Afət VİLƏŞSOY.”Anamdan incimə”

Hara getsəm,yanımdadı,
Mənə yanandan incimə.
Dərdim məni bir də doğub,
Ana, anamdan incimə.

Saçımdakı dəndi dərdim,
Alnımdakı qırışdadı,
Məndə izi olmaq üçün
Anam ilə yarışdadı.

Boğazımda qəhər boğub,
Sovurmayıb yelə,doğub,
Düz otuz dörd ilə doğub,
Ana,anamdan incimə.