Post Views: 82 Radikallar İslam adından ortaya çıxdıqlarından bu günə kimi dünyaya yanlış İslam modeli tanıdılıb. Sülh və sevgi dini olan İslam dəhşət dini kimi göstərilib. Radikalizm hər dinə, ideologiyaya ifratlıq gətirdiyi kimi, dinimizə də dində olmayan xurafat gətirib. Dinə gətirilən xurafat müsəlmanlara gülməyi, əylənməyi, estetikanı, incəsənəti, musiqini, təmizliyi, keyfiyyəti, modernliyi haram edib. Geriyə baxımsız, …
Publisistika
“Qurani-Kərim” asan olana sövq edəb bir rəhbərdir
Post Views: 74 Allah sizin üçün asanlıq istəyir, çətinlik deyil.” (Bəqərə surəsi, 156) İslam dinində məhəllə, cəmiyyət təzyiqi yoxdur. Dünya təzyiqləri qanunları yoxdur. Hər cəmiyyətin özünə xas ədəb anlayışları var, bu isə insanların hüquqularını, istəklərini nəzərə almadan qınamaqla insanları təzyiqlərinin altında saxlamaq deməkdir. Quran isə bu təzyiqləri qaldırır və yalnızca halal-haram ölüçüsündə sonsuz azadlıq bəxş …
“TORPAQDAN GÜNƏŞƏ…” VƏTƏN SIĞALINDA ZAMAN OVQATI VERƏN KİTAB
Post Views: 112 Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurna¬listlər Birliyinin üzvü Mayisə Əsədullaqızının sayca, üçüncü olan “Torpaqdan Günəşə…” adlı şeirlər kitabı artıq geniş oxucu kütləsinin və onun şeirlərini sevənlərin, yaradıçılığını izləyənlərin ixtiyarındadır. Zamana müntəzir hissləri ədəbi yöndə cilalamaq təkcə sadə-vizual seyrçilik kəsb etmir, həm də ədəbi-ictimai pa¬radokslar yaradır. Tarixi zəminlərin ictimai təcəllası da tor¬paq-yurd aspektləri …
“Torpaqdan Günəşə…” kitabı haqqında ön söz
Post Views: 97 İstedad insana Allah tərəfindən verilmiş təbii və mənəvi sərvətdir.Yaşından asılı olmayaraq insan onu daxilində hiss edir. O da şeir və digər bədii sənət əsəri kimi, ətraf aləmin gözəlliyini tərənnüm edir. Belə istedadlı insanlar mənəvi dünyamızın zən¬gin¬liyinə, cəmiyyətin saflaşmasına xidmət edir, özü¬nün bəşəri dəyərini hamının mənəvi sərvətinə çevirir. Haqqında söz açdığımız qələm adamı, …
On bir ayın Sultanı Kutsal Ramazan Bayramınız kutlu olsun! İnşAllah!
Post Views: 81 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Rəhbərliyi Türk-Müsəlman dünyasında olan tüm Müsəlman Bacı və Qardaşlarımızı On bir ayın Sultanı Kutsal Ramazan Bayramı səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlğı, xoşbəxlik, edilən duaların, tutulan orucların, qılınan namazların Mərhəmət və Rəhmli ilə geniş olan Uca Allahın dərgahında qəbul olunmasını diləyir! On bir ayın …
Mayisə ƏSƏDULLAQIZI.”Qəhrəman Sərkərdə Nuru Paşa kimdir?”
