Post Views: 128 Rüfət Axundlu 1983-cü ildə Ağstafa rayonunun Həsənsu kəndində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.İxtisasca teatrşünaşdır. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk …
Azərbaycan ədəbiyyatı
İbrahim İlyaslını doğum günü münasibətilə təbrik edirik! (10 mart 1963-cü il)
Post Views: 100 İbrahim İlyaslı 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub[1]. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır. Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. “Bu bahar oldu” adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı “Politexnik” qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc …
Məhəmmədhüseyn ŞƏHRİYAR.Qəzəllər (Azərbaycan dilində)
Post Views: 1. 165 AZƏRBAYCAN Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan, Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan! Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram, Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan… Bütün dünya bilir, sənin qüdrətinlə, dövlətinlə Abad olub, azad olub mülki-İran, Azərbaycan! Bisütuni-inqilabda Şirin – vətən üçün Fərhad Külüng vurmuş öz başına, zaman-zaman, …
Süleyman RÜSTƏM.Şeirlər
Post Views: 169 Xalq şairi, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı OLMASAYDI Dinməzdi mahnım mənim, gəlməzdi şerim cana, Günəş bayraqlı min-min səhərim olmasaydı, Çinar kimi qol-budaq atmazdım dörd bir yana, Bakıtək bir qəhrəman şəhərim olmasaydı. Çaşbaş olub qalardım mən yollar ayrıcında, Gözəl ana yurdumun torpağında, daşında. Qanım kimi qaynayan bulaqların başında, Açılan sufrələrdən xəbərim …
Rahilə DÖVRAN.”Nə deyim?!”
Post Views: 92 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, ”Sevgilim, mən sənə canan deməyim,- bəs nə deyim” Süleyman Rüstəm. Gözəlim, mən sənə canan deməyim,- bəs nə deyim? Candan əhvalıma yanan deməyim,- bəs nə deyim? Ilk görüşdən ovsunladın, küskün, dəli könlümü, Sevdadan anlayan, qanan deməyim,- bəs nə deyim? Gəzərkən divanələrtək, bərri- biyabanları, …
Rahilə DÖVRAN.”Gözəl bayramınız, mübarək olsun!”
Post Views: 102 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, 8- MART Cəmi xanım FB – dostlarımın, sevimli kolleqalarımın, əziz ana- bacılarımızın 8-MART QADINLAR BAYRAMINI təbrik edirəm Səkkiz mart səhəri,günəş al, zərrin, Gözü aydın olsun qız, gəlinlərin. Bu gün bayramıdır, – gül sevənlərin, Analar, bacılar gülə tutulsun, Gözəl bayramınız, mübarək olsun! Hamının …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 80 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, ÇARASI YOXDUR “Qəzəllərim ” – silsiləsindən Mübtəla olduğum dərdin, bilirəm, çarası yoxdur, Bu könül, qəlb dərdidir ki, bədəndə yarası yoxdur. Edib sərgərdan məni eşq, çəkilibdir ərşə yuxum, Qəm, kədər tüğyan eyləyir, heç ardı- arası yoxdur. Gur axan qoşa çeşmədir, qan ağlayan ala …
Azərbaycan şairi və tərcüməçisi Xaqani Qayıblı ilə oxucuların görüşü keçirilib
Post Views: 96 Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Sumqayıt şəhər Poeziya evində Estoniyada yaşayıb yaradan tanınmış Azərbaycan şairi və tərcüməçisi Xaqani Qayıblı ilə oxucuların görüşü keçirilib. Tədbirdə şairin yaradıcılığı və fəaliyyəti haqqında ətraflı məlumat verilib, video-çarx nümayiş olunub, şeirləri dinlənilib, Aşıq Cahangirin və Elməddin Məmmədlinin ifasında saz havaları səslənib. Daha sonra ədəbiyyatşünas- alim, professor …
Səxavət Ənvəroğlunu doğum günü münasibətilə təbrik edirik! (5 mart)
Post Views: 104 Qocalıram Ömür ötür,mən yanıram, Hədər günə odlanıram. Dönüb geri boylanıram, Həqiqətdə qocalıram. İstəklərim daşdan keçib, Yaxşısını yaman seçib. Taleyimi güman biçib, Həqiqətdə qocalıram. Səpələnib ələnmişəm, Qayğılara bələnmişəm. Xoş gün nədir-bilməmişəm, Həqiqətdə qocalıram. Haray salıb səslənirəm, Qəlbi kövrək küsən də mən. Kölgə üstə əsən də mən, İnanmıram qocalıram. Yıxılana aman dedim, Sıxılana “canım” …
Rahilə DÖVRAN.”Anam AZƏRBAYCANIM!”
