ni

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
“Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Bəxtim ağlayır

Dönüb xəyallarım sısqa yağışa,
İlqarım ağlayır, əhdim ağlayır.
Dönüb yollarımda qarlı yağışa,
Yenicə dil açan bəxtim ağlayır.

Sən demə aldanıb yaz vədəsinə,
İndi də baxıram qışa dönmüşəm.
Uymuşam eşqimin bülbül səsinə,
Yuvası dağılmış quşa dönmüşəm.

Yazdığım məktublar düşür yadıma,
Danlayır üzümü yazdığım sözlər.
Nələr yazmamışdın mənim adıma,
Göynədir qəlbimi qoyduğun izlər.

Eh…həyat yalanmış, sevgi yalanmış,
Olmuşam ömrümün bahar yorğunu.
Gələn səadət də üzdə olanmış,
Çəkməyir sinəmdən sevda oxunu.

İlin daha bir son şeiri…..

Ayaz Arabaçı qardaşıma kiçik məktub…

Yazdığı statusla bağlı..
Haqqımı asıblar dar ağacından,
Həqiqət mülkümü yoxa çəkiblər.
Qeyrətim, vucdanım ölür acından,

Hünərimi kəfən kimi büküblər.
Bilmirəm namərdəm, bilmirəm mərdəm,
Haqq dəyirmanında üyünən dərdəm.
De hansı dərdimin üstünü örtəm?!

Dərdimin üstünə min dərd əkiblər.
Haqsızlıq içində boğulduq, axı….
Görəsən biz niyə doğulduq, axı…
Cəngavər libasda haqq meydanında,
Vaxt vardı qızıydlq, oğulduq, axl?!!!

Tutub ətəyindən inildəyirik,
Haqq deyən dilimiz soyulur, qardaş.
Haqsız yol gedənə haqlı deyirik,
Haqq görən gözümüz oyulur qardaş..

Haqqın bostanına daş atan kəsin,
Kürsüsü böyüyür, sözü böyümür.
Haqsızı gücüylə boğan haqq səsin,
Kəlməsi böyüyür, özü böyümür!

Dilimiz öyrəşib böhtana, şərə,
Yalanlar içində üzürük, Allah.
Namusu, qeyrəti cibdə gəzdirib,
Çirkin əməllərdə azırıq, Allah!

Paxıllıq, xəyanət əfi ilan tək,
Hər kəsin qoynunda qıvrılıb yatır.
Doğru libasını geyən yalanlar,
Haqqın meydanında olubdur qatır.

İçib ürəyimin qanınl bəzən,
Haqsıza baş əyib əlin tutanlar.
Mələk libasında ürəklər gəzən,
Şeytan kölgəsində rahat yatanlar..

Bu qədər…(” Haqqa uzanan əllər” poemamdan)