Kərim başını iki əlinin arasına almışdı. Təhminə daha ağlamırdı, Kərimin yanında – divanda yox, yerdə dizlərini qucaqlamışdı, boynu bükük gözlərini bir nöqtəyə zilləmişdi.
Kərim başını qaldırmadan soruşdu
– Neçə nəfər idilər?
– 3 nəfər. Evə gələn adamlar idi, məni hədələmişdilər. Eşitmədim, axırdada…
Kərim əlini Təhminənin çiyninə qoydu.
– Sakiiit, danışma. Mənə söz ver… söz ver ki, mən səninlə əlaqə saxlayanacan özünə heç nə etməyəcəksən.
– Üzünə baxmağa utanıram
Kərim – Təhminə and iç.
Təhminə üzünü qollarının arasında gizlətdi.
– İyrənirəm özümdən. Gör məni nə günə saldılar.
– Bir az özünə gəl. Həkimə aparacam səni. Deməyə söz tapmıram. O əclafları tapsam… Sındım tamam.
– Kaş öldürərdilər məni.
– Yalvarıram sus.
– Zamanla daha çox təsir edəcək sənə. Uzaqlaşacaqsan məndən.
Kərim öncə tərəddüd etdi, nə düşündüsə Təhminənin başından öpdü. Gözləri dolmuşdu.
– Yalvarıram sakitləş. Sən həyatda yeganə eşqimsən. Kim nə deyir desin, mənim üçün var olacaqsan.
Ev telefonuna zəng gəldi. Kərim telefonu götürmək istəyəndə Təhminə imkan vermədi.
– Zəng mənədir. Çantamı bir xanım tapıbdır. Səhər zəng etmişdi. Yeqin həyətdədilər, ona görə zəng edib.
Kərim dəstəkdən əlini çəkdi, telefona Təhminə cavab verdi.
– Allo… aha, düz gəlmisiz. Düşürəm indi aşağı. Gözləyin.
Təhminə dəstəyi yerinə qoyur.
Kərim – Mən də gedim.
Təhminə – Bir çıxaq.
Təhminəylə Kərim evdən çıxırlar. Fidanla Səfər isə, maşında gözləyirlər. Kərim sevgilisiylə binadan çıxanda ikisi də görür, təəccübdən bir-birilərinin üzlərinə baxırlar. Kərimlə Təhminə yanaq-yanağa görüşəndə Səfər ” ata ” dedi. Kərim maşını sürüb binadan uzaqlaşdı.
Səfər – Bu qadın atamın…
Fidan arxa oturacaqdan Təhminənin çantasını götürüb, maşından düşdü.
– Kim olduğunu öyrənərəm. Sən atana zəng etmə. Eşidirsən?
Səfər başıyla nişanlısının dediklərini təsdiqlədi.
Fidan Təhminəyə gülərüzlə yaxınlaşdı.
– Təhminə xanımdı?
– Mənəm.
Fidan çantanı Təhminəyə uzatdı.
– Buyurun, hər ehtimala qarşı yoxlayın.
Təhminə çantanın içinə baxdı.
– Hər şey yolundadı. Çox sağ olun. Buyurun, bir stəkan çayımı için. Deyəsən, nişanlınız burdadı.
– Yox…
Fidan yalan daışmağa məcbur oldu.
– O getməli oldu. Düzü, sizə yox deye bilmeyecem. Nişanlım on beş dəqiqə onu gözləməyimi istədi. Buraları da tanımıram.
Təhminə gülümsədi, Fidanın qoluna girdi.
– Onda çay içmək üçün sizi dəvət edirəm.
Səfər təəccüblə maşından düşdü.
– Fidan fikrin nədir?
Aybəniz anasının üzünə yüngülcə bir-neçə dəfə şillə vurdu, sonra su çilədi. Cəmilə gözlərini yavaş-yavaş açdı, diqqətlə qızına baxdı. Aybəniz ağlayırdı – Məni qorxutdun ana. Nə oldu birdən birə?
Cəmilə güclə də olsa ayağa qalxdı, qızının üzünə şillə vurdu, sonra saçlarından tutdu, ağlaya-ağlaya deyirdi.
– Sən neylədin? Bizi biabır etdin. Indi mən atana, qardaşına nə cavab verəcəm? Nə deyəcəm onlara? Pozğun, qəhbənin biri qəhbə. Allah sənin başına daş salsın. Bizi biabır elədin.
Aybəniz heç nə deyə bilmirdi, ağlayırdı ancaq.
Cəmilə hiss etdi ki, daha taqəti yoxdu. Qızının saçlarından əllərini çəkdi, pilləkanları ağır-ağır qalxdı.
Fidan 15-20 dəqiqədə Təhminə haqqında hər şeyi öyrəndi. Özü haqqında verilən suallara dürüst cavab verdi. Anasından, özündən danışdı, təkcə nişanlısının kimliyini gizlətdi.
Fidan – Belə Təhminə xanım. Sizinlə tanışlıq xoş oldu mənə.
