yazıram, silirəm
misralarım alovlanır
yanmaq, özümü yandırmaq qədər çətin
başqalarını yandırmaq qədər asandır.
körpələrinin gözündə yaniram…
adını tutmadığın gül üzlü iki körpən.
günahının səbəbini soruşduğumda;
-səni itirmək qorxusundan gizlətdim dedin
bəs itirmədin?!
ovuc- ovuc sevgini başqalarına sədəqə verəndə
bircə misqal, evdəkilərə pay düşür?
hər gün bir qadının ahını apardığın ev
üstünə uçmadığına təəccüb edirəm.
qadınların ağuşunda uyuduğuna da…
neçə qadının yaxınlığında xoşbəxt olarsan?
lap, satanistləri xatırladırsan.
əqidəni dəyişdiyini bilirdim ey ad qoya bilmədiyim!
qarşında ayaqlarım yerə mıxlanan.
satanistləşdiyini, səni ürəyimdə gizlicə daşımağa-
qərar verdiyim gün dərk etmişəm.
aşikar varlığında gözlərim yumulub
özü də ən qısa vaxtda.
uzun yolçuluğun
dərk etmə nəzəriyyəsində səni tapdığıma çox sevinirəm.
amma bərkidiyin yerdən qoparıb ata bilmirəm.
əgər ata bilsəydim,
yerində bir qəhrəman ata heykəli ucaldardım.