Post Views: 612 Əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırhacır istisində tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi, sonra aşağı başdakı Gülağanın gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki, qışqırsın, ya nə etsin. Həyətin ortasındakı xartut ağacının yoğun gövdəsi öz-özünə şaqqıltı ilə iki yerə bölündü və bir müddət tut yağışıymış kimi, qara tut …
İbrahim Yusifoğlunun “Qıymayın uşaqlara” kitabı işıq üzü görüb
Post Views: 50 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü İbrahim Yusifoğlunun erməni terrorunun qurbanı olmuş uşaqların əziz xatirəsinə ithaf edulmiş “Qıymayın uşaqlara” kitabı çap olunub. Prezident təqaüdçüsü olan İbrahim Yusifoğlunun bu kitabının redaktoru Ədəbiyyat İnstitunun Uşaq ədəbiyyatı …
Esmira Fuadın “44 günlük Vətən Müharibəsi Güney Azərbaycan ədəbiyyatında” kitabı çap olunub
Post Views: 89 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Esmira Fuadın “44 günlük Vətən Müharibəsi Güney Azərbaycan ədəbiyyatında” kitabı çap olunub. Kitabın tərtibçisi Esmira Fuad, baş məsləhətçisi Rəsul Qədiri, redaktorları Səadət Şıxıyeva, Əkbər Elyar, tərcüməçisi Səadət Şıxıyevadır. “II Qarabağ savaşının güney ədəbiyyatına yansıması” başlıqlı …
Şair-publsist Rafiq ODAY.”KEÇİLMƏZ Kİ, KEÇİLMƏZ”
Post Views: 57 Bir sədd var aramızda,Ha çabala, cəhd elə,Uçulmaz ki, uçulmaz. Namərdin körpüsündən –Nə niyyət, nə əhd elə, –Keçilməz ki, keçilməz. Qurdun içdiyi arxdanKeçisənsə, şəst iləİçilməz ki, içilməz. Bəzən adam iblisdən –Bir özünü test elə –Seçilməz ki, seçilməz.Vüqarı yerindədi,Dağı söy, ya mədh elə,Kiçilməz ki, kiçilməz. Ağıl yekəbaşlıqla –(Ürəkləri fəth elə) –Ölçülməz ki, ölçülməz.
Şair-publsist Rafiq ODAY.”DUR GƏL, ÜMİD ÇATIŞMIR”
Post Views: 80 Bir sənsən, bir də mənəmBu boşluğun içində,Bircə ümid çatışmır. Hər tərəf xoş görünür, –Bu xoşluğun içindəBirgə ümid çatışmır. Atına zülm eyləməBu daşlığın içində, –Sür gəl, ümid çatışmır. Gör sızlayan halımı –Dikbaşlığın içində,Bir gəl, ümid çatışmır. Uçulan xeyməmizi –Savaşdığın içindəQur gəl, ümid çatışmır. Dur gəl, boyuna qurban,Bu qaçdığın içində –dur gəl – ümid …
Ədəbiyyat İnstitutunda Qulam Məmmədlinin 125 illiyi elmi sessiya ilə qeyd olunub
Post Views: 38 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli salnaməçi alim Qulam Məmmədlinin 125 illiyinə həsr olunmuş elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Elmi sessiyanı açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli qeyd edib ki, Qulam Məmmədli salnaməçilik ənənəsini yaratmış böyük salnaməçidir. “Bizim ədəbiyyat tarixçiliyi üçün orta …
“Qobustan” İncəsənət Toplusunun yay sayı işıq üzü görüb
Post Views: 56 “Qobustan” İncəsənət Toplusunun yay sayı işıq üzü görüb… Dərginin bu dəfəki sayında da sənətin müxtəlif yönlərinə aid araşdırma məqalələri, yubiley təbrikləri, müsahibələr yer alıb. – Xalq yazıçısı Anar “Mühacir rəssamlar” məqaləsində vətəndən kənarda yaşayan fırça ustalarımızın ömür və yaradıcılıq yoluna nəzər salır. – Görkəmli alim Vilayət Quliyev italyan rəssamı Amadeo Modilyani haqqında …
19 May Xalq şairi Rəsul RZANIN doğum günüdü
Post Views: 95 Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev; 6 (19) may1910[1], Göyçay[1] – 1 aprel1981[2][1], Bakı[1]) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR xalq şairi (1960), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Stalin mükafatı laureatı (1951). Həyatı[redaktə | mənbəni redaktə et] Rəsul Rza 12 yaşında Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur.[3] Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik …
