This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

İstədikcə eşqdən yazam hər səfər,
qələmiimə yol azdırar qəm-kədər,
kaş biləydim çəmənlərdə çiçəklər
bir-biriynən pıçıldaşsa, nə deyər?

Hər tikanı bir xəncərmiş qınında,
ləçəkləri xalis bülbül qanında,
mürgüləsəm qızıl gülün yanında,
nəfəsimə gözün açsa-nə deyər?

Tarix açdım; nələr görmüş bu xəzəl?!
həm sonralar odda yanıb,həm əzəl,
bir özgənin qolundakl bir gözəl
həvəsimə dönüb qaçsa,nə deyər?

Şah piyada gedən yeri görmüsən?
eyş-işrət də bu cür şeydir.bilmisən?
o dünyaya hansı üznən gedərsən?
soruş,hələ vaxtın varsa–nə deyər?

Bir ağıllan,düşünmə ki,ay “xiyar”,
əlindədir bütün küllü-ixtiyar!
inanardın–bir gün meydan oxuyar
bu dünyaya kor yarasa nə deyər?!

Kövrələrik kaman qəmli çalanda,
kükrəyərik ciblər pulla dolanda,
nə olar ki,”Ala qarğa” olanda–
Şah da ona qulaq asa…nə deyər?!