2020-ci ildə Belarus Yazıçılar Birliyinin “Heмaн” jurnalının 75 illik yubileyidir.
Jurnalın yanvar nömrəsində Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktorunun “Dağlardan yüksək yalnız… kitablar ola bilər” («Выше гор могут быть только … книги») müsahibəsi dərc olunub. 
Müsahibədə müasir dövrdə kitaba və mütaliəyə marağın azalması məsələləri ümümbəşəri məsələ kimi işıqlandırılır. Burada uşaq mütaliəsi haqqında fikirlər  söylənilir. Müsahibədə Yasamal rayon MKS-inin son bir il ərzində həyata keçirdiyi davamlı layihələr də öz əksini tapıb. Müsahibədə informasiya dövrünün kitaba təsiri mərkəzi yer almışdır.
Yazıda “Azərbaycan ədəbiyyatının virtual kitabxanası” haqqında oxuculara ətraflı məlumat verilir. Belarus oxucusuna Azərbaycan kitabxanaları haqqında digər maraqlı məlumatlar da verilir və qeyd olunur ki, Azərbaycanda milli mədəniyyətin və milli-mənəvi dəyərlərin qorunmasına, nəsillərdən-nəsillərə ötürülməsinə xüsusi diqqət yetirilir. Qeyd olunur ki, bu dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Müsahibəni Belarus Yazıçılar Birliyinin 1-ci katibi Yelena Stelmax aparıb.
“Heмaн” jurnalı ilə Yasamal rayon Mərkəzi Kitabxanasında tanış olmaq mümkündür.