12002168_840583572685707_6658297564029975972_n

Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin Baş redaktorunu və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti

Fidan Abbasova (Abbasova Fidan Elman qızı) 1986-cı il sentyabr ayının 12-də Ucar rayonunda anadan olub.1993-2004-cü illərdə Ucar rayon 1 saylı orta məktəbdə təhsil alıb. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin Mühasibat uçotu və audit fakültəsini qırmızı fərqlənmə diplomu ilə bitirib.
Hal–hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin 10 saylı ərazi şöbəsində Aparıcı Komputer Mütəxəssisi işləyir.
Şeirləri və məqalələri “Möhtəşəm Azərbaycan”, “Azad qələm”, “Elimiz.Günümüz”, “Kaspi”, “İctimaiyyət və təhsil” qəzetlərində, “Kümbet”, “Usare” dərgilərində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında olan poeması “Ziyalı”, “Vətəndaş Həmrəyliyi”, “Abşeron” qəzetlərində dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb. Rayon üzrə iki dəfə birinciyiliyə layiq görülüb və Fəxri fərmanla təltif olunub. Azərbaycan Dövlət Konservatoriyasında fərdi müəllim yanında muğam dərsləri üzrə təhsil alıb.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
2012-ci il fevral ayının 14-də Bakı şəhərində “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəridir.2013-cü il avqust ayının 28-də Bakı şəhərində “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilən Gündəlik İnformasiya Agentliyinin Baş redaktorudur.

* * *

Həyat dostun olsa sənin ürəyin
hara getsən sanma dogru gedirsən
gözlərinlə görmədiyin mələyin
sanki görüb günü-gündən sevirsən….

Heç bilmirsən içindəki şeytanın
dərdi nədir sənlə uzun yoldasan
qəlbindəki bəslədiyin insanın
yaratdığı ən məşhur əsərisən….

Barmaq deyil əldir səni gəzdirən
yetər ki sən bu dünyadan incimə
bu həyatda səni daim bezdirən
şərik olur duyduğun sevincinə…..

Kaş muradım sən olaydın ay Fidan!
ruhum sənin mələyinlə bəzənsin
gecə-gündüz sevib səni hər zaman
ruhum sənlə öz dünyamda gəzinsin…

* * *

Nə getdiyim yerlər səni unudub
Nə gəldiyim həmin masa həmin ev
nə təssəli məni bir an ovudub
ürəyimə necə deyim yenə sev

O ,bilmədi onu necə sevirəm
hər gün onun yoxluğuyla ölürəm
doya -doya ağlayıram gülmürəm
isdəmirsən məni unut yenə sev….

Unut necə görmədiyin gözləri
unut sənə söylədiyim sözləri
bükmə daha bu taqətsiz dizləri
isdəmirsən məni unut yenə sev…

Hara getsəm içimdədir isdəyim
deki gözlə ölənəcən gözləyim
indi yoxsan səni necə səsləyim
isdəmirsən məni unut yenə sev…..

Çox ağlama gözlərimə qan gələr
hara baxsam baxıdığım yer sən gələr
ölsəm sanki ruhum bir az dincələr
isdəmirsən məni unut yenə sev…..

Bu sabah mən oyandım o qoxunla
qane oldum azlığında çoxunla
min əzizim, min yaxından yaxınla
bənzətmədim isdəyirsən unut sev

Fidan gəldin yenə həmin ünvana
qoyma daha sevgin yenə aldana
qəlbindəki dar qəfəsli zindana
həbs et onu deki indi unut get
isdəmirsən məni unut yenə sev…….

* * *

Bir zaman uşaqdım arzularım az idi
Böyüdükcə ömrümə neçə arzu qoşuldu
nağıl kimi hər şeydən biri yox biri vardı
indi nağıl həyatım min arzuyla yoğruldu..

Keçdi neçə bahar yaz, keçdi günlər ömürdən
Duyğularım dəyişdi, indidə böyümüşəm
Ancaq baxıb arxaya bu sözləri deyirəm
nağıl kimi hər şeydən biri yox biri vardı
indi nağıl həyatım min arzuyla yoğruldu..

Nə gözəlmiş uşaqkən qalxa düşə böyümək
dil açıban anamın qucağına yürümək
hamı səni bəsləsin nə gözəlmiş sevilmək
indi yalnız ürəkdən tək bunu isdəyirəm
nağıl kimi hər şeydən biri yox biri vardı

indi nağıl həyatım min arzuyla yoğruldu..
Ömürmə bir gün daha yazılacaq yarından
Nəqədər sevənim var ətrafımda darımdan
xoşbəxt olan kəslərin ayrılıb sırasından
Sabahıma boylanıb tək bunu deyəcəyəm
nağıl kimi hər şeydən biri yox biri vardı
indi nağıl həyatım min arzuyla yoğruldu..

Nə xoşbəxtəm ilahi arzularım çin olub
Çox zaman kövrəlmişəm gözümə sevinc dolub
Bir arzum var geridə xoşbəxt olmağım qalıb
Ürəyimdən keçəni ilahi sən vermisən
Min şükür olsun sənə bu sözləri deyirəm
nağıl kimi hər şeydən biri yox biri vardı
indi nağıl həyatım min arzuyla yoğruldu..