Sevinin gözləri
(roman)
III hissə
Fidanın dünyaya gəlməsi
Ariflə Çiçəyin toyundan iki il keçmişdi, övladları olmurdu. Gənc ailə narahat olmağa başlamışdı. Müalicə olmaq məqsədi ilə həkimə getdiər. Həkimin verdiyi cavabdan sonra ikisinin də sevinclərinin həddi-hüdudu olmadı. İkisi də sağlam idi, övladları ola bilərdi. Yəni ümidsiz olmaq, bir-birilərinin üzünə gülüb, dal-dalıqda dərddən siqaret siqaret ardınca çəkməyin, gizlicə ağlamağın mənasız olduğunu anladılar.Ümidlə yaşamağa başladılar. İki aydan sonra Çiçəkdə ürək bulanması, halsızlıq özünü biruzə verməyə başladı. Uşağa qalmağından şübhələndi. Anası Ftmayla tanıdığı həkim Lətafətin yanına gəldilər. Hamiləliyin ikinci həftəsində olduğunu öyrəndilər. Çiçəyin sevinci yerə-göyə sığmırdı. Fatma yolda qızına məsləhətlər verirdi.: Tez-tez maşına minmə, çox iş görmə, ağır işləri mənə saxla gəlib özüm görərəm və.s.
Hamilə qadınların keçirdiyi hissləri yaşamayan qadınlar bətnində uşaq gəzdirən qadına görə də, uşağa görə də həmişə narahat olurlar. Ən acısı, o qadınlar doğanda onların sevincinə şərik olursan, daxilən ana olmadığın üçün heyfslənirsən “ O qadınlar kimi qadınam , ana olmadım” deyirsən. Yenə də bir gün ana olacağına ümid edirsən, onacan isə, körpəsini qucağına götürən qadınların yerində özünü görürsən.
Çiçək şam yeməyinə hazırlıq görürdü. Payızın son ayı da qış havasını gətirməyə tələsmişdi. Tək-tük parıltısı o qədərdə gözə çarpmayan ulduzlar görünürdü.
Arif avtobusu qapının ağzında saxladı. Çiçək evdən çıxdı, qəfildən avtobusdan düşən Arifə yaxınlaşdı, salamlaşdılar. Yoldaşını qucaqladı. Arif şad olsada təəccüblənmişdi.
Çiçək: – Necəsən ürəyim?
Arif: – yaxşı, bugün planı doldurdum.
Çiçək: – Lap yaxşı, soyuqdur, keçək içəri. Qonağımız var.
– Qonaq? Kimdi?
– Keçək içəri.
Arif evə keçəndə heç kimi görmədi. Süfrənin xüsusi bəzədilməsi, əlavə boşqab qoyulması marağına səbəb oldu.
– Kimdi qonağımız?
– Gələcək, yoldadır.
– Kimdi axı?
– Tanıdığımız adamdı. Qarıxma, görəcəksən. Biz çörəyimizi yeyək.
– Bıy, qonağı gözləməyək?
– Gələcək, otur.
Ariflə Çiçək qarşı-qarşıya oturdular. Çiçək Arifin boşqabımna bişirdiyi dolmadan qoyur.
Arif bir yanındakı boşqaba, bir də Çiçəyə baxırdı.
– Vallah, sənin kefin kökdü, mənimlə zarafat edirsən.
– Əzizim, sənin ataların cərgəsinə qoşulmağın zarafatdırsa, bu mənim yox, sənin günahındır.
Arif diqqətlə Çiçəyə baxdı, bir anlıq duruxdu. Qışqıranda Çiçək qorxdu. Çiçəyi qucağına alıb, yanaqlarından öpdü.
Çiçək: – Arif dayan, mənə həyəcanlanmaq olmaz.( Çiçəyi gülə-gülə bu sözləri deyirdi.)
Arif: – Səni xoşbəxt olasan. İndi dünyanın ən xoşbəxt adamıyam. Axır ki…
Arif Çiçəyin alnından öpdü.
Aylar keçir. Fidan hamiləliyin son günlərini yaşayırdı. Fatma doqquz ay müddətində demək olar qızının ev işlərini görürdü, yeməyini bişirirdi. İstəmirdi qızı hamilə vaxtı əziyyət çəksin. Arif də axşamlar evə tez gəlirdi. Son günlər istəmirdi Çiçəyi tək qoysun. Bugün Arif Çiçəyin ən sevdiyi gülü – zanbaq gülü almışdı. Çiçək yatmışdı. Arif zanbağı burnuna yaxınlaşdırdı, astaca;
Zanbaqla sevgimi deyirəm sənə,
Çünki onun ətri həmişə qalır.
Ürəklə cavabı göndər ki, mənə,
Sevən yar sakitcə xəyala dalır.
Çiçək gözlərini açdı.
– Nədi? Məhəbbət şairi olmaq eşqinə düşmüsən?
– Yaxşısı budur, sevən ürəyim olsun.Məndən şair olmaz.
– Elə məndən də.Sən heç olmasa, bir bənd düzüb-qoşdun. Mən heç onu da bacarmıram.
