İradə AYTEL.”Günah işləyəsən xirtdəyə qədər”


Günah işləyəsən xirtdəyə qədər,
Tutunub çıxmağa yer də qalmaya!
Bütləri sındırıb, qan eləyəsən,
Arzu bağlamağa pir də qalmaya!

Mələklər hər yana salalar soraq,
Savab axtaralar əllərdə çıraq.
Göy yerə tökülə, hey varaq-varaq,
Nə “Quran”, nə “Zəbur” sirr də qalmaya!

Öləsən, bir əsgər qoşunnan çıxa,
Əməl qul Əcəlin huşunnan çıxa,
Allahın tüstüsü başınnan çıxa,
Qanın bu qadalı yerdə qalmaya!