Elşən KAMİLOĞLU.Yeni şeirlər

* * *

Mən ki, yanndayam
Ən çətin günündə yada düşürəm.
Gəlib axtarırsan, soraqlayırsan.
Qəm tüğyan edəndə, yada düşürəm.
Mən ki, yanndayam nə ağlayırsan.
Ən çətin günündə özündən deyən,
Arxalandıqların arxasız olur,
Ən çətin günündə mən səninləyəm,
Ürəyin toxtayır, kefin durulur,
Yad oldu,üz çevir yaxının yadlaş.
Ən uzaq bildiyin yaxın olarmış,
Dost var ömür boyu ayaq altda daş,
Su tək axıb gedən dostlar da varmış.
Gec-tez xeyri-şəri qoyar yerinə
Əbədi Allahdır, fani cahandır.
Pərvanələr daim işığa gələn,
Şamsa qaranlıqda xatırlayandı.

* * *

Pəncərə
Baxdım, gözlərim yaşardı,
Tərləmədi o pəncərəm.
Dinmədi mən danışdıqca,
Dinləmədi o pəncərəm.
Göyərdi o dipcəkləri,
Açılmadı o pəncərəm.
Doydü şəhərin küləkləri,
Açılmadı o pəncərəm.
Daş atdım, çıxan olmadı,
Boylanıb baxan olmadı.
Görmədim kölgən görünə,
Yandı, söndü o pəncərəm.
Bitdi bizim faciəmiz,
Pərdələndi o pəncərəm.