1234565_164022843791194_755412179_n

HƏSRƏTDƏN AĞLAR GÖZLƏRİM

Surələr qızıldan baha,
Əymirsə, baş qullar Şaha,
Dua edəndə Allaha,-
Həsrətdən ağlar gözlərim.

Solmuş yarpağın yazıyam,
Bu dövrandan narazıyam.
Namaz qılanda razıyam,
Yara olsun bu dizlərim.

Tərsinə çevrilib zaman,
Əməllər ölçülən zaman,
Sən dua et, Allah, aman,
Səhvdən çox olsun düzlərim.

Doğru qalsın, yalan getsin,
Pis insanlar gözdən itsin.
Çalışıram ki, düz gəlsin,-
Əməllərimlə sözlərim.

Əyri yolda düz gedərəm,
Haqqın yolunda ölərəm.
Bir gün dünyadan köçərəm,
Sahildən itməz izlərim.