BİRİNCİ HİSSƏ 1 Göytəpə kəndinin yastı qazma daxmaları Kürün sahilinə qədər səpələnmişdi. Bu il yağınlıq olduğundan, o otlar vaxtından əvvəl göyərmiş, yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb qalxmışdı. Hələ aprel sona çatmamış bu çal-çəpərsiz kəndin həyətləri, xırman yerləri, tövlə və samanlıqların üstü, hətta evlerin damları da yaşıllaşmışdı. Həyətləri birləşdirib torpaq yola çıxan, sonra da sahildəki çəmənliyi çalın-çarpaz doğrayıb Kürə enən cığırları ot basmış, kəndin üst tərəfindəki ləpələrin rəngi dəyişmişdi. İl quraqlıq keçəndə bahar gəlməmiş saralıb-solan dəmyələr bu il gül-çiçəyə qərq olmuşdu. Yalnız kəndin yaxınından ötüb Tiflisə doğru uzanan xır yolu əvvəlki kimi ağarır, bəzi yerlərdə daşların arasından ot cücərsə də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir, dərəli-təpəli yamacları aşıb üfüqdə gözdən itirdi. Hər şey əvvəlki kimi idi. Həyat-bacalarda ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür, qız-gəlinlər suya enirdilər. Haçaquyruq qaranquşlar süzüb sinələrini çiçəklərə toxundurur, Kürə baş vurub su götürür, sonra da civildəşə-civildəşə balalarının yanına qayıdırdılar. Torpaqdan güclə seçilən qara damların arasında təkəm-seyrək gözə dəyən daş evlərin kirəmitli damındakı sığırçınlar yenə əvvəlki kimi dimdiklərini şaqqıldadıb oxuyurdular. Zərnigar xanım bunların heç birini görmürdü. O, başını göy məhəccərli eyvanın dirəyinə söykəyib için-için ağlayırdı. Tez-tez kəlağayısının ucu ilə gözünün yaşını silir, “mən bu dərdə necə dözüm, kimdən imdad istəyim?” – deyə inildəyirdi. Havada süzon iri bir çalağanın kölgəsi çəpərin üstündən aşıb, həyətin ortası ilə tövləyə doğru süründü. Zəncirdəki itlər dartınıb mırıldaşdılar. Toyuq-cücə qorxudan samanlığa doluşdu. Zərnigar xanım bunların heç birinə fıkir vermədi, kəlağayısını düzəldib eyvandan endi, cığırla sahilə doğru addımladı. Gün xeyli qalxmışdı. Axşamdan kəndin üstünə çökən duman çəkilmiş, səhərə yaxın yağış da çiləmişdi. Torpaq yolların və cığırların __________________Milli Kitabxana___________________ 8 tozu xal-xal olmuşdu. Çəmənliyin şehi parıldayırdı. Kürün ləpədöyənindən bir az aralı, çaylaqda qaynar asmışdılar. Tumançaq uşaqlar yarğanın dibi ilə qaçışırdılar. Camışları haylayıb suya tökən cavanların hay-küyü sıldırım yarğanlarda əks edir, bu yarğanların ovuqlarındakı quşlar hürküşüb bölükbölük havaya qalxırdılar. Lakin Zərnigar xanım heç nəyə fikir vermirdi. Bütün gecəni yatmayıb səhərəcən ağladığından arvadın gözləri şişmiş, kirpikləri bir-birinə yapışmış, göz yaşı quruyııb, müşəmbə kimi yanağında qalmışdı. Qulaqları güyüldəyirdi. O, hara getdiyini bilmirdi. Öz evindan baş götürüb uzaqlaşmaq, bir anlığa da olsa, dərdini unutmaq istəyirdi. Ancaq bacarmırdı. Dil desə də ürək razı olmur, ayaqları sözünə baxmayıb, sürünürdü. Zərnigar xanım özü də hiss etmədən gəlib yarğanın qaşına çatdı. Qarşısındakı uçurumu, ayağının altındakı yarıq-yarıq olmuş torpağı görmədi. Əgər bir az irəlidə yarğan gurultu ilə uçmasaydı, o, ayaq saxlamayacaq, bəlkə də torpağa qarışıb birbaş Kürə düşəcəkdi. Gurultunu eşidən kimi qeyri-ixtiyari geri çəkildi, toz yatandan sonra isə uçurumun