Təhminə – Əzizim, sizi – bizi yığışdır, uzağı səndən səkkiz yaş böyüyəm. Mənə sən de. Tez-tez zəng elə, darıxıram. Nə zaman istəsən gələ də bilərsən.
– Onda mənim iş nömrəmi də yazın.
Təhminə kitabçasını çantadan götürdü. Fidan nömrəni deyəndə yazdı. Təhminənin göyərmiş qolu Fidanın diqqətindən yayınmadı.
– Qolunuza nə olub?
Təhminə duruxdu – Heç, yıxılmışam.
– Yaxşı, mən gedim onda. Sizə zəng edəcəm.
– Mütləq. Mən də.
Təhminə Fidanı yola salıb qapını arxadan açarla bağladı.
Səfər Fidanı gözləyənə qədər neçə siqaret çəkdiyini unutmuşdu. Fidan ona yaxınlaşdı.
– Təhminə haqqında demək olar hər şeyi öyrəndim.
– Daha sənə sözüm yoxdu. Gərək polisdə işləyəydin.
Fidan gülümsəyir, Səfərin yanından ayrılır, maşına oturur.
– Deyirəm bəlkə maşını işə salasız, Səfər bəy.
Səfər siqareti yarımçıq yerə atır, binaya baxa-baxa maşına oturur.
– Qadın haqqında nə öyrənmisənsə, danış. Az qala ürəyim partlaya. Düzü, atamdan gözləməzdim. Başa düşürəm, hər kişinin həyatında bu cür vəziyyətlər olur. Gərək bildirməyəsən. Amma atamda o ustalıq yoxdur.
– Başa düşmədim, bu nə deməkdi indi?
– Allaha and olsun, sənə heç vaxt xəyanət etmərəm.
– Bu başqa məsələ.
Fidan gülümsəyir. Səfərin yanaqlarından öpür.
Aybəniz anasının otağının qapısının ağzına gəlir. Yanaqlarından süzülən yaşları qoluyla silir, gözlərinə çəkdiyi karandaş üz gözünə yayılmışdı. Qapını döymədən açır.
– Ana!
Cəmilə – Gözüm səni görməsin.
Aybəniz – Qurban olum ana, qovma məni. Bağışla məni.
– Neçə aylıq hamiləsən?
– Bilmirəm.
Cəmilə Aybənizin üstünə qışqırdı.
– Necə yəni bilmirəm? Hər şeyi bildin, bunu bilmədin Ləçər?
Aybəniz çəkinə-çəkinə dedi
– Vaxtımdan iki həftə keçib
– O oğraşda qəbul eləmədi, hə?
– Eləmədi.
– Daha hədələyər səni. Atan məmur adamdı.
– Atamın kim olduğunu bilmir. Gizlətmişdim.
Cəmilə dərindən nəfəs aldı.
– Başın heç olmasa buna işləyib. Cəhənnəm, atan məmur olmasaydı həkimə aparardım səni. Hər tərəfdən əlimi-qolumu bağlamısan. Sənin kimi qızın boyunu yerə soxum.
Rədd ol, gözüm səni görməsin.
Aybəniz – Nə edəcəyik,ana?
– Fikirləşirəm. Çıx otaqdan, çıx.
Aybəniz hıçqırdı, otaqdan çıxdı.
Səfərlə Fidan dəniz kənarına gəldilər. Heç kim yox idi.
Səfər – Arxa oturacağa keçək.
Fidan gülümsəyir – Niyə?
– Keç, deyəcəm.
Fidan arxa oturacağa keçir. Səfər də arxa oturacaqda oturub qapını örtdü, Fidanın üzündən öpüb qucaqladı.
Fidan – Nə əcəb buralarda heç kim yoxdur?
Səfər – Niyə ki? Bizdən iyirmi addım aralı bizim kimi cütlük vardı.
– Hmm… nədi? Bura sevənlərin məkanıdır?
– Aha, sübut edim?
– Necə?
Səfər Fidanın üzünü özünə tərəf çevirdi. Dodaqlarından öpdü, öpdü, sevişdilər. Səfər şəhvətdən özünü idarə edə bilmirdi.
– Səni istəyirəm Fidan. Mənə inan, səni nistəyirəm.
Fidan – Biz hələ evlənməmişik. Lazım deyil, xahiş edirəm.
Səfər Fidanı eşitmirdi, boynunu öpə-öpə koftasının düymələrini açırdı. Açıq sinəsini öpəndə Fidan var-gücünü toplayıb Səfəri özündən uzaqlaşdırdı.
– Bəsdi Səfər, özünə gəl – deyib sevgilisinin üzünə şillə vurdu. Səfər Fidandan belə bir hərəkət gözləmədiyi üçün pərt oldu, gözləri qızardı, diqqətlə Fidana baxdı. Fidan bir az ondan aralandı, başını aşağı salmışdı, koftasının düymələrini bağlayırdı.
Ardı var…