Post Views: 93 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı Bu qəhrəmаn xilаskаr kimdir?! Nuru Paşa 1889-cu ildə İstanbuldа hərbiçi Əhməd Tofiqin аiləsində dоğulub. 1934-cü ildə Türkiyədə sоyаdlаrı hаqqındа qаnun qəbul еdiləndən sоnrа Nuru Paşa və yаxın qоhumlаrı özlərinə «Gülоğlulаr» sоyаdı götürdülər. Bu …
İslam coğrafiyasının elm və texnalogiyada geri qalması dindən deyil, cəhalətdən qaynaqlanır
Post Views: 76 Bu gün İslam coğrafiyasının əksər ölkələri inkişafdan qalan ölkələr sırasındadır. Bu gün İslam coğrafiyasının əksər ölkələri inkişafdan qalan ölkələr sırasındadır. Çoxları bunun dindən qaynaqlandığını düşünür. Onların fikrincə, Avropa ölkələrinin inkişafı məhz dindən uzaqlaşdıqları vaxt başlamışdır. Bu yanlış düşüncəyə görə, müsəlmanlar da Qərbi təqlid edərsə inkişaf edə bilər. Əlbəttə ki, bu tamamilə səhv …
Qərbin İslam siyasəti…
Post Views: 86 İslamofobiya anlayışı 11 sentyabr hadisəsindən sonra məşhurlaşdı. Bu hadisə dünyadakı bütün tarazlıqların dəyişməsi üçün qığılcım oldu. Qərb ölkələrində İslam dininə və müsəlmanlara qarşı ayrı-seçkilik yayıldı, zorakılıq halları çoxaldı. 11 sentyabr 2001-ci il və ya məşhur adı ilə 9/11 hücumları təqribən 3.000 insanın həyatını itirməsi ilə nəticələnmişdi. Bu həmin günə qədər tarixin ən …
Sevgi ayı Ramazan
Post Views: 86 Onbir ayın sultanı – Ramazan ayını yaşayırıq. On bir ayın sultanı – Ramazan ayını yaşayırıq. Müsəlmanlar üçün xeyir, bərəkət, sevgi, sevinc,gözəllik ayı olan bu ayda da ibadət etmək, Allahın rizasını qazanmaq çox böyük nemətdir. Allah bir Quran ayəsində bildirir ki, “Kim istəsə, Rəbbinə tərəf yönələr”. Ramazan ayı da oruc tutmağa imkanı olan …
Qəlb rahatlığını yanlış yerlərdə axtarmayın
Post Views: 88 Hər insan xoşbəxt olmaq, rahat və problemsiz həyat yaşamaq istəyir. Hər insan xoşbəxt olmaq, rahat və problemsiz həyat yaşamaq istəyir. İnsanlar xoşbəxtliyi müxtəlif yerlərdə axtarırlar: kiminə görə gözəl ailə həyatı qurmaq, kiminə görə istədiyi ali məktəbə daxil olmaq, yaxşı işə girmək, ev və ya maşın almaq, istirahət etmək və s. Ancaq öz …
Məna böhranı – səbəbi və həll yolu
Post Views: 116 Düşünməyə, təfəkkür etməyə əhəmiyyət verən insanlar hadisələrə laqeyd yanaşa bilmirlər. Düşünməyə, təfəkkür etməyə əhəmiyyət verən insanlar hadisələrə laqeyd yanaşa bilmirlər. Diqqətlə müşahidə etdikdə dünyaya çökmüş bədbinliyi görməmək mümkün deyil. Bir az gəzişək və müşahidə edək. Bir tərəfdə işə gedən, işdən gələn, iş üçün mübarizə aparan, gələcəkdə işləyə bilmək üçün təhsil alan və …
Sumqayıtın kimya Sənayesinin inkişafında və etibarlı enerji təminatında Ulu öndər Heydər Əliyevin rolu
Post Views: 82 Xalqımızın unudulmaz, müdrik oğlu, dahi siyasətçi Heydər Əliyev Azərbaycanın rəhbəri təyin olunduğu 1969-cu ildə hələ cəmi 20 yaşı olan gənc Sumqayıtın bütün sonrakı sürətli inkişafı, sənaye potensialının ildən-ilə güclənməsi, sosial-mədəni həyatının yüksəlişi məhz Ulu öndərin uzaqgörənliyinin və uğurlu iqtisadi siyasətinin sayəsində mümkün olmuşdu. Respublikaya rəhbərliyinin elə ilk günlərindən başlayaraq, bütün səy və …
Virtual dərəbəylik – real insanların virtual səfehliyi
Post Views: 94 Sevincli Dünyanın eyni adlı yazısına davam, əlavə olaraq yazıram. İnternet İnternet – mənim üçün məlumat əldə etmək, zəruri insanlarla ünsiyyətdə olmaq, onları axtarıb tapmaq, material, kitab yükləmək, məqalə və ya xəbər oxumaq, xəbərləri çatdırmaq üçündür. Kimisə narahat etmədən… Bizdə ən ciddi saytların belə səviyyəsi sıfıra enmişdir, buna görə səviyyəsizlərimizə minnətdar olmalıyıq. Məhz …
Rafiq ODAY.”Şərəfli ömrün yaşantıları”