dibi ilə axan qıjıltılı boz-bulanıq suya dəhşətlə baxdı. “Birparça çörəyim ovsanata keçdi. Yoxsa balalarım yetim qalacaqdı”, – deyə salamat qurtardığına şükür elədi. Bu hal uzun sürmədi. O yenidon gözünü Kürə zillədi. O taydakı qalın meşənin ətəyini, boz qumsallığı yalaya-yalaya axan, bəzi yerlərdə isə burulub, kolları araya alan Kür şaxələnib qollara ayrılır, balaca adaların ətrafında fırlanıb bəri üzə, hündür yarğanların üstünə cumurdu. Sular sarı torpağı yalayıb geri çəkilir, lillənə-lillənə uzaqlara gedirdi. Yarğanən dibi görünmürdü. Oraya düşənin heç sümüyü də ələ gəlməzdi. Zərnigar xanım ehtiyatla yarğana yaxınlaşdı. Bəlkə birdəfəlik özünü atsın? İkicə addım qabağa getsə, torpaq ayağı altından ovxalanıb töküləcək, uçuruma necə düşdüyündən özünün də xəbəri olmayacaqdı. Bəs sonra? Eşidən-bilən nə deyər? Bu fikirlər Zərnigar xanımı dəhşətə gətirdi. Bədəni üyüşdü. Suyun soyuq havasını üzündə hiss edib geri çəkildi. İxtiyarsız olaraq dönüb evlərinə baxdı. Ətrafına yulğun kollarından hündür çəpər çəkilmiş bir-mərtəbə daş evin pencərə şüşələri səhər günəşinin şəfəqlərini əks etdirib parıldayırdı. Darvaza açıq idi. Eyvanın məhəccərindəki naxışlı taxtalar, mavi rəngli dirəklər, göy qapılar, üstündə bir cüt qabaq-qarşı xoruz çəkilmiş divar, bir az o yandakı samanlıq, çardağının üstünə ilanyalı ot tayası yığılmış tövlə, həyətdə eşələnən toyuq-cücə aydınca görünürdü. Axı bunların çoxunu o özü düzəltmişdi. O, buraya gəlin __________________Milli Kitabxana___________________ 9 gələndə ərinin var-dövləti olsa da, əməlli-başlı bir otağı da yox idi. Bunların hamısında onun, Zərnigar xanımın əməyi vardı. O özünə toxtaqlıq verdi. Heç yana getməməyi, əksinə, onun yurduna su salmaq istəyəni evdən qovmağı qərara aldı. Yarğanın kənarında oturub oğlunu gözləyəsi oldu. “Şamxal bu işləri belə qoymaz, – deyə özünə təsəlli verdi. – Harada olsa gəlib çıxacaq. Kimin anasının mələr qaldığını onda görərik…” *** …Kürün o tayında, hündür qovaqların seyrəlib yulğunluğun başladığı yerdə beş-altı qaraltı görünürdü. Zərnigar xanım dikəldi. Əlini gözünün üstünə qoyub diqqətlə baxdı. Gələnlərin, qayığı yuxarıdan salıb, suyun axan ilə bəri üzə keçmək İstədiklərini anladı. Arvadın ürəyi atlandı. Oğlu Şamxalın da orada olduğunu yəqin etdi. Qaraltılar bir-bir atılıb qayığa mindilər. Sahildən aralanan kimi kürəyi işə saldılar. Çəpin təkanı ilə şütüyən uzun qayıq ləpələri yara-yara irəlilədi. Onlar çayın ortasına yaxınlaşdılar. Arvad oğlunu tanıdı. Şamxal qabaqda oturub kürək çəkirdi. Kürün suyu bulanmışdı. Yəqin yuxarılara yağmışdı. Qayıqdakılar nə qədər çalışsalar da, istiqaməti düz götürə bilmir, su qayığı əyirdi. Zərnigar xanım qayığın suyun axarı ilə gedib, çiləkənə çırpılacağından qorxdu. Ancaq əbəs yerə həyəcan keçirirdi. Çəpin güclü təkanı qayığı suyun axarından çıxartdı. Onlar bəri üzə şütüdülər. Zərnigar xanım əllərini yanına salıb dərindən nəfəs aldı. Qayıq sahilə yanaşdı, burnu xırdaca daşları şaqqıldatdı. Şamxal quş kimi sıçrayıb kənara atıldı. Təkandan silkələnmiş qayıq ləngərləndi və sahildən aralandı. Şamxal əlindəki heybəni çiyninə atdı. Kərəntiyə dirənib suvadağı çıxdı. Qayığı