19 Mayıs Türkiye Cumhuriyetinin kurucusu ve mimarı Sayın Osman Gazi Mustafa Kemal ATATÜRKÜN doğum günü
Post Views: 73 Mustafa Kamal Atatürk (türk. Mustafa Kemal Atatürk) (və ya sadəcə Kemal Atatürk[7], digər adı Kamâl Atatürk[8]) (1881[1] və ya təq. 1880, Saloniki, Saloniki vilayəti, Osmanlı imperiyası[2][4] – 10 noyabr 1938[2][1][3][…], Dolmabağça sarayı, Beşiktaş, İstanbul[5]) — Türkiyə Respublikasının qurucusu, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türkiyə İstiqlaliyyət müharibəsinin öndəri. Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri vəzifəsinə təyin edildi. Müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi — Türk Milli Hərəkatına liderlik …
“Açık Kara” dergisinin 51. sayısı yayında
Post Views: 57 http://www.acikkara.com/FileUpload/ep985265/File/acikkara_51.pdf
“Alkış” dergisinin 123. sayısı yayında
Post Views: 51
Dərviş Yunus ƏMRƏM. “Salam olsun!”
Post Views: 85 Biz dünyadan gedər olduqQalanlara səlam olsun.Bizim üçün xeyir-duaQılanlara səlam olsun. Əcəl bükə belimiziSöylətməyə dilimiziXəstə ikən halımızıSoranlara səlam olsun. Tənim ortaya açılaYaxasız kömlək biçiləBizi bir asan vəch iləYuyanlara səlam olsun. Sal verilən qəsdimizəGedər olduq dostumuzaNamaz üçün üstümüzəDuranlara səlam olsun. Dərviş Yunus söylər sözüYaş dolmuşdur iki gözüBilməyən nə bilsin biziBilənlərə səlam olsun.
Xalq şairi Zəlimxan YAQUB.”Yol”
Post Views: 85 Yaradanım yaxşı bilir,Yolum kimlərin yoludu.Dünənin söhbəti deyil,Lap qədimlərin yoludu. Məni qış-yaz anan yollar,Tanrıya uzanan yollar,Halallıq qazanan yollar,Xoş qədəmlərin yoludu. Qulaq Haqqdan gələn səsdə,Könül gündə yüz həvəsdə,Mənim yolum pərdə üstə,Yanan simlərin yoludu. Ruhum yollara bələddi,Yol çaşanlar xəcalətdi,NUH, İBRAHİM, MƏHƏMMƏDDİ,Yol ADƏMlərin yoludu. 6.VII.2005 *Bu şeir Xalq şairi Zəlimxan Yaqubun 2006-cı ildə işıq üzü görmüş …
Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçiriləcək
Post Views: 54 Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, bu il ölkəmizdə “Şuşa İli” elan edilib.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli ilə bağlı Tədbirlər Planı”na əsasən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçiriləcək.Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən festivalın mayın 12-14-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi …
Azərbaycan var hər kəsin gur səsində…
Post Views: 43 Otuz qarlı-qışlı dağları aşıb, Qolun boynumuza saldı Qarabağ… Hamımızın həyatında misilsiz rol oynayan, bəlkə də, ömrümüzü iki yerə bölən II Qarabağ müharibəsi hələ çoxları tərəfindən yetərincə dərk olunmur, layiq olduğu səviyyədə dəyərləndirilmir. Baxmayaraq ki, bu barədə elə bu müqəddəs savaşın başladığı ilk günlərdən xeyli şeir, hekayə, oçerk, reportaj və b. bədii …
İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 53 İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002‑ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 1. Səhnə fəaliyyəti ilə bağlı …
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 51 Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə …
Azərbaycanın milli maraqlarını və həmrəyliyini hər zaman uca tutan görkəmli dövlət xadimi
Post Views: 48 Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcumuzdur. İlk növbədə, qeyd …
Azərbaycan dili və Ədəbiyyat üzrə MİQ imtahanına hazırlaşanlar, çoxdandır gözlədiyiniz Ədəbiyyat test bankı, artıq satışda!
