Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

ni

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
“Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Bu gecə Qarabaģa
Gedən həstətim yanır

Bu gecə intihara
Yol gedir ümidlərim.
Ogey baxışlarımda
Güzgülənir dərdlərim.

Azalır dodagımda
Gülüşümün sayları.
Bir bir ölüb gedirlər
Ürəyimin tayları.

Gozlərimin işıģı
Ųrəyimdən güc alır.
Əllərimdə üşüyən
Arzularım qocalır.

Həstətimə tül tutub
Dərdimə yorģan salır.
Vətən göyərdən arzum
Yarı yollarda qalır.

Daş üstündə açılır
Axşama dönən sabah.
Vətən vətən dogulan
Vətənsiz ölən sabah.

Bu gecə Qarabaģa
Gedən həstətim yanır.
Bu gecə ümidlərim
Sözümdə qalaqlanır.

Ay Şuşam

May 1997…..

Bahar gəlib yaz olurmu sinəndə?
Işvə, əda, naz olurmu sinəndə?
Bulaq üstə saz olurmu sinəndə?
Dillənirmi dağın, daşın, ay Şuşam?!

Perikdimi bülbüllərin, qartalın?
Məlul-məlul boylanırmı maralın?
Ürəyimdə qan ağlayır bu halın,
Harda qaldı ilk sirdaşın, ay Şuşam?!

Niyə mənim gözlərimdə yaş oldun,
Ürəyimdə bir əriməz daş oldun,
Tərlan idin, bayquslara tuş oldun
Nə bəladır çəkir başın, ay Şuşam?!

Durna köçü yol salanda üstündən,
Namə yazıb göndərəydim gərək mən,
Kaş böləydim nisgilimi sənlə tən,
Nə bacın var, nə qardaşın, ay Şuşam!

Natəvanın ruhu sızlar ahəstə,
Vaqif yatmaz bu harayda, bu səsdə,
Üzeyirin qəmli notları üstdə,
Xan oxusun çatıb qaşın, ay Şuşam!

Bulaqların həzin-həzin ağlayır,
Kədər məni için-için dağlayır,
Ürəyimdə qəm sirsira bağlayır,
Silən yoxdu gözüm yaşın, ay Şuşam!

Dağlarına duman olub bürünəm,
Torpağında dizin-dizin sürünəm,
Bircə anlıq yollarında görünəm,
Bu həsrətin ataq daşın, ay Şuşam!

Ölümlü gecəm

İslatdı dərdimi göz yaşlarımda,
Qucağında ölüm gətirən gecə.
Hönkürtü səsində açılan səhər,
Kəsdi kələyimi dan yerinəcən.

Donmuş nəfəsimdə şehə bələndi,
Ruhumun can adlı sızıltıları.
Sən demə dərd elə üzə güləndi,
Açıldı ömrümün ölüm qatları.

Susdu kabus kimi, susdu o gecə,
Ölüm küləyinin əsdi yelləri.
Asdı ürəyimdən kəfənliyimi,
Açıldı qəbrimin qərib dilləri.

Bir ölüm gətirdi mənə o gecə,
Bir ölüm oxudu ömür payıma.
Mən can diləmədim, heyf bu ömür-
Can verə bilmədi vətən hayına.

04.05.2019