suyun axarına buraxıb yarğanın dibi ilə gedən yoldaşlarının arxasınca baxdı. Onlar bir az aşağıdan, kəndin ucqarındakı qazmaların bərabərindən sahilə çıxacaqdılar. Şamxal üst-başını çırpıb, kəmərini daraltdı. Gümüş dəstəkli xəncərini yana çəkdi. Kərəntiyə çiyninə alıb, pəncərəsi Kürə baxan evlərinin qənşərindəki cığırla asta-asta yuxarı qalxdı. Zərnigar xanım oğlunun qabağına gəldi. Ana-oğul dikdirdə qabaqlaşdılar. Şamxal anasını gözü-yaşlı görüb, evdə bədbəxt bir hadisə baş verdiyini zənn etdi. Yoxsa arvad bircə gecənin içində bu qədər qocalıb, yumaq kimi büzüşməzdi. Onun beli də bükülmüşdü. Zərnigar xanım yaman günə düşmüşdü. __________________Milli Kitabxana___________________ 10 Şamxal anasına yaxınlaşdı. Qolundan tutub, diqqətlə üzünə baxdı: – Yenə nə olub, niyə gözüyün on yerindən əhəyirsən? Arvad daha da kövrəldi. Önlüyünün ətəyi ilə gözlərini silib, hikkəsindən boğula-boğula: – Gördünmü, ay bala, – dedi, – atan mənim başıma nə oyun açdı? Şamxal bir az sakitləşdi. Hətta ürəyində anasını yamanladı da. Onun kərənti çəkib, ot çalmaqdan qolları gizildəyirdi. Bu saat doyunca yemək, qılçalarını uzadıb, əzalarının sızıltısı kəsincəyə qədər uzanmaq, rahat nəfəs almaq istəyirdi. Anası isə səhər-səhər onu vay-şivənlə qarşılayırdı. O, anasının yanından sakitcə ötüb qabağa keçdi. Zərnigar xanım uzun donunun ətəyi ilə gözlərini silə-silə Şamxalın arxasınca cığıra düşdü və oğlunun enli kürəyinə yapışmış tərli köynəyinə, belindəki sallamalı kəmərinə, Kürdən keçəndə islanmış zər baftalı dolağına, suya batmış quşburun çarığına baxdı. Belə bir oğulun onu darda qoymayacağını yəqin edib, özünə toxtaqlıq verdi. Şamxal isə iki yanını basa-basa gedir, yeridikce çiynindəki kərənti sağa-sola ləngər vururdu. Kərəntinin ovxarlanmış və oraburasında yaşıl ot qırıntıları ilişib qalmış iti ağzı parıldayırdı. Şamxalın üstbaşından təzəcə çalınmış ot iyi gəlirdi. Zərnigar xanım yenidən kövrəldi. Anasının bu halı Şaraxalı darıxırdı. “Görəsən yenə nə olub? Bu zalım qızının da göz yaşı ovcunun içindədir. Bir şey olan kimi gözünü yumub tökür,” – deyə öz-özünə düşündü. Oğlunun gəlişindən sonra həm ürəklənən, həm də kövrələn Zərnigar xanım yenidən dilləndi: Mənim hayıfımı ondan almasan, südümü sənə halal eləmərəm, oğul! Qiyamətəcən ahu-naləm səni yandırar, bala! Şamxalın səbri tükəndi. Cəld geri dönüb, anasının üstünə qışqırdı: – Bəs deyilmi, səhər-səhər nə çərənləyirsən? – Belə, atan ölmüş təzə eşqə düşüb, ay bala – deyə, Zərnigar xanım göz yaşına ara verib səsini ucaltdı. – Bizi el içində biabır edib. Heç ərlik-boyluq qızı olan, sənin kimi oğul böyüdən kişi də belə iş tutarmı? Şamxal dinmədi. O bu cür sözləri birinci dəfə eşitmirdi. Atası hər dəfə bir yana gedəndə, toydan-mağardan qayıdanda evdə belə söhbətlər olurdu. Anası həmişə kişinin üstünə düşüb dava-dalaş salar, ağlayıb-sızıldayar, sonra da sakitləşərdi. Şamxal həyotə girdi. Xalxalın yanından ötüb çardağa yaxınlaşdı. Kərəntini dirəkdən asdı. Heybəni çiynindən götürdü. Üstünə boz ki- __________________Milli Kitabxana___________________ 11 lim salınmış taxtda oturub, əlini çarığın bağına uzatdı. Oğlunun sakitcə əyləşib, çarıqlarını