Post Views: 106 Hacı Cəfər həkim Quliyevlə bağlı yayılan yanlış, araşdırılmamış söz-söhbətdən anladım ki, deyəsən bu münasibətdə olanlar ali dərəcəli cərrah, özü-öz üzərində cərrahiyyə əməliyyatı aparan (dünyada1-2 belə nümunə var), bu günə qədər minlərlə təmənnasız cərrahi müdaxilələr edən, minlərlə insanı yenidən həyata qaytaran, minlərlə insanın ümid və pənah yeri olan bu dəyərli insan haqqında yetərincə …
Şəfa VƏLİYEVA.“El dilində yazan şair”
Post Views: 133 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Həyatın maraqlı müqayisələri var. Bir-birindən çox uzaqda olan iki insanın bənzərliyi kimi. Mənə elə gəlir ki, bu an mənim Gəncədə oturub hiss etdiyim təəssüfü Bakıda da Şəlalə Pənah yaşayır. “Mənim kitabxanam”-deyib ürəklə bəhs etdiyim bir məkan yoxdur, amma “mənim kitablarım”-deyə …
İlham ƏLƏKBƏROV.”Mənim universitetim”
Post Views: 127 İnsan ömür kitabına yazılan hər ili bir cür əzizləyir. Düzdür, bəzən kimsə, hardasa ömründən müəyyən zaman kəsiyini sinif otağındakı lövhəyə yazılmış səhv misal kimi silmək istəyir. Lakin, bu silinməyi arzulanan zamanlar heç vaxt bir il qədər möhtərəm ola bilməz. İllər haqqındakı fəlsəfəyə məni kökləyən dayandığım pillələrdi. Azərbaycan Dövlət Aqrar Universitetinin pillələri. Ömrümün …
Yaxşı mütəxəssis olmaq üçün yaxşı insan olmaq gərəkdir
Post Views: 87 Onun fəaliyyəti haqqında müxtəlif qəzet və jurnallarda bir sıra məqalələr dərc olunub. Hər dəfə bu yazıları oxuyanda düşünmüşəm ki, ömrünü xalqın övladlarının tərbiyəsinə, təhsilinə həsr edən bu ziyalı xanımın böyüklüyünü ifadə etmək üçün təkcə sözlər kifayət etməz. Analarımızı müqəddəs edən onların təmənnasız məhəbbətidir. O məhəbbət ki, bizə həyat bəxş edir, bizi yaşadır. …
Günel ƏLİYEVA.”Diplomlu savadsızlar, yoxsa taleyimizlə oynayan vicdansızlar?”
Post Views: 124 -Uşaqlar, ədəbiyyat həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir. -Müəllim ,biz ədəbiyyat fənnini niyə öyrənirik? -Əyləş yerinə ,sual vermək vaxtı deyil .İmkan ver dərsi izah edim. -Müəllim ,elə dərsimizə aid sualdı da. -”Əyləş” dedim . Deyəsən,ədəbiyyat dərsidi. Az öncə ədəbiyyatın həyatı obrazlı şəkildə əks etdirən söz sənəti olduğunu deyən müəllim şagirdin həyata …
XX əsrin Leyli Məcnununu yazdıran tarix-30 iyun
Post Views: 80 Sevgi haqqında zaman-zaman tarixin yaddaşında həkk olunmuş, kifayət qədər əfsanələr, nağıllar, poemalar, əsatirlər var. Hər bir xalqın özünəməxsus keyfiyyətləri, mental dəyərləri, adət-ənənəsi, xüsusi ehtiram bəslədiyi hissləri olur. Xalqımızın da xüsusi həssaslıqla yanaşdığı hisslər Allaha sevgi, ehtiram, ailəyə sədaqət, Vətənə sevgi hissləridir. Ədəbiyyat tariximiz ən qədim zamanlardan bəri öz önəmini qoruyub saxlamış sevgi …
Bəşər övladı kiminsə general doğulduğunu görməyib
Post Views: 101 “Biz akademiya bitirməmişik”, – sərkərdə Vasili İvanoviç Çapayev eyniadlı əfsanəvi filmdə belə deyirdi. Bəli,o, özü haqqında bu sözləri söyləyə biləcək yeganə adam deyildir. Tarixin səhifələrinə istinad etsək görərik ki, böyük şəxsiyyətlərin, tanınmışların, sözün həqiqi mənasında seçilənlərin, fərqli insanların çoxu nəinki ali təhsil, heç lazımi ibtidai təhsil də almayıblar. Lakin anadangəlmə istedad və …
Xalqımızın Prezidentin və Ali Baş Komandanın ətrafında sıx birləşməsi qələbəni şərtləndirən amillərdəndir
Post Views: 83 Azərbaycanda Milli ordunun yaranmasının bir əsrə yaxın bir tarixi var. 1918-ci il iyunun 19-da Azərbaycan Xalq Cümhuriyyəti mövcud gərgin vəziyyəti nəzərə alaraq ölkədə hərbi vəziyyət elan etdi. İyunun 26-da isə diviziya statusuna malik hərbi korpusun yaradılması ilə bağlı qərar qəbul olundu, bununla da Azərbaycanda Milli ordunun təməli qoyuldu. Təəssüflər olsun ki, Azərbaycan …
Vətənpərvərliyin ən ali məqamı şəhidlik zirvəsidir
