Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS- inin Q.Musabəyov adına 3 №-li kitabxana filialının əməkdaşları Xocalı soyqırımı ilə əlaqədar Yasamal rayon 1№-li Telefon Qovşağında “Xocalı harayı” adlı səyyar sərgi təşkil etdilər.Tədbirdə müəssisənin əməkdaşları iştirak etdilər.Kitabxana filialının müdiri Arzu Xudayarova sərgi barədə məlumat verdi.Tədbir iştirakçıları ermənilərin törətdiyi faciədən danışaraq bildirdilər ki, artıq bu gün dünya Xocalı soyqırımı ilə bağlı əsl həqiqətləri bilməlidir.