Çırpma gözlərini səkiyə…

İnsanlar yan-yörəndə-
kipriklərindir;
gözlərinin işığını qoruyaslş
Əlindəki əsan-
ağac olmuş gözlərindir;
həsrətdən uzanayıb boy atmış.

…Çırpma,
gözlərini səkiyə çırpıma!..

Oyuncaq

Manatlıq oyuncaq ala bilmədim,
Manatlıq oyuncaq…
Oğul, gülüşlərin mənimki deyil.
Acı göz yaş yaşların mənimdir ancaq.

Çoxdundur quruyub gözümün yaşı,
Gözümün yaşını silmirəm, Allah!
Əlimdən cibimə uzanan yolu
Qırx ildir dəf edə bilmirəm, Allah!

Bir həsrət, bir nisgil çəkilir şerə,
Hopur bir ağrl da insan canına.
Adamın gözləri dikilir yerə,
Adamın qolları düşür yanına.

Manatlıq oyuncaq ala bilmədim,
Manatlıq oyuncaq…
Mənimki deyildir xoş gün, güzəran,
Acı məhrumiyyət mənimdir ancaqş

1989.