Əlişad QARAQASIMLI.”Puşkin meydanında”

Göyərçin qanadı toxundu mənə,
İtirdim çəkimi bir an içində.
Düşüncəm, xəyalım güman içində.
Küləklər,
Buludlar sığındı mənə.
Küçəylə ötüşən şümal maşınlar,
Budqda oturan qarğalar, quşlar,
Bu torpaq, bu səma, bu külək, yağış,
İsti bir təbəssüm, ani bir baxış
Nə qədər yaxındı mənə.
Göyərçin qanadı toxundu mənə-
Puşkin ilhamının qanadı idi…