Post Views: 121 Vətənpərvərliyin ən ali məqamı şəhidlik zirvəsidir.Vətəni qorumaq naminə qəhrəmanlıq edib bu ali zirvəyə yüksəlib şəhid olmaq illərlə formalaşan güclü xarakterin, qorxmazlığın, cəsarətin göstəricisidir. Qısa ömürləri ilə tarix yazıb əbədi ölməzliyə qovuşanlardı Şəhidlərimiz. Azərbaycanın azadlığı, suverenliyi uğrunda canından, qanından keçən, 2016 – cı il aprel döyüşlərində göstərdiyi şücaətlikləri və qorxmazlığı ilə adını Azərbaycan …
Şəhid mayorun həyat yoldaşından təsirli misralar
Post Views: 97 Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin şiddətli döyüşlərdə dünyasını dəyişən 12 şəhidindən biri də Elnur Adil oğlu Əliyevdir. Mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü erməninin atdığı qumbaranın üstünə atıb ki, digər yoldaşlarını xilas etsin və o, qəhrəmancasına şəhid olub. Şəhid mayorumuzun …
Təbiəti Qoruyaq
Post Views: 85 Bizi əhatə edən ekoloji mühit nə qədər sağlam və yararlı olarsa biz də fərd və cəmiyyət olaraq bir o qədər sağlam və güvənli olarıq. Zaman-zaman alimlərimiz təbiətin qorunması ilə bağlı lazımı tövsiyələrini vermişdirlər. Belə ziyalılarımızdan biri də Akademik Həsən Əliyevdir. O, deyirdi: “Təbiəti qorumaq, həyatı qorumaq deməkdir”. Həsən Əliyev görkəmli torpaqşünas, ümumi …
Günel FƏRHADQIZI.”Çək!”
Post Views: 166 Ey, İnsan! Çək, çək əlini həyatımdan… Yaşamaq istəyirəm, qoymursan! Çək, çək gözlərini məndən… Baxışların “pis”dir, pisliyə yozurlar! Çək, çək şəklimi xəyalında… Alma əlinə vərəq, rəngli qələmlər! Çək, çək mənim yerimə yükümü… Çox ağır olsa da, bax, gör, dözürsən?! Çək, vicdan əzabı, qınadın deyə… Qınamaq asandır kənardan baxsan! Çək, çək mənim yerimdən öz …
Formula-1 sıravi avropalının Azərbaycanı tanıtması üçün yaxşı fürsətlərdən biridir
Post Views: 70 Odlar Yurdunun paytaxtı Bakı öz tarixində daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Növbəti dəfə bütün Avropanın idman nəbzi Bakıda – Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü.Formula-1 Avropa Qran-prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anlarla yadda qaldı. Bu anlar təsdiqlədi ki, dünyada yarım milyard …
Ramazan bir daha mənəviyyat gətirdi
Post Views: 76 İslam aləmi tərəfindən hər il böyük şövqlə gözlənilən mübarək Ramazanı Rəbbimizin izni ilə bir daha dərk edirik. Özünə xas mənəviyyatı, qəlblərə sevinc və rahatlıq verən ruhu ilə İslam aləmi üçün böyük əhəmiyyəti olan Ramazan ayında müsəlmanlar olaraq bir-birimizi sevgi və həmrəyliklə qucaqlayacaq, birlikdə oruc ibadətimizi yerinə yetirəcəyik. İnsanları qaranlıqlardan nura, Rəhman və …
Durğu işarələri… Durğu işarəsi olan insanlar… (Satirik, yumoristik yazı)
Post Views: 156 Eh… Nə günə qaldım… Mövzu qəhətdi başıma… Yazıram nədən?! Durğu işarələrindən… Durğu işarələri gizlədir məni, gizlənirəm hər kəsdən… Gizlədirəm hisslərimi, ya fikirlərimi? Bəlkə hər ikisidir? Hələ bilmirəm?! Vardır məndə də üç nöqtə, iki nöqtə, nöqtə, vergül, nöqtəli vergül, sual, nida, suallı nida, defis, tire, dırnaq arası, mötərizə… Daha nələr, nələr… Barmaqlarımın sayı …
Bəlkə həyatam mən, bəlkə də ölüm… (Bir ailə həyatı dramı)
Post Views: 91 Hər kəs ölümdən qorxar, bir məndən savayı… Hər kəs ölümdən edər ehtiyat, mənsə etmərəm… Bəlkə əbədiyəm, ölümsüzəm mən, xəbərim yoxdur özümdən?! Bəlkə də, mənəm həyat, ya da ki, ölümün özü?! Bəlkə də! Bəlkə mələyəm mən?! Göylərdə çox idi səhvlərim, düzəltmək üçün, cəza kimi göndəriblər məni yer üzünə?! Bəlkə qanadlarım qırılıb, bəlkə şərlə …
Atalarımız indi belə deyərdi
Post Views: 146 Çoxdandır, bu mövzu ilə bağlı yazmaq istəyirdim, nəhayət ki, imkan oldu, vaxt tapdım. Atalar sözü, məsəlləri, aforizmlərin təhlili və müasir zamana uyğunlaşdırılması bu günkü mövzumdur. Bir neçə atalar sözünü qeyd edəcəyəm, müasir zamanda yaşasaydılar, nə deyərdilər? Söz var kəsdirər başı, söz var kəsər savaşı… Söz var, gələr, keçər, söz var, dələr, keçər… …