və corabını soyunmaq istadiyini görən Zərnigar xanım irəli gəldi, əllərini belinə qoyub Şamxalın qabağında dayandı. – Deyəsən, mənim dediklərimi qulaqardına vurursan?! Atan ölmüşün tərəfini saxlayırsan?! Yoxsa inanmırsan, hə? Gəl, yaxın gəl, gör atan sənə nə yaxşı ana gətirib? Hər yanı bir gəmi boyda. Yeriyəndə yırım-yırım yırğalanır. Gəl, yaxın gəl, tamaşa elə!.. Zərnigar xanım oğlunun əlindən yapışıb çəkə-çəkə ağ daşdan tikilmiş imarətə doğru apardı. Şamxal anasının hirsindən əsdiyini görüb, bu dəfə dinməz-söyləməz onun ardınca astanaya qədər gəldi. Arvad təpiklə vurub qapını taybatay açdı. İçəridə taxtın üstündə büzüşüb oturan gəlini göstərdi: – İndi gördünmü tərifli atan nə iş tutub? Xalqın halal-kamal kəbinli arvadını gətirib, mindirib mənim boynuma! – O, saçını yolub üzünü cırmağa, şappıltı ilə dizlərini döyməyə başladı. – Haradasan, ay gözü tökülmüş tanrı, bu zülmü niyə götürürsən?! Anasının fəryadı bu dəfə Şamxala yaman təsir etdi. Doğrudan da atası nə iş tutmuşdu? Oğluna toy eləyib gəlin gətirmək əvəzinə, özü eşqə düşmüşdü? “Yaxşı, deyək ki, atam kişidi, gözü qızışıb, bəs bu nə üçün evini-eşiyini buraxıb arvad üstünə gəlib?!” Şamxalın rəngi qaçdı. Yenicə uzatdığı bığlarının ucunu ağzına salıb çeynəməyə başladı. Bayaqdan qorxu içində, küncə qısılıb titrəyə-titrəyə qardaşının bərəkətlərinə göz qoyan Salatın özünü Şamxalın üstünə saldı, əllərini tutub yalvardı: – Qurbanın olum, ay qağa, evimizə qan salma. Amanın bir günüdü, əlini qana bulama! Şamxal bacısını itələyib kənara yıxdı. Əlini sallamalı kəmərindən asdığı xəncərin gümüş dəstəyinə yetirdi. Salatın yenə özünü qardaşının üstünə saldı. – Dərdin alım, ay qağa, farağat dur. Başına dönüm, evimizi yıxma. Amanın bir günüdü, bizi yazıq eləmə. Dədəm hamımızı tikə-tikə doğrayar. Qızının dizin-dizin sürünüb əl çəkmədiyini görən Zərnigar xanım: – Bircə belə dur, gədənin əl-ayağına dolaşma, – deyə Salatnın hörüklərindən tutub dartışdırdı. – Qoy bu həyasız köpək qızını tikə-tikə doğrasın. Onun ovuc-ovuc qanını içəcəm. Qoy bilsin ki, qızışıb adam üstünə gəlməyin axın necə olur. __________________Milli Kitabxana___________________ 12 – Atıa, oğlun, qızm var, günalısız qana bais olma. – Nə, günahsız?! – Zərnigar xanım elə qışqırdı ki, Salatın özünü itirdi. Gəlin yavaşca ayağa durdu. Onun ətli sinəsi qalxıb endi. Dodaqları səyridi. Əlini xəncərin dəstəyindon çəkməyən Şamxal onun yalın ayağına, topuğıma enən gen, beli büzməli qırçın donuna, sürüşüb çiyninə düşmüş nimdaş kəlağayısına, qulağındakı yumru sırğaya, tən ortadan ayırdığı qara saçlarına, koftasının yaxasını didişdirən titrək barmaqlarına baxdı. Gəlinin iri qonur gözləri yaşarmışdı. Şamxal qorxusundan uçum-uçum uçunan bu gəlinin öz tərəflərindən olmadığını dərhal bildi. Görünür, atası onu haradansa, Kürün aşağısındakı uzaq kəndlərin bırindən gətirmişdi. Gəlinin gözəlliyi Şamxalı yumşaltdı. Onun qolları boşaldı. Bunu hiss edən Zərnigar xanım oğlunun üstünə qışqırdı: – Hə, niyə durdun? Yoxsa, bu cindar köpək qızının qaş-gözü sənin də ağlını başından aldı? Atan kimi sən də suyuldun? Bu saat onun saçını biləyinə dolayıb sürüməsən, kişi deyilsən! Di tez