1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Mənzərə xanımın “YaşaM” kitabına qısa baxış

“YaşaM” adı zənnimizcə, ya bir məxfi qrif, ya bir kod, ya da bir şifrədir. Bu adın güzgü konsepsiyası da maraq doğurur. Bu məxfi adın açılışına çalışaq.
İlk olaraq bu adın sol yarımkürə vəziyyətini şərh edək. Adın ilk və son hərfləri böyük şəkillidir. Hər iki hərf arasındakı ardıcıllığı analiz – sintez etmək üçün heroqlifik (sağ yarımkürə) işarə tipinə müraciət edə bilərik. Semiotik sistemə əsasən, antik-arxaik vəziyyətlər sol və sağ yarımkürələr üzrə icra olunur. Bu period mərkəzi xəttə meyllilik də yaradır – yəni “Y” hərfilə “M” aralığı məxfi – pünhan vəziyyəti açır. Demək, sol yarımkürə sağ yarımkürədə müvafiq analitik – fraqmentarlıq izhar edir və bu prosesə meyllidir.

Birinci şərhə əsasən, belə başa düşmək olar ki, beyin-inikas müstəvisində “YaşaM” sözü kibernetik əks-sədalıqla ehtiva edir; bu prosesi belə açmaq olar: “Yaşa, Mənzərə (xanım!)”. Bu fikrə bəhsolunan sözün güzgü əks-inikas məğzi də uyğun yanaşma verir. Əslində, yaşam insanın həyata sosial münasibətidir. Mənzərə xanım bu sözü ad olaraq çərçivələyib, kodlaşdırıb.
İndi də “Yaşam” sözünü tədqiq obyektinə çevirək. Bunun üçün güzgü sistemi köməyimizə çatır. Təbii ki, bu sözün güzgüdəki əksi “MaşaY”dır – yəni YaşaM – MaşaY . Mistik təsəvvürdə bu sözü incələyək: Ma (mə) şa (şə) y – bu söz güzgü əksçevirməsində mənşəy, məhşər, məşəl kimi təsirlər verir.
Sözün rəqəmsal aspektləri də maraqlı quruluşludur:

Ma (m) – 5
Şa (sa) – 5
Ya like duyğusu – 1 = 11.
Yaxud:
Ya like duyğusu – 1
Şa (sa) – 5
Ma (m) – 5 = 11.

Göründüyü kimi, hər iki hesablamada cəmdə 11 alınır. Maraqlıdır ki, ilk qənaətimizdə alınan “Yaşa, Mənzərə (xanım!)” sözü də 11 hərfdən ibarətdir (xatırladaq ki, “xanım” sözü hesaba aid deyil).
Sanskrit əlifbasına əsasən “YaşaM” sözünün rəqəm qarşılığı hərf qarşılığı ilə oxşar-tipikdir. Ayrıca, bu kontekst Mənzərə xanımın həyat tipinə də sirayət edir. Yəni bəlli həyat əsas etibarilə iki şəxsin (fərdin) – ər və arvadın üzərində cərəyan edir. Yuxarıda alınan 11 rəqəmini həyat tiplərinin (ər və arvadın) sayına bölək: yəni 11:2=5 (1 qalıq) alınır. Bu da “YaşaM” kitabındakı 6 fəslə işarədir – 5+1=6.
“YaşaM” sözünü sol və sağ yarımkürədə realizə edək:
Sözdəki sol və sağ yarımkürə kodlaşma məğzlidir – hər iki yarımsfera qadın və kişi komponentidir; hər şeyi mütləq məntiqdə zahirə çıxaran fərdlərdir. Bu, o anlama gəlir ki, bu sözü eyhama çəkən Mənzərə xanım kişi kimi qadındır. Onun güzgü çevrilməsindəki həyatı da özünə məxsusdur və mütləqlik kəsb edir.
Zevsdən gələn şüuri-proyeksial həddə əsasən yuxarıdakı yarımkürələrin birini (solu) ağ hücrə adlandıraq və M hərfi ilə işarə edək, sağı isə qara hücrə adlandırmaqla W hərfi ilə ştrixləyək – yəni M hərfinin güzgü-diaqonal çevrilməsi ilə işarə edək. Birinci halda M (ma)nın əksçevrilməsi W (dablyu) nəticəsini verir ki, güzgü çevrilməsində bu W+M (ma) kimi çevrələnir.
Sanskrit əlifbasına uyğun bu sözlərin kod açılışına diqqət yetirək:

