Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş “Akademik Zərifə Əliyeva – 100” adlı videoçarx hazırladı.

Qeyd edək ki, 2023-cü il 28 apreldə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.

Videoçarxda akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu, ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələri haqqında məlumatlar toplanılmışdır. Videoçarxda həmçinin görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın zəngin pedaqoji, elmi, əməli təcrübəsi və ailəsi ilə birlikdə olduğu zaman çəkilmiş fotolarını da izləmək mümkündür.

Videoçarxda Ulu Öndər Heydər Əliyevin Zərifə Əliyeva haqqında söylədiyi sözlər də yerləşdirilib.

Videoçarx sözləri Fikrət Qoca, musiqisi Sevil Əliyevaya məxsus “Ana” elegiyası ilə müşayiət olunur.

Aşağıdakı keçidə daxil olub videoçarxı izləyə bilərsiniz: