This image has an empty alt attribute; its file name is 29497453_111549449689796_2245747713169949179_n.jpg

Bir “Video” göndərib dostumun-dostu,
yüz baxdım,hər dəfə ləzzət elədi,
Zelenski əlində dəmir toppuzu
yığıb-Höküməti hədələyirdi.

Deyirdi: “Bezdirib xalqı harınlar,
milləti soyaraq piy bağlamısız,
donuz sifətlilər,yekəqarınlar,
günahlar işlədib malalamısız”!

Qaldırdı: “Cavab ver,Əxlaq naziri,
çırparam,baxmaram arvadsan,kişi ?
otur mətbəxində bula kəfkiri,
düzəl,ya gözünə soxaram şişi!”.

Söyürdü: “Doymadın,Vergi naziri?!
büdcə cılızlaşır,hara baxırsan?
maşınla gedəndə tayfandan biri,
“QAYi”-yə yolları bağlatdırırsan”!

“Müfəssəl xəbərim hər birinizdən,
harda nə gizlədir,kimin nəyi var?
bir gün Topdağıtmaz evlərinizdən
millət sizi qovub zibilə atar”!!

…bəxtəvər başına “Xaxol balası”!
Topuz edəcəkdir Yurduna əlac,
Azəri övladı,atam,qadası,
bizlərdə dəb olub qamçıyla-qırmanc.

Toxta bir,üsyankar “Xaxol uşağı”,
gör bir sən kimlərlə getmirsən yola?
Kiyevdə dəniz yox zəbt olunası,
amma,”Kreşşatikə” toxunan olar?

Bilirsən illərlə nə yük dartırıq?
hayıf,bu torpağa,hayıf,min hayıf!
sənin iki ilik büdcənnən artıq
bura quldurları pul oğurlayıb!!

Qardaş,dediklərim hamısı gerçək,
“aclardan” xəbəri olmurdu “toxun”!
Öndərin verdiyi böyük duz–çörək
haramı olmalı çoxdan çoxunun!

Hələ çoxlarında baş tutur qələt,
bir gün düşəcəklər qapazın altda,
“zibildən” bəhs edən maraqlı söhbət,
bizdə “zibil” də çox,”zibilqabı” da!!

Havada oynasın alovlu şallax,
bizim quldurlarçün “yüz min” də qərik!
ağzının üstünə yağlı şapalax,
çevirib-dalına yekə bir təpik!

…Kiyevi dəyişir toppuz havası,
hədənin özü də bir növ ölçüdür,
mən paxıl deyiləm,”Xaxol balası”,
mənim Komandanım daha güclüdür!