Arif gülür.
– Ramzilə görüşməliyəm. Bir saata qayıtmalıyam. Darıxmarsan?
– Yox, niyə ki? Get, məndən salam deyərsən.
Arif Çiçəyin dodaqlarından öpür.
– Ürəyin nə istəyir, gələndə alım
– Təkcə səni istəyir.
Arif yenə Çiçəyin dodaqlarından öpür.
– Bir az da burda qalsam, gedə bilməyəcəm. Sağ ol
– Allaha əmanət.
Arifin getməyindən 15 dəqiqə keçmişdi. Çiçəyin ağrıları başladı. Sancıdan qışqırdı. Bir-neçə dəfə Arifi səsləsə də, hay verən olmamışdı. Çətinliklə də olsa qapıya yaxınlaşdı, qapını açanda yıxıldı. Özündə güc tapıb yenidən qapını açdı.
– Kömək edin, kömək edin.
Qonşunun qapısına yaxınlaşdı, qapılarını döyə-döyə;
– Yalvarıram, kömək edin.
Fatmayla yaşıd olan Tavat qapını açdı.
Çiçək: – Tavat xala, uşaq gəlir. Kömək elə
Tavat ərini səslədi: – Kazım, ay Kazım
Kazım qapının ağzına gəldi.
Tavat: – Tez maşını gətir, vaxtıdır.
Kazım heç nə demədi. Maşını bir-neçə saniyədə qapıya tərəf sürdü. Çiçəklə Tavat arxa oturacağa keçdilər.Çiçək sancının ağrısından ancaq qışqırırdı…
***
Ariflə Fatma özlərini hövlank xəstəxanaya çatdırdılar. Çiçək hələ sancının ağrısını çəkirdi. Gah “ana”çığırırdı, gah da yanına gəlib-gedən tibb bacılarına yalvarırdı ki, ona kömək eləsinlər.
Arif də xəstəxana qapısının ağzında gah o tərəfə, gah bu tərəfə gedirdi.
Kök, qıvrımsaç, qarayanız ağ xalatlı bir qadın qapının ağzına gəldi:
– Çiçəyin yoldaşı kimdi?
Arif qadına yaxınlaşdı.
– Mənəm. Nəysə olub?
– Təbrik edirəm oğlum, şirin bir qızın oldu. Şirinliyimi verərsən.
Ariflə Fatma sevincdən bir-birilərini qucaqladılar. Sonra Arif cibindən pul çıxartdı, tibb bacısına verdi.
Arif: – Qızımı görə bilərəm?
Tavat: – Nə tez?
Hər kəs gülüşdü.
Kazım Arifə : – Həyəcandan özünü itirmisən qonşu. Uşağı indi göstərmirlər.
Arif utandığından qızardı.
Tibb bacısı: – Bir azdan qadınlardan kim istəsə görə bilər.
Arif Fatmanı evinə aparandan sonra Kazımgilnən evə gəldi. Qapıdan içəri girəndə gözləri doldu, Divardan asılmış güzgüdə özünə baxdı. Hönkürtüylə ağlamağa başladı.
Başını göylərə qaldırdı.
– Çox sağ ol. Hər şeyə görə çox sağ ol
Arif qaranlıq yolnan gedirdi. Qarşısında iki işıq vardı. İşıqların bir tərəfində Çiçək qucağındakı qızıyla dayanmışdı. Digər işıqda isə yaşlı bir qadın vardı, Arifi səsləyirdi.
– Gəl bura oğlum. Mən sənin nənənəm.
Çiçək: – Yox Arif, ora getmə. Bizim yanımıza gəl.
Arif yaşlı qadına: – Siz mənim nənəmsiniz? Sizi birinci dəfədir görürəm.
Yaşlı qadın: – Oğlum mənə su ver. Sussuzdan ciyərim yanır. Mənə su ver.
Çiçək: – getmə Arif, qızımız səni gözləyir.
Arif: – Su verim gəlirəm. Narahat olma.
Arif yaşlı qadına tərəf getdi. Əllərini qadına uzatdı, yaşlı qadın əllərindən tutdu. Çiçək isə var gücüylə qışqırdı. Qucağındakı körpə də çığırırdı.
Arif yuxudan dik atıldı. Qan-tər içindəydi.
Səhər tezdən Arif Fatmayla Çiçəyi görmək üçün xəstəxanaya gəldilər. Arifi yenə uşağı görmək üçün içəri buraxmadılar. Çiçək isə əziyyətlə qapının ağzına gəlməli oldu. Bağlı qapı arxasından bir-birilərini görüb gülümsədilər.
Fatma şüşə arxasından nəvəsinə baxırdı. Diliylə uzaqdan da olsa əzizləyirdi.
– Nənən qurban olsun sənə, çıxaq burdan gör nənən sənin üçün neynir. Ağrrn dəysin canıma. Şükür sənə, ay allah. Nənən ölsün, uşşş, baxışına bax bunun.
İki gündən sonra Çiçək xəstəxanadan çıxdı. Ariflə Çiçək qızlarının ad qoyumunu Fatmaya həvalə elədilər. Fatmanın gözləri doldu.