Sözün keşiyində dayanan ziyalı
Post Views: 80 İnsanın dünya ilə tanışlığı, ətrafındakı maddələrə qarşı reaksiyası, onun düşüncələrindən və öyrənə bildiklərindən asılıdır. Mən də həyatı dərk etdiyim vaxtlarda, hər bir əsil Azərbaycanlı kimi şeirə, poeziyaya güclü marağım, sevgim yarandı. Bu marağın əsasında isə hələ uşaq yaşlarımdan əvəzsiz bir natiqin ifasında dinlədiyim gözəl şeirlər dayanır. O, şeirlər ki, yazılışı təkmil olduğu …
Surə Mehdiyeva: “İstəyim layiqli vətəndaş olmaqdır”
Post Views: 107 Bacarıqlı insanları tanımaq, barələrində maraqlı yazılar yazıb, onları geniş oxucu kütləsinə tanıtmaq hər bir qəzetçinin, qələm sahibinin təqdirəlayiq arzularından biridir. Surə xanımı tanıdığım ilk gündən onu növbəti müsahibəmi reallaşdırmaq üçün münasib tərəfdaş kimi hədəf seçmişdim. Tanışlığımızı və haqqında öyrəndiklərimi əsas tutaraq görüşdük. – Qazandığı uğurlarla kifayətlənməyib, daha böyük arzulara can atan Surə …
Sumqayıtda ilk “Humanizm pedaqogikası” laboratoriyası
Post Views: 128 Bu gün təhsil sahəsində aparılan islahatlar müəllim və pedaqoji kollektivlər qarşısında böyük və məsul vəzifələr qoyur. Gənc nəslin təlim-tərbiyəsində, yeni ideyaların və metodların gerçəkləşdirilməsi zamanın tələbindən irəli gəldiyindən yaradıcı axtarışlar davam etməkdədir. Qabaqcıl təcrübənin həyata keçirilməsində hər bir müəllimdən təşəbbüskarlıq, elmə maraq tələb olunur. Bu sahədə Sumqayıt şəhərindəki 11 saylı orta məktəb …
“Ədəbi təhlil” layihəsi- Ramil Mərzili: Kimsə bilməsin…
Post Views: 91 Bu günkü müzakirə obyektim və mövzum Ramil Mərzili, onun kimliyi, yaradıcılığı və “Kimsə bilməsin” kitabı olacaqdır… İlk növbədə, təbrik edirəm Ramil qardaşımı… Dünən AYB-də imza günündə iştirak etdim… Çıxış üçün söz verilməliydi, imtina etdim, çünki sözüm çox idi, yazmağı üstün bildim… Mənim üçün yaradıcı insanın uğuru yaradıcılıq məhsulunu insanlara düzgün çatdıra bilməsi, …
Şәr qarışanda nә olur axı? 18+
Post Views: 97 Şәr qarışanda nә olur axı? Şәr qarışanda nә vaxtdır, qaranlıq düşәndә, ya gecә yarısı? Şәr qarışanda düşürsәn şәrә? Ya düşürәm sәnin yadına? Oyanır ehtirasın şәr qarışanda? Şәr qarışanda qarışırsan qaraya, şәrә, sәbr etmirsәn gәlsin sәhәr, ağ qüvvәlәr? Şәr qarışanda nә olur axı? Xeyir mәlәklәr qaçır, Allah yatır, Şeytan oyanıb, çıxardır insanı yolundan? …
Şəfa VƏLİYEVA.””Ömür” adlı məfhum anların vəhdətindən ibarətdir”
Post Views: 89 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Biz hər nə qədər təsadüflərə inanmasaq da “ömür” adlı məfhum anların vəhdətindən ibarətdir. Hətta, xoşbəxtlik də bir anın hökmündədir. Insanlar öz anlarının dəyərini anlasa, o bircə anın qədrini bilsə təsadüflərin ona Tanrı ərməğanı olduğunu anlayar. Mənim həyatımda da Tanrı ərməğanı …
Qalib RƏHİMLİ.”Aqrar Universitet həm də torpağın “dilini” öyrədir və ya inkişafin zirvə ömrü”
Post Views: 74 Torpaq da canlıdır. Onun da dili var və qayğıya möhtacdır. Əgər torpağı öz dilində danışdıra bilsək, nazını çəkib qayğıya bürüsək onda istədiyimizi zəhmətimizin qarşılığında ən keyfiyyətli formada əldə edə bilərik. Qürurumuz və bərəkət çeşməmiz olan torpağı əkib becərməsək qorumağa, qorumasaq əkib becərməyə dəyməz. Üzü Dədə Qorquddan günümüzədək səslənən və şüurlara hakim kəsilən …
Kənan AYDINOĞLU.”Nəriman Həsənzadə yaradıcığılığında “istedad” anlayışı”
Post Views: 97 Çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var şair-dramaturq Nəriman Həsənzadənin.Keşməkeşli, əzab və əziyyət dolu şərəfli ömür yolu keçmiş yubilyar müxtəlif illədə qələmə aldığı ədəbi-bədii nümunələrdə, poeziya örnəklərində daha çox oxucunu düşündürən məsələlər ətrafında özünəməxsus bir tərzdə-şair-filolosof olaraq, fikir mübadiləsi aparmağı bacarır özü də ustalıqla-peşəkarlıqla. Yaradıcılığı boyu daha çox ictimaiyyət nümayəndələrini həyatı boyu düşündürməyə …
Azərbaycan Dövlət Aqrar Universitetində Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov ustad dərslərinə başlayıb
Post Views: 157 Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Azərbaycan Dövlət Aqrar Universitetində ustad dərslərinə başlayıb. Universitetin iqtisadiyyat fakültəsində “Azərbaycan Respublikasının innovatif inkişafının beynəlxalq təşkilatların hesabatlarında təqdim olunması” adlı mühazirə tələbə və müəllimlərin marağına səbəb olub. ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli [url=http://gundelik.info/]Gundelik.info[/url]-ya bildirib ki, mühazirədən əvvəl universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov …
Münafiqin Əsas Xüsusiyyətləri
Post Views: 139 Münafiqlər iman gətirən səmimi müsəlmanlardan xarici görünüş baxımından elə də çox fərqlənmirlər,lakin daxili aləmləri tamamilə fərqlidir. Münafiqlər kənardan baxan insana dini yaşadıqları təəssüratını verə bilərlər. Danışıq və rəftarları ilə müsəlman təqlidi edə bilər, ibadətləri ilə özlərini dindar olaraq tanıda bilərlər. Ancaq onların din anlayışı Quranı deyil, öz yanlış məntiqlərini əsas olaraq qəbul …
Azərbaycan Dövlət Aqrar Universitetində gənclər həyata tam hazırlanır
Post Views: 70 Azərbaycan Dövlət Aqrar Universitetinin iqtisadiyyat fakültəsində Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahatlar mərkəzinin xətti ilə zorakılığa məruz qalma, erkən nikah və narkomaniyaya qarşı mübarizə mövzularında tədbir keçirilib. Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, tədbiri universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova açıb və deyib ki, gənclərin hərtərəfli formalaşmasında elmi …
Azərbaycan Dövlət Aqrar Universitetində “Amerika günləri” də keçirilib
Post Views: 65 Amerika Mədəniyyət Günləri adlı proqram çərçivəsində Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində də görüş keçirilib. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Amerika və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanı və dostluğu təşviq etmək məqsədilə təşkil etdiyi proqram paytaxt Bakı ilə yanaşı Gəncədə də böyük maraqla qarşılanıb. Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər …
Azərbaycanlı qadının dünya elminə verdiyi tövhələr
Post Views: 69 Ziyalı anlamı sözün həqiqi mənasında öz yerində və ünvanına səsləndikdə kifayət qədər gözəl, həlim və böyük məfhumdur. Hər bir ziyalının özünəməxsus xarakteri, keyfiyyətləri olur. İnsan həyatı dərk etdiyi vaxtlardan etibarən vətəninə, xalqına, insanlığa xidmət etməyi düşünür. Ziyalı olan insanlar özü təhlil edə bilir ki, o cəmiyyətə hansı istiqamətdə xidmət edərək, mövcud problemlərin …
Qəşəm NƏCƏFZADƏ.”Dəfn mərasimində nitqlər”
Post Views: 74 Uilyam Folkner Nobel mükafatı alanda Nobel mükafatçısı Albert Kamyu onu təbrik etmək üçün Amerikaya gedir. Kamyu hələ Nobel almamışdı. Təntənəli məclisdə Alberti Folknlerə təqdim edirlər, lakin Folkner ona əhəmiyyət verməyib, sadəcə əllərini yelləyir. Albert uzun müddət kənarda dayanıb, Folkneri böyük şövqlə müşahidə eləyir və səssizcə vətəni Əlcəzairə qayıdır. Əslində Folknerin eqosu Albert …
Təkamül nəzəriyyəsini müdafiə edən bəzi din xadimləri və ziyalıların düşdükləri vəziyyət, həqiqətən, tragikomikdir
Post Views: 84 Canlılar arasında təkamül prosesinin hələ də davam etdiyini iddia edən təkamül fərziyyəsi insanları bu prosesə görə siniflərə ayırır. Canlılar arasında təkamül prosesinin hələ də davam etdiyini iddia edən təkamül fərziyyəsi insanları bu prosesə görə siniflərə ayırır. Darvin “yaşamaq uğrunda mübarizə”nin insan irqləri arasında da olduğunu iddia edirdi və onun nəzəriyyəsinə görə bu …
