mt

Ruhlandım sənətə məhəbbətindən,
Ürəyim kam aldı saf niyyətindən.
Dinləyən həzz alır xoş söhbətindən,
İncidir hər kəlmən,sözün,müəllim.

Həyatda mərdanə ağartmaqla baş,
Qazandın yüzlərlə dost-tanış.sirdaş.
Müqəddəssən,hamı sənə əyir baş,
Ağdı el içində üzün ,müəllim.

Nur parlayır ərkanında,həyanda,
Bir zirvəsən,qartal ollam qayanda.
Haram görünməyib heç vaxt mayanda.
Var halal çörəyin,duzun, müəllim.

Layiqsən bu gözəl,müqəddəs ada,
Ki baxdın bir gözlə qohuma, yada.
Nuh ömrü dilərəm sənə dünyada,
Ömrün uzun olsun, uzun, müəllim!