Fatma: – Nə deyim? Sevincdən özümü itirmişəm.
Çiçək: – Ana, bir ad de. Sən qəşəng adlar tapırsan. İndi nəvənə bir ad tapa bilməyəcəksən?
Çiçək: – Fidan
Arif: Fidan?
Çiçək: – Qəşəng addır.
Fatma: – Mənası yıxılmayan deməkdir. Yəni hər zaman yaşayır. Təki, bəxti gözəl olsun, adını biz vermişik, bəxtini qızıldan allah versin.
Üçü də “ Amin” dedilər.
Arif qızını qucağına aldı, “Fidan” deyə-deyə astaca öpürdü.
Fidan ailənin həyatını tamamilə dəyişmişdi, sevinclərinə sevinc qatmışdı.
Havalar isti keçdiyindən uşaq tez-tez səpirdi. Çiçəkdən çox Arif narahat olurdu. Arifin dostları Mürvətlə, Ramiz gələndə uşağı valideyinlərinə vermək istəmirdilər. Arifin əlində olsa heç işə getməz, bütün günü qızıyla oynayardı. Fidan da atasını görəndə gülümsəyirdi.
Altı ay gənc ailə səadətli bir həyat yaşayırdılar. Onlara elə gəlirdi ki, xoşbəxtlikləri daima olacaq. Nə etməli ki, yaşamaq şirin olduğu üçün , həm də acıdır, enişli-yoxuşludur. Çətin sınaqlardan üzüağ çıxmaq üçün gərək dözümlü və iradəli olasan.
Gələcək illərdə Çiçəklə qızını da çətin illər gözləyirdi.
Qış ayı idi. Arif avtobusla gecə evə qayıdırdı. Birdən avtobusun qabaq işıqlarından biri söndü.
Arif; – Bu nədir belə, xeyir olsun – deyib, sürməyə davam elədi. Qəfildən qarşısında yaşlı bir qadın gördü. Qadını vurmamaq üçün qəflətən əyləci basır, sürəti bir az çox olduğundan maşın istiqamətini dəyişdi, aşanda Arif qışqırdı.
Çiçəklə anası söhbət edirdilər, beşiyində yatan Fidan ağlamağa başladı. Fidan cəld uşağı qucağına aldı, sakitləşdirirdi ki, yatsın. Fatma körpənin yeməyini hazırlayıb butulkanı qızına uzatdı. Çiçək nə qədər çalışdısa qızı heç nə yemədi, dayanmadan ağlayırdı.
Çiçək: – Uff, başım şişdi. Ayrı vaxtı belə olmurdu, indi nə oldu bu uşağa?
Fatma: – Uşaqdı, kürlüyü tutub. Ver mənə sakitləşdirim. Görürəm hövsələn çatmır.
Çiçək qızını anasına verdi: – Arif nə əcəb gəlmədi? Heç vaxt belə gecikməmişdi. Lap narahat qaldım.
Fatma: – Bəlkə planı doldura bilməyib bugün? Ona görə gecikir. Nigaran qalma
Çiçək: – Həmişə demişəm ki, evə telefon çəkdir. Çəkdirəcəm deyib ayı-aya satır.
Fatma nəvəsini sakitləşdirdi.
Çiçək: – Şükür, sakitləşdi.
Səhərəcən Çiçək Arifi gözlədi. Narahat idi. Fatma da qızıyla bərabər gözlədi,təbii yaş öz işini görürdü. Sonunacan gözləyə bilmədi, özündən asılı olmayaraq gözlərinin dincini bir az aldı.
Səhər tezdən qapının döyülməsindən Fatma dik atıldı. Çiçək qapını açanda Ramizi qarşısında gördü. Ramizin gözləri qızarmışdı. Çiçək hər şeyi hiss eləmişdi. Heç nə soruşmadı.” Arif” deyib qışqırdı, ürəyi getdi. Ramiz Çiçəyi tutdu, Fatma qapının ağzına qaçdı.
Fatma: – Nə oldu? Qızım,qızım, nə oldu? Nə dedin belə oldu Ramiz?
Ramizin göz yaşları yanaqlarından süzüldü.
Fatma Çiçəyin üzünə yüngülcə bir-neçə dəfə şillə vurdu, ayıltmağa çalışırdı.
– Çiçək, ay Çiçək, ayıl qızım. Qurban olum oyan. Kömək elə Ramiz, aparaq divana.
Ramiz Çiçəyi qucağına aldı, divanın üstünə qoydu. Fatma qızının çılpaq ayaqlarını ədyalla örtdü.
Fatma: – Arif hanı? Susma, nə olub?
Ramiz: – Fatma ana, Arif … Arif gecə qəza keçirib. Çox pis qəza keçirib.
Ramiz hönkür-hönkür ağladı, danışa bilmədi.
Fatma hər şeyi başa düşmüşdü, gözləri doldu, dizləri sözünə baxmadı, büküldü, yerə çömbəldi.
Dizlərinə döyə-döyə ağladı…
Ardı var…