10489008_656731897746790_1282121067_n

Axşamdır gecədən xeyli keçib. Artıq yollardan maşınların təkərlərinin səsi belə kəsilib, yavaş-yavaş sükunətin fərqinə varıram. Narahat anlarla düşüncələrimin girdabında boğula –boğula qalıram . Birdən birə hər bir şey bozlaşır, adiləşir.Yeknəsək olur. Nədən!? Niyə !? sualları dinclik vermir, yorur məni .Bəlkə, bəlkədə mən özüməm sualların cavabı deyə əllərimi sixılan ürəyimin başına qoyaraq gözlərimi yumub Tanrıma dua edə-edə “ Allahım haqqımızda hər bir işin , olacağın xeyirlisini et, məni heç kimsənin qəlbini qırmağa izn vermə, səbr əta elə” dedim .Və harda olduğumu , nə etdiyimi, nə düşündüyümü unutdum. Mürgülü halimla fikirlərimin məni hara götürdüyünü anlaya bilmədim. Bu səksəkəli halım ilə donub hərəkətsiz vəziyyətdə nə qədər qaldığımı hiss etmədim. Birdən yanaqlarımı qarsan bir alov məni bu sakitlikdən qopardı. Gözlərimdən axan sinəmə süzülən göz yaşlarımın istiliyi məni bu narahat xəyallardan ayırdı və bu axşamın ağırlığı sanki üzərimə çökdü. Mənə elə gəldi ki, ruhum artıq mənlə deyil, hər bir şeyin sonudur və mən bu sonluqda dünyamı duya bilmirəm.Özümü tənha hiss etdim.
Beləcə sakitlik hökm sürməyə davam edir. Mətbəxdə balaca masanın üzərində qum saatına baxa-baxa düşüncələrə daldım. – Bax beləcə ömür –gün gedir , səninlə bərabər addımlayan illərin də , ayların da və etibarına güvəndiyin dostların da….. Çox həyacanlandım deyəsən özüm -özümə söylənirəm və oz səsimi özüm duyub diskinib ayılıram . Başımda küt ağrıların olduğunu, ürəyimin sürətlə döyündüyünü hiss edirəm .Daha bu mövzuya qayıtamaycağam deyə ürəyimdə çək-çevir edərək saatın hərəkət edən əqrəbinə diqqət edirəm . Saat dörd . Yuxum ərşə çəkilib.Sanki gecə olduğunu unutmuşdum . İnsan inamını itirən zaman o itkini qəbul etmək necə də ağır imiş İlahi…
Şəhər gecə yuxusuna dalmşıdı. Mənə elə gəlirdi ki, bir tək mən oyağam gözümdə, könlümdə özü ilə yuva salmış axşamlayan kədərimlə, pərişanlığımla. Son gücümü toplayıb özüm-özümü danlamağa başladım- bu qədər üzmə özünü , ürəyini yemə bəsdir daha . Hər şey yolunda olacaq, anlayacaqlar sonda…Bəlkə sənin də özündə hiss edə bilmədiyin , görmədiyin səhvlərin , atdığın yalnış addımların olmuşdur. Bir az sakitləş!!!Hər bir şey yolunda olacağ. Bir az səbr et.
Bu dəm nəfəsimin daraldığını hiss edib evin eyvanına çıxdım. Hər zamanki kimi ulduzları bərq vuran sayrışan səmanı seyr etməyə başladım. Amma hər zamankı kimi yox. Bu zaman tam fərqli, gözümdən ələnən fəryadımla , təəssüfümlə. Mənə elə gəldi ki onlarla söhbət edirəm , dərdləşirəm . İçimdə məni didib parçalayan acılı –ağrılı ürəyimin göynəyini onlarla bölüşürəm . Bəlkə , Bəlkə də mən.!!! ? Bəlkə yanlşliq məndə! ? Bəlkə də səhv mənəm ! ? Suallarım nə bitiridi , nə də tükənirdi. Özümdə özümü axtarırdım.!
Yorulduğumu , halsızliğımı hiss edib eyvanda balaca kətilə əyləşdim. Baxşlarım özümdən ixtiyarsız qarşı tərəfdəki binanın işığı yanan evlərə tərərəf dikildi. Asta –asta saymağa başladım bir, iki, üç. Düşündüm yatmayıblar…Yəqin narahat düşüncələri onları da bu gecə vaxtında yuxusuz qoyub. Demək ki mən tək deyiləm, gecələr insanlarla dərd bölüşürlər…Bir xeyli müddət keçdi evlərdən birinin işiğı söndü , bir azacıq zaman da keçdi ikinci evin işığı söndü ürəyimdə sevindim yəqın hər bir şey qaydasına düşdü. Başımdakı məni sıxan fikirlərimi bir tərəfə qoyub həsrətlə üçüncü evin işığının sönməsini gözləyiridm. Üçüncü evin işığı sönmədi ki, sönmədi. Ah, yəqin o zavalılarda mənim kimi düşüncələrinin girdabında çabalayırlar deyə fikirləşdim. Bu dəm ürəyimdən nələr dolanıb , nələr keçdi. Göynəyən ürəyimin döyüntüsü qulaqlarımda əks səda verirdi .Gözlərim yol çəkdi .Özüm özümə astadan söylənməyə başladım və sanki pərişanlığımı , günahsizlığımı kiməsə anlatmağa çalışırdım – Axı, mən neyləmişəm, niyə belə! Niyə !Niyə dost bildiklərim , inandıqlarım, ürəyimin bir parçasında sonsuza qədər yeri olanlarım sonda nə dost, nə tanış, nə düşmən kimi qalır niyə! ? Bixtiyar niyə kəlməsini bağıraraq elə ucadan dedim ki, öz səsimə özüm ayıldım sankı yuxuda idim. Qərar tuta bilməyib otağa ordan da mətbəxə keçərkən gözüm radiyoya sataşdı .Bəlkə bir həzin musiqi dinləyim ruhum dinlənsin, sakitləşim deyə düşündüm. Elə də etdim.Amma həzin musiqi məni sıxan düşüncələrimin məngənəsindən qopara bilmədi.Düşüncələrim tüğyan edir məni sakit buraxmırdılar.Özümü ələ ala bilmridim musiqi məni yaman kövrəltmişdi. Bu dəfə ucadan ağlaya ağalaya “Axı, niyə dost dediklərim ehtibarsız oldu, niyə Allahım. Niyə dünya malını dost ürəyindən ucada tutdular, kiçik gördülər, Niyə ! ?
Gözlərimin yaşı leysan kimi əllərimə tökülürdü ,o əllərə ki ehtibarısız dostların soyuq əllərini sıxıb dostum demişdir.O əllərə ki, tanrı dərgahına açılaraq dostuna dualar etmişdir.O əllərə ki, dostun göz yaşını silmişdir, o əllərə ki, dosta bağlı qapılar açmışdı.O əllərə….
Özüm eşidəcəyim bir səslə astadan söyləndim- səhv özündədir, günah ürəyinindir ,ruhunundur, sənindir çünki dost dediyin bir insanın anacaq yaxşı tərəflərini görürsən və gördüyün bu mənzərədə səhvləri aydın seçə bilmirsən.Lakin, yenə də fikirləşdim qoy olsun. Axı,bu dünyanın elə bütün müdiklərinin dediyi kimi-dunya sınaq dünyasıdır .Və beləcə hər kəsin öz yolu, öz misiyası… kim bilir?
Pəncərənin qarşısına keçib uzaqlara çox uzaqlara zilləndi baxışlarım . Düşüncələrim məni acılı şirinli xatirələrimə qaçırdı.Orada olanlar , nələr, daha nələr film kimi şüurumda canlandı bu dəm rəhmətlik anamın sözləri qulaqlarımda əks səda verdi – .”Qızım səhvi olanı bağışlamağı bacar, amma sənə ehtibarsız lıq edəni bir daha yaxınına buraxma ,yenidən zərbələr almamaq üçün”. Mənə elə gəldiki anam mənim yanımadadır.O iztirabımı görüb bu sözləri demək üçün özü gəlib mənə. Axı o mənim həyatımın, varlığımın ən böyük müdriki idi. Düşüncələrimdən ayrıldım .Sankı yuxuda idim. Dan yeri yava-yavaş açılırdı . Gözüm qarşıdakı binada işığı gələn evi axtardı. Elə həmin andaca o pəncərədə görünən işığ söndü…. Səhər açılır.Beləcə bütün zülmətlərə son qoyan böyük Nur-Günəş aləmi nura boyadı.Yaşamağa dəyər.