Ötən ilin son gecəsi filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1983-ci ildə ekranlaşdırılmışdır. Film anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Bu, qadın filmidir. Psixoloji film yazıçı Anarın eyniadlı pyesi əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Filmdə hadisələr yeni il ərəfəsində baş versə də bir çox səhnələr, məsələn, filmin başlanğıcındakı ilk səhnə avqust ayında çəkilmişdir. Film “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Elmira ŞabanovaKamil Zöhrabov, Maya İsgəndərova, Ayan Mirqasımova, Elman Allahverdiyev ifa edirlər.[1]

Məzmun[redaktə | əsas redaktə]

Film anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Bu, qadın filmidir. Burada ideyalar, ab-hava, hisslər atılan addımların məntiqi davamı ilə bağlıdır. Obrazlar qalereyası: ana, övladları: Gülarə (Maya İsgəndərova), Dilarə (Ayan Mirqasımova), Rüstəm (Kamil Zöhrabov), Tofiq (Elman Allahverdiyev) onların hamısı spesifik qadın problemləri ilə bağlıdırlar. Uşaqlar böyüyür, hərə bir tərəfə çıxıb gedir, analar isə tək qalırlar. Bəlkə buna görə uşaqlarını artıq neçə illərdir ki, atasız böyüdən Həmidə xanım (Elmira Şabanova) yeni il gecəsi öz taleyi haqqında belə səmimi söhbət açır…[2]

Filmin üzərində işləyənlər[redaktə | əsas redaktə]

Rejissor: Gülbəniz Əzimzadə
Əsərin müəllifi: Anar Rzayev
Ssenari müəllifi: Anar Rzayev
Operator: Valeri Kərimov
Rəssam: Mayis Ağabəyov
Bəstəkar: Aqşin Əlizadə

Rollarda[redaktə | əsas redaktə]

Elmira Şabanova — Həmidə
Kamil Zöhrabov — Rüstəm
Maya İsgəndərova — Gülarə
Ayan Mirqasımova — Dilarə
Elman Allahverdiyev — Tofiq
Şahmar Ələkbərov — Qəzənfər
Rafiq Əliyev — Süleyman
Sofa Bəsirzadə — Səkinə
Dadaş Kazımov — Poçtalyon
Leyla Rəsulova — Kəmalə
Rəşad Əsgərov — Çingiz
Murad Babayev — Şamil
Zaur Cəbiyev — Vaqif