Post Views: 105 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Vətənimdir” – silsiləsindən Qürurdur, iftixardır, bu günüm, həm dünənim, Daş dövründən başlanır, vətən tarixim mənim. Adın atəşdən alıb, “Odlar Yurdu” vətənim Cahana sığışmayır, ünüm, şöhrətim, şanım, Canım, doğma vətənim, Anam,-Azərbaycanım! Qanlı cənglər, savaşlar, tüğyan edib başında, Qılınc, nizə, ox yeri, qayasında, daşında. …
Əbülfəz ÜLVİ.Yeni şeirlər
Post Views: 107 KÜSÜM Bu küsün gəlməzdi mənim ağlıma, Küsdün ki, dünyanın düzündən küsüm? Sən məndən inciyib, küsü bağlama, Mən sənin yerinə yüzündən küsüm. Məni də küsüyə təhrik eyləmə, Bu ağır suçuna şərik eyləmə, Hər sözü əlində çəlik eyləmə, Qoyma səhv saldığın izindən küsüm? Bilirəm qəlbində saf niyyət yatır, Küsü ovqatıma axı qəm qatır, Mehrin …
Əbülfəz ÜLVİ.Yeni şeirlər
Post Views: 103 SEYİD PAKLIĞI O qədər şeirə sevgi var səndə, Sanma bu sevgiyə mən də pəl çəkim. Hansısa suçuma cəza verəndə, Deyirsən bir şeir söylə, əl çəkim. Necə qısqanmayım səni bu anda, Mənimlə təması az eyləyirsən. Qürurla durursan şeir qucanda, Mən qucaq açanda naz eyləyirsən. Təbimə o qədər xumar yayırsan, Hər sözdə, misrada olursan …
Əbülfəz ÜLVİ.Yeni şeirlər
Post Views: 109 QORUYUN QIRMIZI RƏNGİ İnsanlar, qoruyun qırmızı rəngi, Şəhid qanlarının rəmzidir bu rəng. İnsanlar, qoruyun qırmızı rəngi, Qələbə, azadlıq əzmidir bu rəng. El anır sükutla şəhid hər kəsi, Sükutla şəhidə sevgi toxunur. Baxma eşidilmir sükutun səsi, Şəhid nəğmələri belə oxunur. Bu rəng cansızı da gətirir cana, Elə bu rənglə də vurur könüllər. Boş …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 88 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, MÜBARİZ DOĞULMUŞAM “Mənim dünyam” – silsiləsindən Yenə dərdlər qövr edir, Qüssə, kədər qəlb didir. Fərəh, sevinc gen gedir, Saralmışam, solmuşam. Qayda budur əzəldən, Qaçmaq olmaz əcəldən. Xoş günlər çıxıb əldən, Bulud kimi dolmuşam. Bəxt, tale qurub tuzaq, Düşmüşəm eldən uzaq. Zaman qanlı …
Abdulla MƏMMƏD.Yeni şeirlər
Post Views: 93 GƏL SÖYLƏMƏ NAĞIL MƏNƏ! Baxışlarım buludlanıb, Gözümün qanı qaralıb. Dərd üstümə qanadlanıb, Sözümün canı qaralıb. Yazımda selə dönməyən Gözləmə-gələ dünənin. Payızda gülə dönməyən, Gözündən ələ dünəni. Gəl,söyləmə nağıl mənə, Tərifləmə yağını,yar. Yağı verməz ağıl mənə, Dost çıxarsa ağını,yar. Yumruq boyda bir ürəkdə, İki sevgi necə sığar?.. Nərgiz qoxulu çiçək də Həsrətinə gecə …
Əliağa KÜRÇAYLI.Şeirlər
Post Views: 226 Dərd olar Məqamı çatıbsa, niyə gizləyim, Qoy açıq söyləyim, yoxsa dərd olar: Mənim gözlərimə baxan gözlərin Bir an özgəsinə baxsa dərd olar. Kim deyər dərdini sinəndə saxla! Sən kükrə çay kimi, sel kimi çağla. Kürçaylı, gözlərin dolubsa. ağla, Göz yaşı ürəyə axsa dərd olar! İstərəm Mən sənin eşqinin asimanında Aya, ulduzlara çatmaq …