Post Views: 141 TAİM – Təhsildə Araşdırma və İnkişaf Mərkəzi20 saat ·Azərbaycan dili və Ədəbiyyat üzrə MİQ imtahanına hazırlaşanlar, çoxdandır gözlədiyiniz Ədəbiyyat test bankı, artıq satışda!✅ Test bankda MİQ və Sertifikasiya üzrə yeni proqram əsasında tərtib olunmuş 1200-ə yaxın test tapşırığı yer alıb;✅ Müxtəlif test modellərindən (Eyler-Venn, klaster və s.) istifadə olunan Ədəbiyyat test bankı …
Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”
Post Views: 82 “Ulu öndərimiz, xalqımızın ölməz oğlu, millətimizin şərəfi Heydər Əliyevin müqəddəs ruhuna bağışladığım “Böyük ömrün dastanı” poeması isti-isti, birnəfəsə yazılmış acılı-şirinli bir xatirədir, elegiyadır”. Bu xatirə-elegiyanın ilk cümləsindəki səmimiyyət əsərin bütün ruhuna hakim kəsilib. Söhbət Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasından gedir. Əsərin qəhrəmanının müəllif tərəfindən təqdimatına baxaq: “… bu insan tarixdə tarix yaratmağa …
Xalq yazıçısı İsmayıl Şıxlının “Namus qaçağı” (Hekayələr) adlı kitabı işıq üzü görüb
Post Views: 82 Görkəmli yazıçımız İsmayıl Şıxlı əsasən romanları ilə şöhrət qazansa da, ustad yazıçımız, həm də mahir hekayə ustası idi. İrihəcmli əsərləri ilə bərabər onun hekayələrində də mənəvi-əxlaqi dəyərlər ön plandadır. Ustad yazıçının “Namus qaçağı”, “Namərd gülləsi”, “Ölüləri qəbiristanda basdırın” və başqa hekayələri mövzu və peşəkarlıq baxımdan bugün də aktualdır.
Xalq yazıçısı Sabir Əhmədlinin “Yamacda nişanə” (Povest) adlı kitabı işıq üzü görüb
Post Views: 108 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Xalq yazıçısı Sabir Əhmədlinin “Yamacda nişanə” (Povest) adlı kitabı işıq üzü görüb.
Gənc şair Ziya Dilsuzun “Ayrılıq və Nöqtə” adlı şeirlər kitabı işıq üzü görüb
Post Views: 63 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatının laureatı, gənc şair Ziya Dilsuzun “Ayrılıq və Nöqtə” adlı şeirlər kitabı işıq üzü görüb. Kitab müəllifin oxucuları ilə sayca üçüncü görüşüdür. İctimaiyyət nümayəndələri, ədəbiyyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik. Kitabda məhəbbət mövzusunda ayrı-ayrı şeirlər və bir poema yer alıb. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyi …
Səxavət İZZƏTİ (ƏNDƏLİB).Yeni şeirlər (V hissə)
Post Views: 56 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi DƏVƏSİ ÖLMÜŞ ƏRƏBƏM İllərdiki bir ıtıgın dalınca,Zəncir salıb yerə-göyə gəzirəm,Gecə, gündüz qaraüzlü taleyi,Qarqışlayıb, öyə-söyə gəzirəm, Qaraçıyla uca dağlar aşıram,Qurbətiylə yad ellərdə yaşıram,Həsrətilə sözü-sözə qoşuram,Ağı üstə deyə-deyə gəzirəm. Yol gedirəm ömrüm, günüm uzunu,Geyinmişəm yollarımın tüzünü,Bu yollarda bir sevdanın ızını,Dəmir çariq geyə-geyə gəzirəm. …
Səxavət İZZƏTİ (ƏNDƏLİB).Yeni şeirlər (IV hissə)
Post Views: 53 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi AT ÇAPAR Yiyəsiz qalan zəmidə,Talan at çapar, at çapar,Yallı gedər çəyirtkələr,Ilan at çapar, at çapar, Ilqar, ıman puç olanda,Qayda-qanun heç olanda,Düz danışmaq suç olanda,Yalan at çapar, at çapar, Xeyir yox fikirsiz işdə,İş gedər fikirdə, huşda.Fikri düz olmayan başda,Gələn at çapar, at …
Səxavət İZZƏTİ (ƏNDƏLİB).Yeni şeirlər (III hissə)
Post Views: 45 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi DƏYMƏSİN Qızışıb döyəndə gözlə,Döşünə soyuq dəyməsin.Ağlını topla başına,Huşuna soyuq dəyməsin. Bitməmiş fürsət dalbadal,Çıxmamış əlindən macal,Özünə uyğun papaq al,Başına soyuq dəyməsin. Nəfsin laylasına yatma,Xeyir var, şər var unutma,Hər tikəyə ağız atma,Dişinə soyuq dəyməsin. Ayağınla düz yola get,Yaxşı danış, yaxşı eşit.Gözlərinə yiyəlik et,Qaşına …
