This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

Görsən ki,hər tərəf qardı,borandı-
məni öz kürkündən aralı qoyma,
ölüm birdəfəlik can qurtarandı–
vurduğun şikarı yaralı qoyma,

Qara buludları yellər sürüyər,
hətda Günəşı də çiskin bürüyər,
qaldıqca alma da,can da çürüyər–
baxımsız bu qədər “xaralı” qoyma!

Çoxdan bəllidir ki,dünya yalandı,
hər kəs bir az, gəlib, gəzdi–dolandı,
baxma ki,gözləri canlar alandı–
gözlər yeyə bilər maralı,qoyma!

Hamımız içində batarsa gəmi,
fərq etməz ümmana–“Kim kimin kimi?!”,
hətda durnaynan da o Ustad kimi,
danışsan:”Haralı” sualı qoyma!

Gah xoşhal oluram,gah da ki,kefsiz,
havaynan dəyişər çətin ömrümüz,
nədən yazırsan-yaz,ay Vahid ƏZİZ,
əlinnər sözdəki sambalı qoyma…