Türküstan yelləri öpüb alnını,
Söyləyir dərdini sənə, bayrağım!
Üçrəngli əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!

Gedərkən Turana, çıxdın qarşıma,
Kölgən – dövlət quşu, qondu başıma.
İzn ver gözümdə coşan yaşıma
Dinlətsin dərdini aha, bayrağım!

Qayi xan soyundan aldığın rəngi,
Qucamış Elxanla müsəlman bəyi.
Elxanın övladı-dinin dirəyi,
Gətirdin könlümə səfa, bayrağım!

Köksümdə tufanlar, gəldim irəli
Öpüm kölgən düşən mübarək yeri.
Allahın ulduzu o gözəl pəri
Sığınmış qoynunda aya, bayrağım!