1558877_1434551783429120_209165756_n

Hava çox soyuq idi. Əlimdə bilgisayar 2 nömrəli maşruta mindik qabaq yerlərdə iki nəfərlik yerdə əyləşdik öz dayanacaqlarında qrup yoldaşım düşdü və bir yer boşaldı bu zaman da dayanacaqdan iki qadın maşruta mindi qucaqlarında təxminən bir yaşyarım yaxud da iki yaşlı bir qız uşağı var idi. Görünür bunlar ana bala idilər. Anası əyləşdi oturacaqda uşağı da, qucağına aldı. Mənim əlimdə bilgisayar olduğu üçün yer verə bilmədim, buna görə də üzr istədim. Gəlin dilləndi narahat olmayın xanım. Uşaq anasını istəyir, müəyyən söz deməyə çalışırdı. Bu zaman yanımda əyləşən nənə qaş-qabağını töküb. Səsini azacıq yüksəltdi. Bax bu xalanı görürsənmi kəs səsini, indi bu saat sənə iynə vuracaq. Uşaq qaşqabağını töküb ağlamağa hazırlaşırdı ki, dedim: yox nənəsi xala ona iynə vurmaz bu çox gözəl baladır. Cann… azacıq təbəssüm edib sevgi dolu gözlərimlə balacanın üzünə baxdım. Uşaq qaş-qabağının düyünlərini açıb, üzümə heyran-heyran baxmağa başladı. Heç anası da yadına düşmürdü. Yol boyu danışdıq nənə ilə, rayon adamları idilər. Mən maşrutdan düşənə qədər uşaq gözlərini bir an olsun üzümdən çəkmədi. Sanki bu körpənin bir xoş sözə ehtiyacı var idi. Bizə bəzən elə gəlir ki, körpə uşaqlar heçnə anlamırlar, əksinə hələ onlar dünyaya gəlməmişdən ana bətnində eşidirlər. Biz onları qorxutmaqla onların gələcəklərini sual altına almış oluruq. Buna nümunə olaraq az yaşlı uşaqların kəkələməsini demək olar. Bu onların qorxu çərçivəsinə düşdükləri zamanı yaranır, qocalıb dünyalarını dəyişənə qədər həmin uşaqlarla yoldaşlıq edir bu xəstəlik. Hələ bununlada bitmir. Qorxu bir uşağın daxilindəki istedadlarını üzə çıxmasına manee olur. Cəmiyyətdə qapalı formada olduqundan patensiyalını ortaya qoya bilmir. Yaxud uşaq səhfən bir iş edəndə üstünə qışqıraraq…oyyyy sən neylədin?! Bu işinə görə vurmaq da eyni qorxu həlqəsini yaradır. Uşaq səhf etdikdə sakitcə təbəssüm edərək ona yaxınlaşıb mənim gözəl balam deyib öncə təbəssüm etmək, sonra isə onu səhfini başa salmaq lazımdır. Danlamaq olmaz. Adlarını sadalamadığım nevroloji xəstəlik də ana bətnindən, və doğulduqdan sonra bu kimi hallardan yaranır. əgər bir uşağa həyat verməyəcəyiksə onu həyata gətirməyin anlamı nədir? Onun nə günahı var axı? elə dünyaya gəlib insan kimi böyüməyəcəksə dünyaya nədən gəlməlidir ki… Arzu olunmaz uşaqların gözlərindəki kədər, sevgisizlik sonradan narkamanyaya, cinayətkarlığa, cibgirliyə, yalana, yol açan amillərdən deyilmi. Yaxud onu mükəmməl yetişdirməyi bacarmayanda da eyni halla qarşılaşmaq qaçılmaz fakt deyilmi?! Uşaqları sevgi və təbəssümlə böyüdüb, cəmiyyətin çirkabından qorumaq bütün valideynlərin boynuna düşən ən önəmli vəzifələrdən biri hesab olunur. Bir uşağın gələcəyi ilə oynamaq da, ona gələcək vermək də bizim öz əlimizdədir…