İradə AYTEL.”Tumarına sığınıram”

***

Tumarına sığınıram
Bilə-bilə, gün oğrudur!
Məndə qalan, səndə qalan,
Onda qalan da ağrıdır.

Saçım telimnən incidi,
İçim çölümnən incidi,
Gözüm dərdin sevincidi,
Qəhqəhəsi göz ağrıdır!.

Duruydum…
Elə duruydum…
Arzularıma darıydım.
O zaman ki sən varıydın –
Mən varıydım! Bu doğrudur!