ol! Ani olaraq fikrə gedən Şamxal anasının sözlərindən sonra gəlinə yaxınlaşdı. – Dur, şələ-küləni yığışdır, rədd ol buradan! – Yolun altı ilə gəlibsən, üstü ilə qayıt xarabana! Gəlin sapsarı saralsa da, özünü sındırmadı. Gözünü qırpmadan qarşısında dayanan ucaboy oğlanın sarışın sifətinə baxdı. Onun qanı qaçmış dodaqları aralandı: – Məni sən gotürməyibsən ki, evdən qovursan? Gəlinin belə sakit, təmkinli cavabı Şamxalın qulaqlarında ildırım kimi şaqqıldadı. Ev başına dolandı, yer ayağının altından qaçdı. Üzünə isti qan vurdu, qulaqları güyüldədi. Anasının səsini güclə eşitdi: – Gördün bu çərhəya, qızışmış köpək qızını?! Sənə demədimmi bir az da burada qalsa başımıza minəcək?! Ədə sal ayağıyın altına, sürü bu itin balasını! Hirsindən rəngi ağappaq ağarmış Şamxal gəlinin üstünə yeriyib boğuq bir sələ qışqırdı: – Bu saat rədd ol burdan, yoxsa bağırsaqlarını ayağına dolayaram! Gəlin gözünü də qırpmadı. – Qeyrətli kişi qadına əl qaldırmaz. Hünərin varsa, get atanla haqqhesab çək! __________________Milli Kitabxana___________________ 13 Artıq Şamxal dözə bilmədi. Gicgahlarındakı damarlar gömgöy göyərib şişdi, az qaldı ki, partlasın. O, ayaqlarına döşənib sürünən bacısının üstündən keçib irəli şığıdı. Gəlinin saçını biləyinə dolayıb yerə yıxdı. Təpiyinin altına salıb döyəclədi… Arvadların qışqırtısı bir-birinə qarışdığından, ovdan qayıdan Cahandar ağanın həyətdə dayandığını heç kəs görmədi. Gözünü qan örtmüş Şamxal isə getdikcə qızışır, gəlini sürüyüb ev-dən bayıra atmaq istəyirdi. Birdən gəlin var gücünü toplayıb ayağa durdu. Qabarıq sinəsini irəli verib Şamxalın üstünə qışqırdı: – Vur, niyə durubsan? Əlin-ayağın niyə titrəyir, arvadı öldürməyə nə var ki? Vur! Şamxal xəncəri siyirdi. Polad tiyə havada parıldadı. Ayağını üzən-gidən yenicə çəkən Cahandar ağanın gözü pəncərəyə sataşdı. Şamxalın xəncəri gəlinin başına endirmək istədiyini gördüyü ilə tüfəngi hərləməyi bir oldu. Güllə açıldı. Pəncərənin şüşəsi cingilti ilə ətrafa səpələndi. Şamxalın əlindəki xəncərin polad tiyəsi iki bölünüb evin ortasına düşdü. Bir anlığa hamı daş kimi donub qaldı. Artıq ölümünü gözü qabağına gətirən gəlin evin ortasında heykəl tək dayandı. Zərnigar xanım əlləri üzündə dəhşət içində quruyub qaldı. Salatının ürəyi keçdi. Vəznəli çuxasının ətəyini belinə sancmış Cahandar ağa ağır bədəninə yaraşmayan bir çevikliklə atılıb içəri keçdi və hələ də özünə gələ bilməyən oğlunun üstünü aldı. Otağa gur və zəhmli bir səs yayıldı: – İtil burdan, küçük! Şamxal bir əlindəki dəstəyə bir də hələ də lüləsindən tüstü çıxan tüfəngə baxdı. Cahandar ağa oğlunun yaxasından yapışıb qapıya tərəf itələdi. Hirsindən nə etdiyini bilməyən Şamxal atasının qolundan tutub dartındı: – Burax deyirəm sənə! – Kəs səsini, qancığın balası! – Ağzını təmiz saxla, dədə! – Kəs səsini, qancıqdan süd əmən! – Südümə söymə. – Ə, qoduq, mənim üstümə şeşələnirsən?! Cahandar ağa qolunu hərləyib oğluna bir şillə çəkdi. Şamxal gözləmədiyi bu zərbədən dik atılıb bir pişik cəldliyi ilə geri sıçradı. Onun gözlərində qığılcım oynadı. Ata ilə oğul döyüşə hazırlaşan buğalar kimi qabaq-qabağa dayandılar. __________________Milli Kitabxana________