Aytən çəkilib ciddi bir vəziyyət aldı.
-Bəs mənim də həyatım səninkindən həyatından ağrılı olub. Mənim də gənc anam saçının birini ağ, birini qara hörüb məni atamın arzuladığı hərbi məktəblərdə bu günə qədər oxudub, tək tənha yaşayıb…
-Eh, nə yazıqlar ki, mən nə ata üzü görmüşəm, nə də ana nəvazişi. Çox şükür, bibim məni anam qədər sevub. Dərd budur ki, heç onun da həyatı düz gətirməyib…


-Aytən, qızım, yadındamı, nişanda da heç Nurlanın üzü gülmürdü? Elə hey gözü sənin axan göz yaşında idi. Bibin o tərəfdə göz yaşında, mən bu tərəfdə… Nə deyim, qızım, təki axırınız yaxşı olsun.
Sona xalanın qəfil danışmağı Aytəni iki il bundan əvvəlki xəyallarından, fikrindən ayırdı:
-İki ilə yaxındı ki, siz nişanlısız, vallah, anası ölmüş Nurlan heç elə bil nişanlı deyil – bir dəfə də olsun toy haqqında bir söz açmır. Eləcə “…bu işlərimiz yoluna düşsəydi, bircə əmr verilsəydi, bu murdarlardan qisasımızı alardıq”,-deyir. Ay qızım, daha mənim də ümidim yoxdu yaşamağa, Allah qoysa, bu yaydan o yana qoymuyacam sizin toyunuzu.
Aytən utanırmış kimi aradan çıxmaq istədi, amma Sona xala buraxmadı:
-Dayan, qızım, bu gecə də elə axşamdan səninlə Sabir dayınla çox uzaq keçmişdən danışdıq. Bir maraqlı və qorxunc yuxu gördüm. Allah xeyir eləsin, qızım, amma yaman darıxır ürəyim anası ölmüş üçün. Bircə gəlib çıxsaydı… Allah xeyir eləsin, qızım, buralarda axar çay da yoxdu, həmişə belə yuxunu axar suya söyləyərdilər. Həə, bu gecə o bədbəx Fərhadı gördüm – Nurlanın atasını deyirəm. Heç elə bil illər keçməyib ey, lap o cavan vaxtlarındakı kimiydi – gözəl, gümrah. Nurlan da gəlmişdi, həm də hərbi geyimdə idi ikisi də. Nurlanı qucaqlayıb elə ağlayırdı, elə ağlayır və deyirdi: “…Sənə qurban olum oğlum. Sənin igidlərin səninlə o qayalarla, o keçilməz sədlərlə Şuşaya necə çıxdı?! Biz hamımız sizi görürdük, oğlum, hər kəs mənə gözaydınlığı verir, səni göstərirdi. Sənin igidliyin hər birimizi ruhlandırırdı. Səninlə fəxd etdiyimizi sənə çatdırmağı deyirdilər. Sənə qurban olum, oğlum, sən ata vəsiyyətini necə eşitmişdin? O zaman çox körpə idin axı. Həə, yəqin bunu sənə anan və səni yaradan Allahımız deyib. Sən mənim qəhrəman balamsan! Üçrəngli bayrağımızı ora sancanda əlacımız olsaydı, səni başımız üzərində bu evə gətirərdik. Diqqətli ol, oğlum, sənə hiylə işlədərlər. Sənə tələ qurarlar, hər addımını diqqətli at. Səni canından çox sevən şəhid qardaşlarının ildönümündən sonra toyunu edərsən. Anana muğayat ol. Aytəni anana qız balası verib, Allaha qurban olum. Bu ərəfələrdə sənin həyatına qəsd etmək istəyənlər var, oğlum, diqqətli ol. Çox ehtiyatla hərəkət edərsən. Bax, o yüksək zirvədə sənə bir ev tikmişəm, oğlum, Aytən balamla, ananla orada xoşbəxt yaşayın! Anana muğayat ol…”
Bir də baxdım kimsə yoxdu bu nə yuxu idi məni tutdu? Vallah elə darıxıram. Bircə dəfə anası ölmüş gəlsəydi…


…Hava qaralırdı, amma Nurlan hələ də gəlmirdi. Özü də zən edəndə Saşa ilə birgə danışırdı. İlk hərbi məktəbə gedən gündən Saşa ilə dostluq edirdi. Heç adını mənə demədi. Nurlan eləcə Saşa deyirdi. Aradabir onun maşını ilə gəlmişdilər .
-Ay qızım, heç nişan mənim ürəyimcə olmamışdı. Amma, bax, bu AD GÜNÜ Nurlanın özünün və Saşanın fikri idi. Nurlan dedi ki, “ana, bax, mənim 25 yaşımdır – subaylığın yubiley yaşı. Unutmamısan ki, atam 25 yaşında şəhid olub. Ona görə də mənim bu 25 illiyim yaddaqalan bir gün kimi olsun. Ürəyimdən keçib ki, atam 25 yaşında şəhid oldu, mən qalib komandir. Bu, bizə bir xatirə kimi qalsın, şəkillərimiz olsun”. Gör nələr fikirləşir bu yaşda oğlum, ay bala,-deyə Sona xala dərin köks ötürdü…


…Keçmiş məcburi köçkünlərin məskunlaşdığı yataqxananın həyəti böyük olduğu üçün gələn maşınlar çox zaman nəzərə o qədər də çarpmırdı. Həyətə bir hərbi maşın, arxasınca hərbi ambulans, onun arzşxasınca bayraqlarla bəzədilmiş mülkiavtomobillər həyətin ortasında dayandı. Sona xala çoxmərtəbəli binanın birinci mərtəbəsində yaşayırdı. Pəncərədən həyətə toplaşan maşınları görüb Aytəni səslədi:
-Ay qızım, Nurlangil gəldilər, gəl bir çıxaq qabağına, amma, deyəsən, çox adam gəlib onlarla birlikdə. Anası ölmüş niyə də xəbər eləməyib əvvəlcədən ki, yaxşı hazırlıq-zad görək. Birinci dəfədir ki…
Ana tələsik əllərini yaxasına bağladığı önlüyə silib özünü çölə atdı. Aytən də Sona xalanın ardınca. Ancaq nə hərbi, nə də mülki maşınlardan bir nəfər yerə düşmək istəmirdi. Sona xala əvvəl hərbi maşına baxdı. Kimsə düşmürdü, sonra hərbi ambulansa baxdı. Yenə kimsə düşmürdü. Çaşıb ortada dayanan çarəsiz ana heç nə başa düşmürmüş kimi birdən hərbi maşına tərəf yüyürdü. Axı, Nurlanı axı iki aydı heç gözü ilə görmürdü.

  • Oğlum! Nurlan, hardasan?! Niyə məni üzürsən?! Düşsənə! Saşa, ay Saşa, sən hardasan?!
    Sona xala hərbi maşına yaxınlaşanda Saşa onu qucaqladı. Ana heç nə başa düşmürmüş kimi qıyya çəkdi:
    -Ay oğul, bəsdir mənim ürəyimi partlatmayın axı! Nurlan! Ay Nurlan, hardasan, düş görüm?!
    Saşa Sona xalanı bərk-bərk qucaqlayıb hönkürdü. Aarada onun qulaqlarına bir fəryad gəlirdi. Bu, oğlunun 25 yaşını ömründə ilk dəfə təmtəraqla keçirmək üçün hazırlıqları bitirib yolunu gözləyən bir ananın səsi, harayı, nifrini idi:
    -Ay elim-obam, Nurlanımın və atasının 25 illiyidir! Yubileyidi, gəlin! Özü də başda oturacaq! AD GÜNÜdü balamın, niyə durdunuz, Saşa, oğlum!? Keçin, keçin içəri, süfrəmiz hazırdı. Sizi gözləyir oğlum….
    O gecə yataqxana həyətində bayrağa bükülmüş üç əziz cənazə vardı. Bu əziz insanları doğma eli yana-yana qoyub ağı deyib ağlayırdı..
    Ananın ürəyi dayanmış, qara taleli Aytən də zəhər içib Nurlanla “eyni ev”də yaşayacağından ayrılmamışdı.
    Axı, atası o Uca Zirvədə onlara bir ev tikdiyini demişdi anasına…
    SON