Səxavət ƏNVƏROĞLU.Yeni şeirlər
Post Views: 106 Azərbaycanım Bu yerlə darıxıb gül əllər üçün, Yurdumu vəsf edən şən dillər üçün, Sözlə mülk ucaltdım bu ellər üçün, Güllü gülüstandır Azərbaycanım. Cənnət ocağıdır, cənnət bağları, Göylərə ucalır vətən dağları. Könülllər isidir pir ocaqları Güllü gülüstandır Azərbaycanım. Seyr edin Qubanı, uca Şahdağı, Tovuzu, Gəncəni, Mili, Muğanı, Belə el tapmazsan, gəzsən cahanı, Güllü …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 86 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, AY ÜRƏYİM “Mənim dünyam” – silsiləsindən Ey qəlb, niyə pozursan, Ritmini, ahəngini? Öz içində yozursan, Dünyanın cəfəngini. Məgər sənə qalıbdır, Bu aləmin dərd-səri? Qüssə səni sarıbdır, Nuş edirsən qəhəri. Ey qəlb, yetər ağladın, Qırıldı bağın, telin. Qüssə, kədər bağladın, Əydin vücudun belin. …
Abdulla MƏMMƏD.Yeni şeirlər
Post Views: 135
Abdulla MƏMMƏD.”Qarı nənə, ağı deyib ağlama!”
Post Views: 92 (“Didərgin şərqisi”,”Qaçqın harayı” silsiləsindən) Bu çöllərin durnaları didərgin, Bu torpağı parçalar kim,didər kim? Bu göylərin yaxasını didər kin, Qarı nənə,ağı deyib ağlama! Qarı nənə,göyün üzü qaradır, Astarı göy,əyan üzü qaradır. Qarı nənə,bu göy üzüqaradır, Qarı nənə,ağı deyib ağlama! Qara bulud qara gündür,qara gün, Qara teli ağ edəndir qara gün. Sən də,mən də …
Rahilə DÖVRAN.”Mənim qismətim”
Post Views: 141 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Vətən borcunu yerinə yetirərkən şəhid olmüş əsgər- Cəlil Ələsgər oğlunun xatirəsinə Ağlamayın ata, ana, sızlayar qəlbim, Əcəl məni harda tutar , necə biləydim?. Zalım fələk tora saldı, zavala gəldim, Bitdi Sizə, Vətənimə şanlı xidmətim- Şəhid əsgər olmaq imiş mənim qismətim. Bir qız …
Qiymət MƏHƏRRƏMLİ.”O gecə…”
Post Views: 106 (1992-ci il fevral ayının 25-dən-26-na keçən gecə… Xocalı faciəsinin baş verdiyi o müdhiş gecədən 25 il ötür. Yaralarımız hər gün təzələnir, çünki müqəddəs şəhidlərimizin qanı yerdə qalıb. Bax, elə buna görə bizi bağışlamayın, şəhid ruhları!…) O gecə – ruhların qiyam gecəsi, O gecə – insanlıq ölən gecəydi. Bütün ümidləri ayaz vurmuşdu, Bütün …
Rahilə DÖVRAN.Xocalı soyqırımı ilə bağlı şeirlər
Post Views: 145 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, QAN YADDAŞI Xocalı qətliyamına Heç nə yadına gəlmir, Onda varmış bir yaşı. Nələr yaşayıb, bilmir, Qan ağlayır yaddaşı. Öyrənibdi sonradan, Xocalıda doğulmuş. Yaddaş ölüm, qada, qan, Fərəh, sevinç, məhv olmuş. Cəsədlər toplananda, Çöldən, meşədən, dağdan. Səs duyublar son anda, Götürüblər qucaqdan. Ananın …
