This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

Yenə də buğlanır könlümün dəmi,
həm mən dəyişmişəm,hm də ki,Ölkəm,
köhnə zamanlarda olduğu kimi,
indi mən özümü tənqid edəcəm!

Müstəntiq işidir “təhqiqat”,”təhtid”,
çoxuna “iş açıb”,alıb–“bağlamaq”,
çoxdan dəbdən düşmüş “özünütənqid”,
əslində–“Özünü sığottalamaq”.

Nöqsanım xeylidir,az deyil,bilin;
desəm,hamısını çatdırmaz qələm,
həm də ki,gözündən düşərəm elin,
sən deyən əməli-saleh deyiləm!

Birinci: bunu da niyə danım ki?
(axı mən də insan,mən də canlıyam)
ən böyük nöqsanım…(yad kimimdi ki?),
Türk demiş: “Aşırı qohumcanlıyam”.

İpəyə dönürəm işim düşəndə,
bəzən boşa keçir verdiym “Əmir”,
axmaq o kəsdir ki,qarnı şişəndə
gözü ayağının altını görmür.

Bəzi dostlarımla aramız dəyib,
bu,pis cəhətimi çətin dəyişəm,
kefim əyiləndə vədlər eləyib,
halım diriləndə dəbbələmişəm.

Halal qazancımdır gələn gəlirlər,
pula hərisliyim başqa xuruşdur,
sayı bilinməyən maşınlar,evlər,
mənimçün “Milyon” da qəpik-quruşdur.

Buyam!–tanıdınmı,ay ƏZİZ Vahid?
kişi hər sözünü düzünə deyər,
yadda saxlayın ki,”Özünütənqid”,
adamı bəladan xilas elərər!