Səxavət İZZƏTİ (ƏNDƏLİB).Yeni şeirlər (II hissə)
Post Views: 47 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi İÇİNİ GƏZ Dünya tək başa çəkmə,Qırmızı don geyəni.Gördün ağzını əymə,Yükünü haqq əyəni. Dünya bu nə ürəkdi,Dəmirdən, daşdan bərkdi,Döymək nəyə gərəkdi,Kor talehi döyəni. Nə mürsəldi, nə məcaz,Bu sözü beyninə yaz:«Allah da bağışlamazSınıq qəlbə dəyəni. Üərəyi buğma kinlə,Təmiz sevgini dinlə,Utandır sevməginlə,Sənə söyüş söyəni. …
Səxavət İZZƏTİ (ƏNDƏLİB).Yeni şeirlər (I hissə)
Post Views: 50 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi Səxavət İZZƏTİ (ƏNDƏLİB) Mən səxavət izzəti əbdüllah oğlu 1966 inci ilin yayında qaradağ mahalında doğulmuşam. iki yaşımda atamı itirmişəm. 1977 inci il ayiləmiz təbrizə köçüb bir il sonra əhər qaradaği mərkəzi əhər şəhrinə qaydıb təhsılatımı əhər şəhərində bitirəmişəm. qaradağ mahalınin başqa …
Ziyalıların himayədarı olan ulu öndər Heydər Əliyev yazıçı və ədəbiyyatşünasları da həmişə diqqətdə saxlayırdı
Post Views: 58 Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən ümummilli lider Heydər Əliyev bu işdə həm ziyalıları müdafiə edir, həm də onların dəstəyinə arxalanırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 1993-cü il sentyabrın 21-də AMEA-da ziyalılarla görüş keçirməsi də təsdiq edir. Bütün hakimiyyəti boyu ziyalıların himayədarı olan dahi …
Yeni proqram əsasında Kurikulum test bankı tezliklə satışda!
Post Views: 55 Yeni proqram əsasında Kurikulum test bankı tezliklə satışda! Test bank MİQ və Sertifikasiya imtahanı üçün metodika və pedaqogika üzrə açıqlanmış ən son qiymətləndirmə çərçivəsi sənədi əsasında hazırlanmışdır. Tezliklə işıq üzü görəcək test bankın üstünlükləri:✅ Bütün yeni və əlavə olunmuş mövzulara aid test tapşırıqları öz əksini tapmışdır;✅ Yeni proqram əsasında hazırlanmış 2000 + …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Çərpələng və qarışqa”
Post Views: 58 Çərpələngin üstündəGöyə qalxdı qarışqa.Ucadan dörd tərəfəBaxdı, baxdı qarışqa… Ürəyinin başındaNeçə arzu közərmiş.–Oy, dünya nə böyükmüş,Oy, dünya nə gözəlmiş!!!Yarpaq kimi əsirəmGöydə həyəcanımdan. Fotoaparat olaydıKaş ki, mənim yanımda.Kameraya salaydımUca göylərdən yeri.Gözəl-gözəl şəkillərÇəkib, dönəydim geri… 08.12.2013
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Nəğmə”
Post Views: 51 Nə zaman ki, təklənirsən,Gözlərindən yuxu qaçır.Nə zaman ki, təklənirsən,Dərd sənə dərdini açır. İçin-için ağlayırsan,İçin-için inləyirsən.Ürəyin nəğmə oxuyur,Həyəcanla dinləyirsən. Nəğmə həyat sevgisidi,Nəğmə ilahi nəfəsdi.Sənə həyan olmaq üçünİçindən boylanan səsdi…
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”El arxa sırada adam axtarır…”
Post Views: 61 İnsanmı yerini bilməyən insan?Niyə duz səpirsən köhə yaraya?Layiq olmadığın yerdə durursan,Özünü dürtürsən ən ön sıraya… Daldan atılan daş dəyər topuğa,Yolunu azanda arx,ada qalır.Görünmək istəyən keçir qabağa,Görmək istəyənlararxada qalır… Ümid çiçəkləri saralıb solmur,Cahilər sürüsü eli qorxudur.Önə dürtülənə güvənmək olmur,Arxada duranlar elə arxadır… Yenə əl qatmısan özün özünə,Tutub çəkən yoxmu sənin noxtanı?Heç baxan da …
Şəfa VƏLİYEVA.”Şairi sevməzlər, oğul!”
