Xatirə FƏRƏCLİ.”Adını bilmədiyim ağrı”

Ağlamaq xilasdır çox zaman,
ağlaya bilməmək zülüm,
nə etdin bə, zalım,
qurutdun göz yaşımı,
əvəzində
hüzur yox, ağrı verdin –
adını bilmədiyim ağrı.