Əliağa KÜRÇAYLI.”Macəra”
Post Views: 158 O çıxdı qarşıma gülümsəyərək, Gözəl, yaraşıqlı, boylu, buxunlu, Məsumdu Sikstin madonnasıtək, Dedim, mən axtaran elə budur, bu… Bizim ilk tanışlıq mərasimimiz Çox uzun çəkmədi. (Nəyə gərəkdir. Dedim, əbədilik dost oluruq biz, Zaman hər bir şeyi göstərəcəkdir.) Bəli, bu tanışlıq çox asan oldu, Sandım ki, tapmışam gözəl bir inci. İlk görüş yerimiz restoran …
Əliağa KÜRÇAYLI.Şeirlər
Post Views: 122 “Xərclədim gəncliyi qara pul kimi” Xərclədim gəncliyi qara pul kimi Yerini bilmədən, əsirgəmədən. Vardan-yoxdan çıxan bir yoxsul kimi Onu axtarıram, axtarıram mən. Kefdəmi, nəşələr qucağındamı Getdi o illərim, getdi gəncliyim? Gözəl xanımların dodağındamı Soyuq öpüş kimi itdi gəncliyimi?! XATİRƏ Burda min şövq ilə biz Görüşərdik o zaman. Burda gənc qəlblərimiz Keçirib min …
Rahilə DÖVRAN.”Hey sovürur, qoca dünya xırmanın”
Post Views: 85 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Mənim dünyam” – silsiləsindən Nə don geysə, xeyir- şərdən seçilir, Günü- gündən haqqın boyu kiçilir. Insan qanı şərbət kimi içilir, Hey sovurur, qoca dünya xırmanın? Sındı sənək, içində su qalmadı, Çox sirrini dərk eləyən olmadı. “Gələn- getdi”, gözü, könlü doymadı, Hey sovürur, …
Debüt: Ömər NURLAN
Post Views: 90 “Gənc istedadlara yaşıl işıq” layihəsi çərçivəsində Canım qardaşım Şeirlərim həsr olunur sənə, əziz qardaşım, Yoxdur mənim də artıq mənə sadiq yoldaşım. Kaş olaydın yanımda əziz dostum, sirdaşım, Kaş bitəydi bu həsrət, solmayaydı arzular… Gəzdiyimiz o yerlər mənə necə, əzizdi, Uşaqliğın illəri caf su kimi təmizdi, Günəş kimi, ay kimi ömür də əvəzsizdi, …
Əliağa KÜRÇAYLI.Şeirlər
Post Views: 93 ETİRAF Bilirəm səhvimi, günahlarımı, Demirəm onları bağışla mənə. Günahsız deyildir həyatda hamı, Baxma töhmət dolu baxışla mənə. Bəzən sürüşübdür ayaqlarım da, Mən əyri yolu da doğru sanmışam. Yalan da dolaşıb dodaqlarımda, Özüm də yalana çox inanmışam. Bəzən gülə-gülə ağlamışam mən, Aydın görünməmiş əsil sifətim. Ağlaya-ağlaya gülmüşəm bəzən, Özümə sirr olub öz təbiətim. …
Rahilə DÖVRAN.”Sən öyrətmisən” (Şəkilli şeir)
Post Views: 142 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı,
Şəfa VƏLİYEVA.”Bayram payı göndərmisən…”
Post Views: 123 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Baxışına qəmi yığıb Bayram payı göndərmisən… Hardan biləsən axı, Məni məndən döndərmisən… Bu quruca şəkil deyil, Mənsizliyin portretidi… “Gəlləm” -deyib əl eyləyir, Ümid də müvəqqətidi… Bəs mən sənə nə göndərim? Nə ağırdı qəm payından? Qorxuram, vüsal vədindən, Hər şey tez …
Kənan AYDINOĞLU.”Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!”