Dünyada aclıq deyil, sevgisizlik problemi var
Post Views: 79 Bu gün dünyada 800 milyon insan ac yaşayır, 1.5 milyard insan isə artıq çəkidən əziyyət çəkir. Bu gün dünyada 800 milyon insan ac yaşayır, 1.5 milyard insan isə artıq çəkidən əziyyət çəkir. Bütün cənubi Afrika ölkələrində 230 milyon ton qida istifadə edilir, eyni miqdar qida da inkişaf etmiş ölkələrdə hər il tullanılır. …
Azərbaycan Dövlət Aqrar Universiteti inkişaf edir, səmimi bir ailəyə çevrilir
Post Views: 105 İqtisadiyyatımızda prioritet istiqamət olan aqrar sektor ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan Dövlət Aqrar Universiteti aqrar sektorun, aqrar təhsilin və elmin inkişafında müəyyən işlər görübvə bu iş indi də davam edir. Son üç ildə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına genişmiqyaslı işlər həyata keçirilib. …
Sevinc Rafaeli doğum günü münasibəti ilə təbrik edirik (6 may 1986-cı il)
Post Views: 71 Sevinc xanım, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, bol-bol uğurlar diləyirik!Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah! Ən xoş arzularla, Gündəlik Analitik İnformasiya Agentliyinin Kollektivi
Rafiq ODAY.”DÜNYANIN AÇILMAMIŞ SİRLƏRİ”
Post Views: 82 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Həyat kitabı XX əsrin ortalarında, daha dəqiq desək 1947-ci ilin yazında dağların ətəyində qoyun otaran iki iordaniyalı çoban bükülmüş …
Gülnarə İSRAFİL.”Xalq şairi Söhrab Tahir haqqında xatirələrim”
Post Views: 161 2004-cü ildə şeirlərimi götürüb, Elmlər Akademiyasına getmişdim. Onunla görüşəcəkdim. Elə bilirdim ki, qaşqabaqlı, zəhimli bir adamdı. İlk dəfə görəcəkdim. Qapıya yaxınlaşanda ayaq saxladım, titrədiyimi hiss etdim… Ədəbiyyat adamları, uşaq xəyallarımda çox əzəmətliydilər. Nəhayət ki, qapını döydüm. Həlim səs gəldi. -Gəl. – Məni görən kimi ayağa qalxdı. Şirin təbəssümlə xoş gəlmisən bala… – …
İslam ölkələrinin birliyi zamanın tələbidir
Post Views: 79 İslam dini böyük bir gücdür. Amma İslam ölkələri bu gücü çox zaman hiss etmirlər, çünki dağınıqdırlar. İslam dini böyük bir gücdür. Amma İslam ölkələri bu gücü çox zaman hiss etmirlər, çünki dağınıqdırlar. Dövrümüzdə İslam dünyasında axan qanın başlıca səbəblərindən biri bu ixtilaflardır. İslam əleyhdarları bu ayrılıqları çox yaxşı istifadə edirlər. Çünki onlar …
Vətən üçün xeyirlərdə yarışmaq
Post Views: 72 Azərbaycan müstəqilliyini qazanarkən 20 faiz torpaqlarını və bu torpaqları qorumaq uğrunda canını fəda etmiş minlərlə övladını itirib. Azərbaycan müstəqilliyini qazanarkən 20 faiz torpaqlarını və bu torpaqları qorumaq uğrunda canını fəda etmiş minlərlə övladını itirib. Bu gün də torpaqlarımızn geri qaytarılması və ərazi bütövlüyümüzün bərpası üçün şəhidlər veririk. Ötən günlərdə atəşkəsin düşmənlərimiz tərəfindən …
Xoşbəxtlik sənin əlindədir…
Post Views: 105 Milyardlarla insanın özünə aid bir qum saatı vardır. Bu saat hər gün sürətlə dolur və hər kəs o böyük, qaçılmaz sona yaxınlaşır. Lakin milyardlarla insanın çox az hissəsi şüurlu və imanlı həyat sürüb ölümə sürətlə yaxınlaşdığını dərk edir. Əksəriyyəti isə sanki sehrlənmiş və şüursuz həyat sürür. Axirət həyatından tamamilə xəbərsiz, dünyaya bənd …
Allahşükür Ağanın “Quşlar, buludlar, uşaqlar” şeirlər kitabına ön söz
Post Views: 105 Quşlara, buludlara, uşaqlara… Allahşükür Ağa misradan-misraya, fikirdən-fikrə inkişaf edən şairdir. Bu da onu göstərir ki, o, qəlbinə qəfil gələn tapıntılarla deyil, zəhmət və istedadın cilalanmasından yaranan şeirləri vərəqə köçürür. Onun stixiyasındakı olan bu ardıcıllıq şeirin enişli-yoxuşlu yollarında şairin püxtələşməsinə yaxından kömək edir. Elə şairlər olur ki, ədəbi gündəmi ekspermentlərlə, qəfil poetik misralarla …
ORDUMUZ-QÜRUR MƏNBƏYİMİZ!
