1624494_1460995930784705_1510059136_n

Uşaq doğulub yavaş-yavaş özünü dərk etməyə başladıqdan sonra valideynlərinin etdiklərini eyni ilə təkrarlamağa başlayır. Yalnış yada doğru… Çox vaxtı yalnışlıqlar doğruluqla qarışır. Doğruluqlarla yaşamaq üçün mütləq elmi biliklərə müraciət olunmalıdır ki, uşaqlar da yalnış düşüncəyə sahib olmasınlar… indi NOVRUZ bayramını az da olsa, təhlil etmək istəyirəm…
NOVRUZ bayramı ilin ən əziz bayramlarından biri hesab olunur. Bəzi savadsız kütlə bu bayramı Hz Əlinin taxta çıxması, bəziləri işə zərdüşlüklə əlaqələndirirlər. Gəlin birlikdə nəzər salaq görək bu bayramın əsil mahiyəti nədir. Zərdüşlükdə od yandırmaqla dini ayinlər yerinə yetirilir. O od səndəl ağacı ilə yandırılır. Səndəl ağacının xüsusi ətri var ki, odlandıqda ətri bütün ətrafa yaılır. Həmçinin bu od söndürülmür. Növbə ilə muridlər gecə gündüz bu odu qalamaqla məşğul olurlar. Novruz bayramında isə sadəcə dörd çərşənbə bir də bayram günləri on beş iyirmi dəqiqə yandırmaqla kifayətlənirlər. Özüdə adi odundan yaxud saman çöpündən… ` Şəkərbura, paxlava isə baxmayaraq ki, ay ulduz formasındadır. Amma bunun zərdüşlüklə heç bir əlaqəsi yoxdur. Zərdüşt peyğəmbərin dini də tək Allaha ibadət etməyi təbliğ edib. Yer üzündə yaranmış insanlar, seçilmiş peyğəmbərlərin hamısı müsəlman olaraq doğulublar sonra insanların şəxsi mənafelərə uyğun olaraq dəyişdirilib. Zərdüşt dinin özü, insanlar tərəfindən dəyişdirilmiş aradan getmış bir dindir. Təsüff ki…….Hz Əlinin həyat yoluna nəzər saldıqda isə heç bir tarixi mənbələrdə bu mübarək insanın bu mövsümdə taxta çıxmasına rast gəlinmir. Bunu insanlar yatıb yuxularındamı görüblər. Yoxsa yenidən tarixmi yazılıb xəbərimiz yoxdur…Onu da deyim ki, İslam dini təhrif olunmayacaq qədər kamil bir dindir. Din deyəndə bəziləri insanın həyatından başqa bir mövzudan danışıldığını hesab edirlər. Əsla din başqa bir mövzu deyil. İndi islami yöndən bu bayrama nəzər salaq görək Allah nə Buyurur?!!!
İnsan həyatını əhatə edən dörd ünsür var ki, SU, OD, YEL, TORPAQ, torpaq çərşənbəsinə yer çərşənbəsi də, deyilir. Insan orqanizmi elmi tərəfdən yetmiş iki faiz sudan iyirmi səkkiz faiz torpaqdan onların birləşdiyi zaman yaranan enerjidən, udduğu havadan ibarətdirki, bunların vastəsi ilə insan canlı surətdə hərəkət edir. Baxmayaraq ki insanın bədəni ət və sümük halındadır bədəndə olan bütün huceyrələr dörd ünsürün tərkibindəki elementlərlə eynidir. Demək ki, bunlar olmasa insan da olmaz. Digər tərəfdən bu ünsürlər təkcə insanın mənşəyi üçün deyil. Insanın qidalandığı bütün bitgilərin həyat vericisidir. Onların vasitəsi ilə nəyi isə hazırlayıb qidalanırıq. Qışda bu huceyrələr yatır, baharın qədəm qoyduğu şam azanı vaxtından başlayaraq, insan huceyrələri oyanmağa başlayır. Hər adiyyatı olan çərşənbə bir xüsusiyyət oyanır. NOVRUZ bayramı gecəsində artıq lazım olan hüçeyrələrin hamısı öz faliyyətinə başlayır. Əslində baharın gəlişi ilə insan yenidən doğulmuş kimi olur. Yenilənmiş hüçeyrələrə bədən alışqan olmadığından müəyyən xəstəliklər üzə çıxır. Baharın gəlişini qeyd etməklə öz varlığını dərk etmək arasında heç bir fərq yoxdur. Bu çərşənbələrdə od qalamaq həyat(yəni dirilik) rəmzidir. Torpaq çərşənbəsində torpağın özünə xas olan ətiri müşahidə olunur, hər iki dəqiqədən bir, torpaq qeyri adi ətir saçır ətrafa…
Bu barədə Allahın mübarək kitabında çox geniş açıqlanır amma biz qısa nəzər edəcəyik. Günəşi və ayı təmsil edən şəkərbura paxlava bişirilməsinin də öz yeri var. beləki, ilin dəyişməsini, həyatın canlanmasını günəş və ay əhatə edir. Məs baharın gəldiyi gecə Günəş öz oxu ətrafında fırlanaraq yerlə göyün pik nöqtəsinə Kəbə evinin üzərinə gəlir. Kəbə evi də yerlə göyün tam orta, bütün istiqamətlərə eyni çıxışda yerləşir. Günəşin pik nöqtəyə gəlməsi, ildə iki dəfə baş verir yaz və payız. Yazda isə oyanış dirilik olur…
Yasın (s)38,39, 40 ayələrində buyrulur: “ Və günəş qərar tapacağı yerə doğru yeriməkdədir. Bu Əziz və Bilən (Allahın) əmridir. Biz aya da mənzillər müəyyən etdik ki, xurmanın qurumuş budağı kimi incə olsun. Nə Günəşin aya yetişməsi yararlıdır və nə gecənin gündüzü ötüb keçməsi. Hərəsi müəyyən bir orbit hədəqədə dolanır”.
