Bu qədər ölməyi diləyərkən,
Sən niyə getdin, məndən erkən?!
Adın oldu, bir şəhid,
Çəkdiyin əzablara min bir şahid var…
Sənin vaxtınmı, yoxsa baxtınmı
bura qədər idi?
Bu nə qədər idi?!
Ağlatdın məni, ey şəhid!
Ağrıdı ruhum ölümünə yox da,
Məruz qaldığın bu haqsızlıqda,
Məruz qaldığın bu yalnızlıqda.
Bağışla məni, ey Səbuhilər!
Bağışla bizi, ey Səbuhilər!
Əlimdən gələn bir şeir,
İçimdən gələn bir şeir,
Amma bu şeir…
Çox söz deyir!
Deyir ki, 6000 az idi,
Sənin nə ruhun,
Nə cismin satılıq idi.
Necə dözüm bu haqsızlığa,
Necə dözüm insafsızlığa?!
Qarğışmı edim, naləmi?
Haqsızlıq bürüyüb aləmi!
Ölməyi bu qədər diləyərkən,
Nədən getdin, məndən erkən?
Görüm, duyum deyəmi?
Bu ölkə mənim quyum,
Çıxa bilmirəm, çıxa bilmirəm ki,
Mən də bir dəfəlik uyuyum…