Post Views: 77 Dəyərli həmvətənlər, Son günlər cəbhə bölgəsində baş verən hadisələr, ermənilərin növbəti təxribat xarakterli hücumları, bu hücumlar nəticəsində Vətəni müdafiə edən ordumuzun şəhid verməsi, oğullarımızın yaralanması, dinc əhalinin yaşadığı məntəqələrin erməni quldurları tərəfindən atəşə tutulması, xalqımızın bütün təbəqələrinin üzvləri kim biz kimyaçıları da narahat etməyə bilməz. Bununla belə, bu hadisələrin qürurverici bir cəhəti …
Təranə ŞƏMS.”ALLAHA ƏMANƏT QALIN!!!”
Post Views: 102 Ana!… Vətən! Gedirəm, əlvida demədən,gedirəm, qəlbimlə, ürəyimlə, bir oğul kimi, bir igid kimi düşmən üstünə bəlkə qayıtmadım, canımı qurban edirəm, Vətən eşqinə, gedirəm sinəsi dağlı Vətən üçün, azadlıq üçün, kəfən üçün. Gedirəm Ana! Eşit sözlərimi! Ağlamyarsan! Başına qara bağlamayarsan, məni uşaq tək danlamayarsan, deməyərsən Haqqın var üzərində, Gedirəm ANA, gedirəm Vətən haqqını …
Təranə ŞƏMS.”YA ŞƏHİD OL… YA QAZİ…!!!! AZƏRBAYCAN ƏSGƏRİ…!”
Post Views: 79 Sosial şəbəkələrdə xüsusən də fb üzərində yayılan xəbər portallarını mütamadi olaraq izləyirəm… Lakin bir məsələ məni vətəndaş olaraq düşündürür. Nədir məni təşvişə salan? Fikrimi sizlərlə bölüşmək istərdim. Cəbhə xəttdindən ötürülən məlumatlar əsaslı olmadan bir-birini TƏKZİB edir.Yalnış xəbərlər insanları çaşdırır.Maraqlıdır niyə bu barədə ölçü götürülmür? Sualın cavabını açıq qoyuram.Bütün bunlar bir yana qalsın, …
Təranə ŞƏMS.”SEVƏRİM.. SƏNİ SEVƏRİM…AZƏRBAYCAN…”
Post Views: 86 Ey ulu Vətən sil anaların göz yaşını…! Bu tökülən qanlar sənin üçün… sənin bütövlüyün üçün… bu oğulların mərdliyi sənin üçün… Başını dik tut ey ulu VƏTƏN!!! Ağlama ey ana Vətən… səni sevən… sənə qol açan övladların var… sənin namusun üçün… qeyrətin üçün… İtmiş ləçəyin üçün…Sənin ağ ləçəyn, sənin olacaq… düşmən önündə diz …
Şəfa VƏLİYEVA.”Baxışlar da fərqli olur… “
Post Views: 122 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Baxışlar da fərqli olur… Sevincli, küsmüş, utancaq, ürkək… hətta, baxmaq istəməyən baxışlar da var. Mən onun baxışlarında həmişə utancaqlıq və baxmaq istəməmək görürəm. Elə bil bu dünyanın yaxşısına-pisinə baxmağa, görməyə, dərk etməyə kimsə onu məcbur edir. Heç vaxt bunu …
“Zaqataladan gənc təşəbbüskarlar” layihəsinə yekun vurulub
Post Views: 112 Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin, Mədəniyyətşunaslıq üzrə Elmi- Metodiki Mərkəzin və Zaqatala rayon İcra Hakimiyətinin tərəfdaşlığı ilə həyata keçirilən “Zaqataladan gənc təşəbbüskarlar” layihəsinin bağlanış mərasimi keçirilib. Üç ay müddətində 35 nəfər gəncin iştirakı ilə keçirilən layihənin məqsədi rayon gənclərinin fəallığının artırılmasından ibarət idi. …