Burada Qurani-Kərim Günəşin və ayın yer kürrəsi ətrafında və Günəşin öz oxu ətrafında fırlanmasına işarə edir. Günəş 12 ulduz ətrafında ildə bir dəfə də fırlanır. Lakin hər gün öz oxu üzərində də, fırlanmağından qalmır. Ay isə yerin başına hər gün fırlanmağı ilə yanaşı, ayda bir dəfə fırlanır ulduzlar ətrafında. Yer üzündəki bütün enerjilər günəş nurundan qaynaqlanır. (Atom parçalanmasından əmələ gələn enerjidən başqa) ölü torpağı və vücudu canlandıran Allah bütün yaratdıqlarını insanların xidməti, xeyri üçün yaradıb. Bahrın gəlişini insanlar elmlə əlaqələndirərək çox qədimdən qeyd ediblər. Bu da, Allahın Adəmə elm, əxlaq, insanlıq verdiyini sübüt edir. Bir sözlə Günəş və ay olmasa bəşəriyyət də olmazdı. Bütün yerdə göydə olan hər bir şey insanlar üçündür. Varlığını dərk edən insanların xoş halına. Bu arada gecəni də unutmaq olmaz. Kəbə evinin üzərinə gələn günəşin nurunu qeyd etmək nə zamandan bidət olub?! öz varlığını və yaşamağını əhatə edən ünsürləri demirəm. Ona görədə Allahın Rəsulu buyurur: “Beşikdən qəbrədək öyrənin” nə qədər öyrənsə insan bir ömür üçün yenə də, azlıq edir. İmam Əli: “Hər gününüzü novruza çevirin” deyə tövsiyyə edir insanlara… Allahın və Onun seçilmiş bəndələrinin həyatına nəzər saldıqda onların bu dünyanı dərk edərək yaşadıqlarının şahidi olmamaq mümükün olmur…
Novruzu lazımsız adət-ənənə kimi deyil dərk edərək yaşamaq lazımdır. Sonradan əlavələr var ki, bu əlavələr novruzu hörmətdən sala bilər. Bu bayramda xurafatlara qəti yol vermək olmaz. Bayramlaşmaq bir yerdə şənlənmək, gözəl sözlərdən, Allahın kəlamlarından istifadə etmək vəhtət təşkil etmək, acların qarnını doydurmaq, kasıblara baş çəkərək novruz nemətlərinidən hədiyyə etmək, NOVRUZUN gözəl sifətlərindən hesab olunur. Qulaq falının, gənc qızların arzu tutmalarının, papaq atmağın da öz gözəlliyi var. Ancaq papaq atmağın da, şərti; qarşılıq olaraq papağın içinə bayram paylı qoymaq çox vacıbdır. Onu da deyim ki, bu bayramı ilin başlanğıcı hesab etmək çox doğru-düzgün təqdirə layiqdir. Sağlam şən mehriban dərk edərək yaşamaq yer üzündəki insanların insanlıqlarının nümunəvi sifətləridir. Qarabağı unutmaq günah olar bu bahar da sənsiz keçdi xatirələrimin yaddaşı, Qarabağ. Sənsiz varlığımın bir dəyəri qaldımı ki… Hz Əli buyurur: “ Uzun uzadı arzu etməkdənsə bir iş görün” mən arzu etmirəm səni geri qaytarmaq üçün ölməyə də, hazıram. Bütün Azərbaycanlıları da sənin səsinə səs verməyə çağırıram. Vətəni taptaq altında olan bəşəriyyət ölü bəşəriyyətdir. Allah isə ölü torpaqdan insan varlığı yaradıb can verərək Ruhundan üfürüb diriltdi. Demək ki, ölü olmaq bizə yaraşmaz… Axı diri olmaq üçün yaradıldıq… bizi bizdə var edən, dirilik rəmzi olan NOVRUZUMUZ mübarək…