Post Views: 103 XIII yüzil Ön Asiyada ilk türkdilli təsəvvüf şairi Yunus Əmrəyə ulu sayğılarla! Qaramandan, Ərzurumdan, ey Oğuz dillərinin Böyük şairi YUNUS, sənə salamlar olsun! ƏSKİŞƏHƏRdə belə məzarın olsa yenə, Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun! MƏHƏMMƏDin həsrətin çəkəndə gözü dolan, MÖVLANA məclisində HAQQı deyən söz olan. Çəkib həsrətin yenə çiçəklər kimi solan, …
Xalq şairi Cabir NOVRUZ
Post Views: 284 Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2] Həyatı Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. …
Xalq şairi Nəbi XƏZRİ
Post Views: 256 Babayev Nəbi Ələkbər oğlu (Nəbi Xəzri) — şair, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq Lenin komsomolu mükafatı laureatı (1968), SSRİ dövlət mükafatı laureatı (1973), Azərbaycan dövlət mükafatı laureatı (1982), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycanın xalq şairi (1984). Həyatı Nəbi Xəzri 1924-cü il dekabrın 10-da …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 99 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, GÖZ YAŞLARINA “Mənim dünyam” – silsiləsindən Dövran dönür, zaman keçir, vaxt təzələnir, Ömrə, günə acı-şirin anlar ələnir. Kimi gülür, kimi bədbin, kimi şellənir, Bu gün kimsə güvənməsin sərvət, varına- Fani dünya acımayır göz yaşlarına. Haramxorlar, haqq yeyənlər eşitsin, duysun, Bərk tutduğu dünya …
Əliağa KÜRÇAYLI.Şeirlər
Post Views: 123 SƏNƏTİN QÜDRƏTİ Məşhur rus rəssamı K.P.Brüllovun “Türk qızı” şəklinə baxarkən O türk qızı başım üstə Dirsəklənib yatağına, Qara saçı halə kimi Dövrə vurub qulağına. Zər vaftalı qara donu, Allah, necə tutur onu! Əyilibdir yana boynu, Kölgə düşüb buxağına. Qaşlar – qara, göz – badamı, Dəli elər hər adamı. Bürünübdür gül əndamı Tirmə …
Əliağa KÜRÇAYLI.Şeirlər
Post Views: 374 TURAC Çıxdı Kürün qırağında Qarşıma bir bala turac. Yada düşdü keçən günlər, Kaş o dəmlər ola, turac! Ürkək gözəl təkdi, keçdi, Kolluqlarda səkdi keçdi. Sinəmə dağ çəkdi keçdi, Getmə bir an, qal, a turac! A Muğanın gözəl qızı, Unutdunmu andımızı? At işvəni, burax nazı, Qon yamaca, yala, turac! Gəl səninlə səhər-səhər Seyrə …
“Temirlan” (“Əmir Teymur”) “Həmrəylik” qazandırdı
Post Views: 133 Ötən il sentyabrın 9-da Moskvada keçirilən ” Müstəqil Dövlətlər Birliyinin XIII Beynəlxalq Həmrəylik Müsabiqəsi”nə yekun vurulldu.Müsabiqə çərçivəsində Qırğızıstanın Uluu Тооlоr nəşriyyatı tarixi əsərlər müəllifi Yunus Oğuzun “Əmir Teymur” ( Тemirlan) iki cildliyinin keyfiyyətli nəşrinə görə mükafatlandırılıb. Qeyd edək ki, nəşriyyat “Həmrəylik” nominasiyası üzrə II dərəcəli diplom alıb.Məlumata görə tədbirdə 9-10 ölkənin nümayəndələri …
Xalq şairi Nəriman HƏSƏNZADƏ
Post Views: 182 Həsənzadə Nəriman Əliməmməd oğlu — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Azərbaycanın xalq şairi (2005), “İlin şairi” makafatı laureatı (2010). Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında …
Xalq şairi Bəxtiyar VAHABZADƏ
Post Views: 176 Vahabzadə Bəxtiyar Mahmud oğlu (16 avqust,1925 – 13 fevral, 2009)- şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın …
Aşıq ədəbiyyatında işlənən şeir janrları
Post Views: 205 Qoşma Aşıq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri də Qoşmadır.Hər bəndi dörd misradan və hər misrası on bir hecadan ibarət olan şeir şəklinə Qoşma deyilir.Ədəbiyyatşünaslıqda qoşmaya “məhəbbət şeiri” və ya “aşiqanə şeir” də deyilir.Qoşmanın ilk bəndində birinci və üçüncü misralar sərbəst olur.İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir:abcb.Sonrakı bəndlərdə isə ilk …
Klassik ədəbiyyatda işlənən şeir janrları
Post Views: 1. 073 QƏZƏL VƏ ONUN XÜSUSİYYƏTLƏRİ Klassik ədəbiyyatın ən geniş yayılmış şeir janrlarından biri də qəzəldir.Qəzəl ərəb mənşəli sözdür.”Qadına məhəbbət” mənasını bildirir.Yaxın Şərq ədəbiyyatında daha çox istifadə olunur.Müxtəlif bəhrlərdə yazılır.Daha çox əruz vəzninnin həzəc və rəməl bəhrində olur. Beytlərin sayı 5-10 olur.(daha çox 7 beyt) Qəzəlin ilk beytinin hər iki misrası öz aralarında qafiyələnir …
Abdulla MƏMMƏD.Yeni şeirlər
Post Views: 154 GERÇƏK YUXULU GECƏ. Abdulla Məmməd Bu gecəni sükut yeyir, Bu gecə-sənsiz bir gecə. Sənli günü həsrət geyib, Bu gecədən çətin keçəm. Bu gecə neçə söz ölüb- Dirilir,qatır başımı. Bu gecə-göydən süzülən Ulduz-ulduz göz yaşımı?! Üzümdə ayın işığı, Gözümdə dərd gecələyir. Üzür məni tənhalığım, Ürəyimi gecə yeyir. Üşütməzdi qəm sevgimi, Gəlməzdi həsrət qapıma. …
Əliağa KÜRÇAYLI.Şeirlər
Post Views: 162 FİLLƏR DƏ AĞLAYAR Dolaşıb yanımda öz adətinlə Atılıb düşürsən, oyun açırsan. O şıltaq, o şeytan təbiətinlə Hərdən yıxılırsan, durub qaçırsan. Sənə qoşulurdum həmişə mən də Hay-küy də salırdın, qab da qırırdın, Qəlbinə dəymirdim. İşdən dönəndə Sən mənə nağıl da danışdırırdın. Bu gün elə deyil, kədərliyəm mən, Şıltaq oyunların açmır qəlbimi. Əlini qeyzlə …
Rahilə DÖVRAN.”Özümə”
Post Views: 92 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Mənim dünyam” – silsiləsindən Dövran, ömür boyu qaldın intizar, Qışda güllü yaza, yayda xar qara. Səndən yan ötmədi kədər, ahu-zar, Sahib olsan belə,vəfadar yara. Qüssəli çox günlər bir-birin qovdu, Nə eynin açıldı,nə qəlb ovundu. Fələk hey söylədi:-meydan onundu, Könül aldı saysız,hesabsız yara. …
Əbədiləşən ədəbi sima–RASİM GƏNZƏLİ
Post Views: 169 Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-publisist Rasim Gənzəlinin 55 illiyi münasibətilə tədbir keçirildi. Görüşdə həmçinin oxuculara yazıçının yenicə çapdan çıxmış “Qərib gecələr” kitabı da təqdim olundu. Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Rasim Gənzəli 12 kitabın müəllifi, eyni zamanda geniş oxucu kütləsinin sevgi və ehtiramını qazanmış qələm sahibi kimi …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 98 BİRDƏMİ GƏLSİN Uydum ulduzların ən qəlbisinə, Çətin bu ulduzla bu qəlb isinə, Nə qədər gəzdirsin daş qəlbi sinə? – Nə qədər dözsün ki, bir dəmi gəlsin?! Uçurdun komanı dərdin əliylə, Nə əkdin, özgənin dərdin əliylə, Fələkdən kənar dur – derdin, – əliylə Yaxandan tutmağa birdəmi gəlsin? Gör neçə il uyduq yada, oynadıq, …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 97 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, BUNDAN BELƏ Bilirəm ki, darıxmısan mənim üçün, Ayrı qala bilməz gülüm, cüt qumrular. Aşiqlərin nəbizləri qoşa vurar Nədir görən bizi edən incik, küskün, Bilirəm ki, darıxmısan mənim üçün. Cananıma uzaqlardan baxan oldum, Ümidsizlik, çarəsizlik üzür məni. Dərdlər didir ac qurd kimi, hey …
Şəfa VƏLİYEVA.Yeni şeirlər
Post Views: 94 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı **** Bir səni qıymadı… Gözlərinin şöləsinə büründüm, Bəxtəvəri oldum qəmli nağılın… Eşq tozunun arxasınca süründüm, Şirin xəyalımda titrək vüsalın. Bir səni qıymadı bəxtimə dünya, Əllərim tutsa da bərk ətəyindən… Razıyam, əlimlə gözümü oyam, Çəkib ala bilsəm dərinliyindən… Gecələrdə tənhalığın iziylə, …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 93 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü SONUNCU GÜLLƏ De niyə gərəkdi bu dava, dalaş, Axı nə üçündü bu qan, bu qada. Niyə qurumasın gözdən axan yaş, Qoy sevinc, səadət gülsün dünyada. Bir günəş altında deyək, gülək biz, Qoy hamı …
Əliağa KÜRÇAYLI.Şeirlər
Post Views: 140 YALAN Başçı yalan danışsa Ellər çəkər xəcalət. O torpaqda, o yerdə İtər xeyir-bərəkət. Gül-çiçəklər saralar, Vaxtsız solar bahar, yaz. Sevən yalan danışsa Ləkələnər məhəbbət. Dönüklük at səyridər, Ölər vəfa, sədaqət. Dodaqda nəğmə donar, Susar kaman, telli saz. Şair yalan danışsa Qara geyər həqiqət. Göydə günəş qaralar, Örtər torpağı zülmət. Allah yalan danışar, …
Abdulla MƏMMƏD.Yeni şeirlər
Post Views: 86 Səni düşünürəm, sənsizliyimlə Səni düşünürəm, sənsizliyimlə Dumanda yol azan gəmiyəm, ay qiz. Nəyimlə fəxr edim-sənsiz nəyimlə? Sünbülü sovrulan zəmiyəm, ay qiz. Səni düşünürəm, qulaqlarimdan Getmir bir an belə piçiltilarin. Donur tebessümüm dodaqlarimda, Gəzir divarlari siziltilarim. Özümdən qaçsam da səndən qaçmaram, Ürəyim daş deyil daşinim səndən. Mən ki sən deyiləm gendən qaçmaram, Əşya …
Kamran MURQUZOV.”Azerbaycan toprağına düşüp güzarın, Yunusum!”
Post Views: 102 HOCAM Yunus Emrenin kutsal ruhuna sevgi ve sayqıyla! Multu olmak ne güzelmiş, bu dünyada karip-karip Azerbaycan toprağına düşüp güzarın, Yunusum! Hakkı buldun, çok sevindim Senin arzun gerçekleşdi, Kader gibi unutulsun azar-bezarın, Yunusum! Hasret çektim güller gibi Sene kovuşmakçün ben, Oldum bu karip dünyada Seninn yazarın, Yunusum! Dergahına geldim Senin kulun bugün Seni …
Kənan AYDINOĞLU.”Salam, ey gözəl insan, sənə salamlar olsun!”
