Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

(Hüseyn Arif sayağı)

“Gəl çıxaq seyrinə uca dağların”,
Görməsin nə çiskin, nə duman bizi.
Ətrinə bürünək gözəl bağların,
Görməsin nə payız, nə xəzan bizi.

Öpək çiçıklərin ipək telindən,
Söz alaq torpağın şirin dilindən,
Tutaq tər güllərin şehli əlindən,
Görməsin nə qanqal, nə tikan bizi.

Qəhqəhlər, gülüşlər yayılsın düzə,
Meşələr, çəmənlər boylansızn bizə,
Yaşdan söhbət düşüb çıxanda üzə,
Görməsin nə dövran, nə zaman bizi.

Arzular qoynunda dil açdıq yenə,
Çıxmışıq gəncliyin bahar seyrinə,
Hicran əzabına gəl gərək sinə,
Görməsin nə təbib, nə loğman bizi.

Yaşayaq sevgilim, yaşayaq belə,
Həsrətin dumanı çökməsin telə,
Nəcibəyəm, ötəm yaxşılar ilə,
Görməsin nə kədər, nə yaman bizi.