Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 8 of 8 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Cilalayır səbrimizi”

Post Views: 33 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Günahımız nədir görən, Əzdi zalim əyyam bizii. El pərişan, pərən-pərən, Kimə açaq dərdimizi? Əlif qamət dönüb lama, Həsrət qalıb vüsal kama. Necə gəlsin qəlb ilhama? Dərd, sər sarıb qəlbimizi. Hiss etmədən dolduq yaşa, Bəyaz qırov qondu başa. Uzaq olduq dost, sirdaşa, Həsrət …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Xəyal dənizim”

Post Views: 29 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Yenə ləpələndi xəyal dənizim, Apardı dalğalar, gözdən itincə. Dedim o yerləri bir daha gəzim, Yurd yerim göründü,ləpə bitincə. Göz açıb dünyaya gəldiyim eldən, Qalmayıb bu günə, bir qırıq kərpic. Necə qəddar olub,gör bir hökm edən, O gözəl məkandan qalmır heç bir iz. …

Azərbaycan ədəbiyyatı

Aysel NƏSİRZADƏ.”Allah amanında vətən əsgəri”

Post Views: 38 Öc almaq zamanı,qisas zamanı, Qələbə yolundan dönməyin geri. Düşmənə cəhənnəm edin dünyanı Allah amanında vətən əsgəri. Kəsilin var güclə düşmənə qənim, Şumlayın torpaqdan alaq-ot kimi. Alın qisasını “Mübarizlərin”, Allah amanında vətən əsgəri. Tapacaq yerini bir gün ədalət Qarabağ azaddır deyək nəhayət Siz Allaha,Vətən sizə əmanət Allah amanında vətən əsgəri. 03.04 2016

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Dərdimin”

Post Views: 35 Nəşəm qəmdən aşağıdır, Üzümdəki yaş, ağıdır. Gözlərimdən yaş axıdır, Yoxdur həyası- dərdimin. Tükənməyir, yetmir sona, Vərdiş edib, qəlbə qona. Gündə girir dondan-dona, Mindi boyası,-dərdimin. Hay verən yoxdur səsimə, Nə zilimə, nə pəsimə. Necə qıyım özgəsinə, Özüm geyəsi dərdimi? Pəl qatır, xoş diləyimə, Hopub qana, iliyimə. Neştər olub ürəyimə Batır tiyəsi dərdimin. Könül …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Verin”

Post Views: 28 Demirəm ki, qızıldan siz mənə taxt-tac verin. Qaytararam yenə də, Yaxşılığı borc verin. Sevən qəlbi sıxmayın, Yandırmayın, yaxmayın. Şairləri yıxmayın, Həvəs verin, güc verin! …Sözdən başqa işim yox, Ayrı bir vərdişim yox, Sağlığımda ,,beş”im yox. Heç olmasa öləndə, Sağlığıma üç verin!! 22.03.2015

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Ayla qoşa gəl”

Post Views: 29 Könlümü titrədən həsrət yelidir, Görüş yerindəyəm, gələcəkmisən? Gecənin yuxusu səksəkəlidir, Qəlbimin nigaran döyüntüsündən. Ümidim göylərdən asılı qalıb,- Demişdin: Gələcəm ay doğan kimi. Bu salxım söyüd də küsülü qalıb, Darıxır mən sənsiz darıxan kimi. Söykənib könlümün kövrəkliyinə, Məcnun bülbüllərin açılıb dərdi. Həyandır gecənin bu təkliyinə, Bülbülün naləsi, mənim həsrətim. Ulduzlar min illik karvan …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Öyrənirəm”

Post Views: 26 Dünya mənim yaşıdımdır, Mən dünyanın uşağıyam. Ömür məndən yuxarıdır, Mən ölümdan aşağıyam. Bu dünyanı seyr edirəm, Tale adlı pəncərədən. Fələk ölü hazırlayır, Mənim kimi biçarədən. Ömrü ömrüm qədərdirsə, Qədər nədən qədir bilmir? İnsafını Allah kəsib, Möhlət, aman nədir bilmir. Bu dünya tək mənzillidir, Rahat ömür sürən yoxdur. Qapısında bir giriş var, Çıxışını …

Azərbaycan ədəbiyyatı

Gülnar MAHMUD.”Çirkli qablar” (Hekayə)

Post Views: 32 Bu ailədə süfrə arxasına hamı bir oturub, bir qalxardılar. Saleh də işdən həmişə yeməyə vaxtında gələrdi. Hərdən gecikmələr olurdu. Lakin yenə də oturub gözləyərdilər. Ara-sıra işdən sonra dostlariyla birlikdə olardı. – Bu gədə harda qaldı görəsən? Belə gec gəlməyindən bilinir ki, işi çox olub – deyərək Gövhər xala narahatlıqla divardakı saata baxdı. …