Post Views: 114 Tələbə yoldaşım Əsmər Rəsulovaya. Meydanda cəsarətdə geridə qalmamısan, Kim deyir ki, Vətəni yadına salmasısan?! Kim deyir ki, ilhamın Məkkədən almamısan, Salam, ey gözəl insan, sənə salamlar olsun?! Gözəllikdə gözəlsən gözəllərin içində, Dastanlara dönəsən qəzəllərin içində. Nura boyansın ömrün göz, əllərin içində, Salam, ey gözəl insan, sənə salamlar olsun! Doğmaya ömrü boyu doğmadan …
Saqif QARATORPAQ.Yeni şeirlər
Post Views: 139 * * * Bu gün sevgililər günüdü axı… Dedim bir şeir yazım ikimizin adından. Elə yazım,çıxmasın ancaq heç nə yadımdan. Elə yazım,döyünsün ürəyim hər misrada. Saçlarının qoxusu o saat düşsün yada. Necə üzür gör məni ayrılığın,həsrətin. Bu eşqin əzabına dözmək gör necə çətin… Nola,bir az oxşaya gözünün qarasına. Sonra basım bu şeri …
Fidan ABBASOVA.”Gecəmdəki ayımsan günəşimsən”
Post Views: 107 Bu şeri xusui sevgililər gününə özəl yazdım…. 14.02.2017-ci il. Gecəmdəki ayımsan günəşimsən sayımsan ən gözəl arzularım ən gözəl duyğularım mənim sevinc payımsan. Fəsilərin içində ən qızmar bir yayımsan baharımsan , gülümsən bircə bunu unutma sən mənim hərşeyimsən… İnsan nəfəs almazmış sevgini itirəndə şükür edib duayla qəlbinə gətirəndə tanrının hədiyyəsi sevginin bir barı …
Fidan ABBASOVA.”Üzlər gördüm bu həyatda…”
Post Views: 138 İstisinə qızınmayan taleyinə yazılmayan min cür yerə yozulmayan üzlər gördüm bu həyatda… Razı olmaz öz payına uymaz inan öz tayına arxalanıb daydayına satan gördüm bu həyatda.. Qınamıram heç kimi mən belkə heç mən mən deyiləm çətin bu yolda əyiləm düzlər gördüm bu həyatda.. Unutmuram keçmişimi sıxa-sıxa öz dişimi unutduran vərdişimi sözlər görüdüm …
Fidan ABBASOVA.”Ürək yalnız bircə kərə sevəndir”
Post Views: 89 Bir kitabsa ömrün bütün səhfəsi, oxuduqca qəlbə, ruha yayılır. Ürəyimin içindəki o səsə, yatmış hissim öz özünə ayılır. Qulaq verib o rəngbərəng səhfəni, dönə-dönə oxuyuram ucadan. Bu ömrümə həyatıma gəlməni bir ilmətək toxuyuram sabahdan. Hər səhfəmdə yeni bir sən görüncə, nə yaşadım hamsı onun əsəri. Ürəyimdə səni hər gün sevincə, hey azalır …
ŞƏKİDƏ TÜRK DÜNYASININ BƏXTİYARI SEVGİLƏRLƏ ANILDI…
Post Views: 98 “Oğuzdan törədim, türk oğlu türkəm, Poladdan kövrəyəm, dəmirdən bərkəm. Alçalda bilməzsən məni, a nadan, Mən bu görkəmimlə dünyaya görkəm!” Şəki Dövlət Regional Kollecində yuxarıdakı möhtəşəm misraların müəllifi, Türk Dünyasının Böyük Mütəfəkkir Şairi BƏXTİYAR VAHABZADƏnin xatirəsinə həsr olunmuş anım gecəsi keçirildi. Tədbirdə Şəki Rayon icra başçısının müavini Zərinə Cavadova, şairlərdən Vaqif Aslan, Qiymət …
Sumqayıtda şairə-publisist Qaratel Azərinin “Mən də bu ünvana gəldim” şeirlər kitabının təqdimatı keçirildi
Post Views: 126 Fevralın 11-də Sumqayıt şəhərində yerləşən “Azəri” Nəşriyyat-poliqrafiya müəssisəsinin konfrans zalında şairə-publisist Qaratel Azərinin “Mən də bu ünvana gəldim” kitabının təqdimat mərasimi keçirilmişdir. Müəllifin qələm dostlarının, iş yoldaşlarının, ədəbiyyat və incəsənət nümayəndələrinin, yaxınlarının və əzizlərinin iştirak etdiyi tədbiri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Oday giriş sözü …
Xalq şairi Mirvarid DİLBAZİ
Post Views: 232 Mirvarid Dilbazi (tam adı: Dilbazi Mirvarid Paşa qızı) — azərbaycanlı şairə, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1976), Azərbaycanın ilk qadın Xalq şairəsi (1979). “İstiqlal” ordeni ilə təltif olunub (1997). Həyatı XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri-xalq şairi Mirvarid Dilbazi 70- ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın …