Nəcibə İLKİN.”Payız gileyi”

ni

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
“Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Nə yaman tələsdin payız gəlməyə,
Pərişan qəlbimdə xəzandı hələ.
Bəlkə dərdlərini mənlə bölməyə,
Məni qabaqlayıb gəlmisən elə.

Bilirəm sənin də dərdin çox böyük,
Tökülən yarpaqsan, solan çiçəksən.
Onsuz da taleyin hər üzü dönük,
Xəzanlı arzusan, solan diləksən.

Eh…nahaq dayandım sənlə üz-üzə,
Sən ki, gah fikirli, gah düşüncəli.
Qopanda tufanın Allah saxlasın,
Sən də məndən betər olursan dəli…