Post Views: 59 Şairi sevməzlər, oğul,Şeirləri yaman olar, söyərlər…Şeirləri yaxşı olar, söyərlər…Yolda görsə lap dünənki sevdiyiGözündən bircə baxış atar şair tərəfə…Uzanar bir şairçün Tanrı verdiyiBircə an…Olar yüzillik məsafə…Şairi sevməzlər, qızım…Ona sevgi şeiri yazmazlar, yazdırarlar…Onu dəli sevdalarınYollarında azdırarlar…Şairi sevməzlər, anam…Cibinə 3 manat pul qoyan olmaz,Bir kitabı on beş nəfər oxuyar,Bir öynəlik doyan olmaz…Şairi sevməzlər…Sevməzlər, özüm…Şairi aldadarlar …
Şəfa VƏLİYEVA.”Bir dərd tapdım geyindim”
Post Views: 57 Bir dərd tapdım geyindim,Boyumdan yekə çıxdı… Soyunmağa ərindim…Boyum da heçə çıxdı…Yamanmış əl uzadanDərd bozardan donuma…Tanrıymışən uzaqdanSevda yazan sonuma… Bu gün sonuncu dəfəSevələdim adını…Sən demə, “son” özü də“Ilk”in məşum qadını…Tanrı, insafın olsun,Adam unudularmı?Eh…Hanı telefonum?Məni axtaran varmı?…
Xalq şairi Vahid ƏZİZ.”NƏ CÜRƏ?”
Post Views: 69 İnciyib gedən gözəlinkönlünü alım nə cürə?həsrətimi gözlərininyadına salım nə cürə? Məncə-çətin rəhmə gələr,kömək edin,xatirələr!yazıq ürək-bu gözəllərolarmış zalım nə cürə! Görüş keçər aydan-aya,qışdan-qışa,yaydan-yaya,sanki-yadam,salmaz saya-olar əhvalım nə cürə? Nə gedəndə yola salar,nə dönəndə qarşılayar.onsuz qalsam xatırlayarelim,mahalım nə cürə? Bu məkrin sonu nə olar?dirəşsəm-qiyamət qopar!cavabın nə cürə tapar,ona sualım… nə cürə?
Xalq şairi Vahid ƏZİZ.”Tanrının mələkləri”
Post Views: 75 Tanrı mələklərininmənnən olmaz işləri.ruhlara tərgitdirirbəd olan vərdişləri, Fəryadı odan çıxıryerdə ev yıxanların,gözlərindən qan axırHaqqa xor baxanların, Allah adamlarıylaonların işi olmur,bilirlər-belələrimərddi,nakişi olmur Tanrının mələkləri–burdan suçsuz gedənlər,Dərgahda da seviliryerdə qəlbən sevənlər, Tanrının mələkləriruhlara elm öyrədir,həlbət görən olub ki,Dərgahdan söhbət gedir…
Xalq şairi Vahid ƏZİZ.”Yağış…”
Post Views: 119 Mışıl-mışıl körpə yatır,yağış,bir az yavaş danış,ildırım səsini batır,bilək yağır yağış,danış. Ələn Vətən çöllərinə,çaylarına,göllərinə,çiçəklərin özlərinəvura-vura naxış,danlş, Varam-həlim nəfəsinə,yağ susuzlar qəfəsinə,yağış,səni nəğməsinəbülbül sansın alqış-danış! Sevilənsən hər fəsildə,oxuyarsan bəmdə,zildə,bildirkitək yağ bu il də,neçə orman yanmış,yağış…
Xalq şairi Vahid ƏZİZ.”Sevgi-Fələk oldu”
