Qəlbən “Sən” sözünü, boş “Siz” sözüylə
O, mələk, o gözəl dəyişdi birdən.
Könlümdə bir munis arzu oyatdı,
Misratək sıyrılıb çıxdı qəlbimdən.

O, qızdan gözümü çəkə bilmirəm,
Baxıb gözlərinə üşənirəm mən.
-Necə gözəlsiniz!-deyirəm ona,
“Mən sizi sevirəm!”-düşünürəm mən.