W (Da+bl+yu) = 3+3+1=7
M (ma)nın qiyməti isə 5-dir. Cəm 12 edir. Bu cəmdən əvvəldə aldığımız 11 rəqəmini çıxsaq, 1 qalır ki, bu da vahidlik işarəsidir.
“YaşaM” sözünü Ya+Şam tərzində də qruplaşdırmaq olar. Burada Ya və Şam Günəşin müxtəlif adlarından biri kimi diqqət çəkir.
İndi də “YaşaM” sözünü qrafik şərhə tuş edək:
Y – qrafik şəkli aspektdə əllərini Allaha açan insan təsviri verir – iki simmetrik-üfüqi və bir perpendikulyar dayaq xəttən ibarətdir.
A – Finikiya və Slavyan əlifbalarında bu hərfin müxtəlif şəkli-forması var. Müasir A hərfi Slavyan əlifbasındakı A (az – mən) şəkli-düsturuna daha xasdır və onun mahiyyəti türk-şumer dünyagörüşündə insanın qismən Allaha bənzərlik təzahürüdür.
Ş – iki xəyali yarımçevrənin qövsvari hərəkətsizliyi ilə ehtiva edir. Bu yarımçevrənin biri Göy qübbəsinin, digəri Yerin simvolik şəklidir.
A – (hərfi yuxarıda şərh etdik).
M – başlarını gizlətmiş və eyni qüsuru (günahı) paylaşan iki insan forması – bu aspekti Adəm – Həvva zəmini ilə də əlaqələndirmək olar.
Fəhmə arxalanıb bu dəfə də “YaşaM” sözündəki hərflərin (səslərin) müasir latın qrafikalı Azərbaycan əlifğasına uyğun rəqəm qarşılığını araşdıraq. Bu zaman belə bir nəticə almış oluruq:

Y (ye) – 31
A (a) – 1
Ş (şe) – 26
A (a) – 1
M (em) – 19

Alınan rəqəmləri toplasaq, cəmdə 78 alınar. 78 rəqəminin də güzgü çevrilməsi 87-dir. 87-dən ilk cəmi – 78-ci çıxsaq, 9 alınar ki, bu da həndəsədə Pi sabitinin təqribi qiymətini verir. Bilirik ki, Pi sabiti əslində bütöv bir çevrənin (sol və sağ yarımkürənin) uzunluğunun onun diametrinə nisbətidir. Əksər məsələlərdə bu sabit ifadənin qiymətini tapmaqda böyük rol oynayır. Elə bizim qənaətimizdə də bu sabitin başlıca vəzifəsi var.
Maraqlıdır ki, 87 rəqəmi ilə 78-in cəmi 165 edir və alınan cəmi sanskrit əlifbasındakı rəqəm hədlərinin cəminə – yəni 32-yə bölsək, 5 alınır və (5) qalıq qalır. Yenidən cavab 5-lə qalıq 5-in cəmi 10 edir və nəticədə bəhs etdiyimiz Pi sabitinin qiyməti ortaya çıxır. Bu da onunla xarakterizə olunur ki, “YaşaM” sözünün istər sanskrit əlifbasında, istərsə də müasir qrafik-fiqurlu əlifba vasitəsilə hesablanma, nisbət və uzlaşmada sabit birləşmə məğzi eyni ruha sirayət edir.
“YaşaM” sözündəki səs-hərf və işarə qrafik təsəvvüfü ilk olaraq məxfilik kəsb edir, bu sözdə kainatın başlanğıcı, mifoloji həyat-tale sistematikası var-gəldədir. Həmçinin dünyagörüşün əsasını təşkil edən 4 əsas ünsürün – Göy, Su, Hava və İşıq aspektləri də bu sözün kod açılışında başlıca məğzlərdir və bu müstəvidə hər bir ünsür ayrı-ayrılıqda bir müqəddəs varlığa aiddir. Sözdəki Ş (şe – sa) səsinin güzgü çevrilməsindəki as – Günəş mifik tərzinin müəyyənləşməsi buna misal ola bilər. Yaxud sa səsi ola bilsin su səsinin təhrifə uğramış formasıdır ki, bu da yuxarıda adını çəkdiyimiz Su ünsürünün tipik tərzi hesab oluna bilər. Digər bir tərəfdən, maraqlıdır ki, Ş hərfi bəhsolunan sözün üçüncü hərfidir (səsidir). Məhz sa səsinin sə kimi tələffüzü də farscada 3 rəqəmini xarakterizə edir. Biz bu sözün mexaniki diqqətçəkməsini hazırkı sosial zəminlərlə təsbitə uğradırıq, lakin bu sözün mifoloji-məxfi kod açılışında gizli çək-çevirlər məskundur və bu istiqamətlərin fizioloji-bioloji aspekti dərin müşahidələr tələb edir.
“YaşaM” sözünün astronomik vahidlik resepti də mifik təsəvvür verir. Bu sözün metahissi səmtində astronomik müddət ölçüsü Yerin Günəş ətrafındakı dövrünə istinaddır. Yəni bu sözdə 365 günə bərabər mifik bir tezlik var və bu tərzin şaxələnmiş forması adıçəkilən sözün hərf (səs)-rəqəm qarşılığı ilə ehtiva edir. Yuxarıda aldığımız 156 nəticəsi ilə 365 rəqəm tezliyinin əlaqə və yaxınlıq imkanları da ola bilsin, bu tentensiya ilə tarazlıqdadır. Maraqlıdır ki, 365-i bütöv çevrə vahidinə – 10-a bölsək, 36 alınar və 5 qalıq qalar. Burada 36 rəqəmi çevrənin tam orta xəttində dayanan Ş (şe) hərfinin rəqəm qarşılığı olan 26 ilə çevrə vahidinin – 10-un toplamında təcəlla edir. 5 isə yenə də “YaşaM” sözündəki hərflərin sayıdır.
Eynilə 365-in 10-a nisbətindən qalıq 5-lə alınan 36 rəqəmi insanın normal bədən temperaturunun dərəcə tezliyini də əks etdirmiş ola bilər.
Yaxud 360 rəqəm qarşılığı bəlli proporsiyada bütöv çevrə, insan, kainat məğzlərinə dəlalət edir. Riyazi elmdə də bucağın ölçülmə dərəcəsinin məhz 360 dərəcə təyin edildiyi məlumdur.
Eləcə də “YaşaM” sözündəki ilk və son hərflərin səs-hərf qarşılığında rəqəmsallıq tipik-mifik səciyyə kəsb edir. Birinci hərfi – Y-ni əllərini Allaha açmış bir insan kimi təsvirə çəksək, onun əks çevrilməsi günahda təcəlla edən bir insan surəti əks etdirər. Demək, gerçəkdən ilk insan (Adəm) ömrünü günaha qədər əllərini Allaha uzadaraq dua etməkdə keçirmiş, günahdan sonra isə həyatında yaranmış çevrilməyə uyğun başını bəlalardan gizlətməyə çalışan insan kimi yaşamağa məhkum olmuşdur.
M hərfinin də aidiyyəti üzrə proses qarşılığı oxşar səciyyə ilə təzahür edir: yəni birinci halda M-in – bu hərfin mifik təəssüratı başlarını günah ucbatından gizlətməyə çalışan iki insan-fərd (Adəm-Həvva) fonunda təsvirdədir, sonrakı vəziyyətdə bu hərfin W kimi əksi əllərini Allaha açaraq yalvarış edən iki insan-fərd (lakin bu tiplərin kim olduğu barədə fikir demək iqtidarında deyilik…) surəti görürük. Bir növ, başlanğıcdan – Alfadan Adəm və Həvva ilə start götürən bir səmtin Omeqada – sonda kimlər vasitəsilə təcəlla edəcəyi yalnız Allahın bildiyi işdir.
Buradan bir qənaət hasi etmək olar ki, “YaşaM” özündə Alfa və Omeqa çək-çeviri də gizlədir…
Əski mətnlərdə hətta şumerlərin özlərinin belə “Ya, Şam!” deyə İlahi Varlıqlara yalvarış etdikləri bəllidir. Şam – Günəş olduğu halda, şumerlərin bu sitayiş obyektinə əl açmaları təbii ki, Tanrıya itaətə sövqetmə kimi başa düşülməlidir. Mənzərə xanımın “YaşaM” sözünün bir məğzini bu mifik anlayışla realizə etmək olar.
Həm də bu sözün inikas qaydası güzgü çevrilməsində yaranan sözün inikas qaydası ilə eyni tarazlığa malikdir deyə, sözün zahiri qatında fəlsəfi-mifik təsəvvürlərin daha genişanlamlı olduğu ehtimalına da gəlirik. Bu da sitmul verir deyək ki, “YaşaM” dünyanı dərketmə kodu-açarıdır.
Qədim mifik təsəvvürdə Şam Tanrı adlarından biri olaraq özündə dilək məğzi ehtiva edib. Dilək sözünün güzgü-əks çevrilməsi Kəlid – Kilid forması verir ki, bu da “YaşaM” sözünün gerçək mənada dünyanın dərkini açmaq zəmini olmasına inamı artırır.
Təbii ki, bu, bizim təxmini, fərdi hesablamamızdır. Hər halda, sanskrit əlifbası və hətta güzgü çevrilməsi də qənaətimizə müəyyən uyğunluq verir.