Post Views: 93 Yanmadan kül oldu saçın kömürü,hicranın zindanı canımı sıxdı,yaşaya bilmədim adicə ömrü-sevgi-Fələk olub evimi yıxdı. Getməyin leysanlar axıtdı gözdən,gəlişin bir şirin yuxu kimiydi,vüsalın gen düşmüş Vahid ƏZİZdənümmanda bir qarşı yaxa kimiydi. Zirvəydim-içimdə qopdum,ovuldum,yanlız xoşdəxtmişəm körpəliyimdə,yadların dilinin əzbəri oldum,yar könlün almadışairliyim də…
Xalq şairi Vahid ƏZİZ.””YÜZDƏN” SONRA…”
Post Views: 70 Mənə “Yüz il” arzulayan,nə olacaq “Yüzdən” sonra?yada salıb xatırlayannə salacaq “Yüzdən” sonra? Daha mənə,dost,o zamanfərq eləməz dağla-aran,qurudunsa–Can aparannə alacaq “Yüzdən” sonra? Lap-yerində qalsın huşun,yaşıdı ol kor bayquşun,həmsöhbətin,ya tay-tuşunkim olacaq “Yüzdən” sonra? Çəkil,get üzüyumuşaq,inan mənə; oğul-uşaqsəndən canın qurtarmağaçalışacaq “Yüzdən” sonra! Cana hər cür azar gələr,son bahartək yazlar gələr,tiftiklənmiş astar gələrdidiklənmiş üzdən sonra! Nə …
“Ozan dünyası” jurnalının növbəti nömrəsində..
Post Views: 78 2010-cu ildə nəşrə başlayan və bu ildən fəaliyyətini “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri kimi davam etdirən “Ozan dünyası” jurnalının növbəti nömrəsi işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, ənənəsinə sadiq qalan jurnalın bu nömrəsində ozan-aşıq sənətinə və görkəmli ustad aşıqlara həsr olunmuş elmi və elmi-publisistik yazılar yer alıb. Oxucular bu …
Xalq yazıçısı Ənvər Məmmədxanlının “Bakı gecələri” (Povest) adlı kitabı işıq üzü görüb
Post Views: 69 “Bakı gecələri” povesti Bakının tarixinə, təbiətinə, adət-ənənələrinə köklərindən qopmamış, milli hisslərini diri saxlamağı bacaran, realist sovet yazıçısının özünəməxsus və fərqli baxışı hesab edilə bilər.Dağ kəndindən ali təhsil almaq üçün Bakıya üz tutan bir gəncin təbəddülatları, müşahidələri, daxili katarsisi, imkansız sevgisi, yazıçının olduqca oxunaqlı və maraqlı üslubu ilə oxucuya təqdim edilir. Ənvər Məmmədxanlı …
Xalq şairi Vahid ƏZİZin yeni kitabı Dövlət Mükafatı üçün təqdim olunub
Post Views: 45 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Xalq şairi, Fərdi Prezident təqaüdçüsü Vahidin Əzizin yeni işıq üzü görmüş kitabı Dövlət Mükafatları Komissiyasına təqdim olunub. Xatırlaadaq ki, geniş oxucu auditoriyasının rəğbətini qazanmış gözəl, lirik şeirlər müəllifi Sevimli Xalq şairimiz Vahid Əzizin zəngin bədii yaradıcılığı Qardaş Türkiyə Cümhuriyyətində də böyük …
Gülnar SƏMA.”Şuşa Çanaqqaladır!”
Post Views: 61 Şuşa Şuşa – İstanbul fəthi,Şuşa – Çanaqqaladır.Şuşa – özünə dönüş,Şuşa – başa bəladır. Şuşa Şuşa – İstanbul fəthi,Şuşa – Çanaqqaladır.Şuşa – özünə dönüş,Şuşa – başa bəladır. Şuşa – Metexan dərsi –Atilla imtahanı.Şuşa türkün gücüylə,Silkələdi cahanı. Şuşa – Borçalı yolu,Şuşa – Təbriz qoludur.İrəvandan alınanGöyçənin qan puludur. Birliyimin yolundaBöyük lağımdır Şuşa.Qarabağ – Azərbaycan,Qarabağımdır Şuşa. …
Ədəbiyyatşünas-alim Gülnar SƏMA.”Çağdaş Azərbaycan gerçəklikləri Fikrət Qoca poemalarında”
Post Views: 67 Müasir ədəbiyyatımızın öncül imzalarından olan Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq” kitabında müstəqillik illərində yazdığı bir sıra poemaları toplanıb. Bu poemalar istər mövzu və problematikasına, istərsə də bədii dilin orijinallığına görə diqqəti cəlb edir. Həmin əsərlərin bədii xüsusiyyətlərinə nəzər salmaqla fikirlərimizi təsdiqləyə bilərik. Altı parçadan ibarət olan “Cənnətdən qovulanlar” poeması …
Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”SƏNƏTİN AZƏR XANLAROĞLU HƏQİQƏTİ”
Post Views: 69 Ötən ilin sentyabrında Azərbaycan aşıq sənətinin sonuncu nəhənglərindən olan Ədalət Nəsibovu itirdik. Onun ardınca Xanmusa Musayev və İsfəndiyar Rüstəmov kimi ustad sənətkarlarımız dünyasını dəyişdi. Bunlar azmış kimi, sənətdə öz dəst-xətləri ilə seçilən, hələ bundan sonra da uzun illər sənətə, mədəniyyətimizə xidmət etməli olan Vüqar Mahmudoğlu və Azər Xanlaroğlu da əbədiyyətə qovuşdular. Cəmisi …
Kənan AYDINOĞLU Prezident təqaüdünə layiq görülüb
Post Views: 61 Azərbaycan Yazıçılar Birliyi Rəhbərliyinin 25 aprel 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Kənan AYDINOĞLU Prezident təqaüdünə layiq görülüb. Qeyd edək ki, gənc yazarlar üçün verilən birillik Prezident təqaüdü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2007-ci il tarixli “Yaşlı …
Tanınmış yazıçı Eyvaz Zeynalov Ağdam rayon 91 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşüb
Post Views: 50 25 aprel 2022-ci il tarixində saat Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Eyvaz Zeynalov Ağdam rayon 91 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşüb. Tədbirdə çıxış edən qonaqlar müəllifin zəngin yaradıcılığına nəzər salaraq, müxtəlif illərdə Qardaş Türkiyə Cümhuriyyətində, Gürcüstan Respublikasında, Almaniya Federativ Respublikasında və …
Yusif Vəzir ÇƏMƏNZƏMİNLİ.”Zeybək qızı”
Post Views: 435 Midhəd əfəndi sabah erkən darülfünuna gəldikdə oranın ingilislərin hind əsgərləri tərəfindən tutulduğunu gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli, darülfünunumuza da əl uzatdılar”, – deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi. Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili …
Abdulla ŞAİQ.”Qızıl it”
Post Views: 69 Kərim babanın “Qızıl” adlı bir iti vardı. Gecə-gündüz bizim qapımızdan ayrılmazdı. Oba itlərini heç sevməzdim. Çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim. Bir gün alaçıqdan çıxarkən Qızıl üstümə düşüb hürməyə başladı. Əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. Kərim baba iti vurduğumu bir neçə dəfə görmüş, bir söz deməmişdi. Ancaq xoşuna gəlmədiyini üz-gözündən duymuşdum. …
Abdulla ŞAİQ.”Anabacı”
Post Views: 639 Məşğələmdən geri dönürdüm. Gecəki yağışın çuxurlarda gölməçələr yaratdığı ensiz bir səki ilə gedirdim. Bu vaxt qarşıma arıq, yamaqlı bir çarşaba bürünmüş qadın çıxdı. Altmış yaşlarında olan bu qadın çarşabı altından damarları görünən sümüklü əli ilə mənə bir kağız parçasını uzadaraq: – Оğlum, al bu kağızı oxu, gör kimə çatacaq? – dedi. Bu …
Xalq yazıçısı Süleyman RƏHİMOV.”Qara torpaq və sarı qızıl”
Post Views: 316 Evi kəndin qırağında olan Qurban kişinin güzəranı ağır keçirdi. Buna görə də o, özünü oda-közə vurur, nəinki təkcə gündüz, hətta gecə də əlləşirdi. Qurban çox az yatırdı. Öz qeyrətinə sığışdıra bilmirdi ki, onun eyvanı odunsuz, bucağı unsuz, ocağının üstü sacsız, qazansız qalsın. O nə ala öküzün, nə də kəhər yabının yedəyindən əl …
Görkəmli yazıçı Eyvaz ZEYNALOV ilə görüş
Post Views: 58