e

* * *

Alıb biletimi,
zamanın son dayanacağında,
yelləyir ölüm məni öz qucağında.
Gedirəm üzü ona,
arxam zamana.
Özümdən bir ad yona-yona,
arzularım dona-dona,
növbəti ünvanıma,
səslənirəm.
Ünvan…
cəhənnəm adlı şəhər.
marşrut,bir qara tabut deyirlər.
Orda nə göydələnlər,
nə mazutlu dəniz,
orada da özünə bab sakinlər var,
əzizim,yer varmı kimsəsiz?
orada nə şişlər var,
nə qədəh dolu şərablar,
orada şərab əvəzi axan qanlar,
bir də ömrü boyu sıxılan canlar,
səslərindən utananlar,
görkəminə inanmayanlar,
baxır aynadan vəfasızlığına,
həyatın o üzünün.
orada darımı quracam özümün.
və yeni səhnəsinin,
remarkasını yazacam ölümün.
Tənhalıq adlı cəhənnəmə gedirəm,
yalnızlığın ağuşuna girirəm,
pəncərəmi bağlamışam xatirələrə,
Xatirələrimi istəmirəm girsin,
tənhalıq adlı cəhənnəmə.

Yaşasın

Həyatın hökmü zalımdı,
Ya əyil,ya da yaşa,sın.
Gələn dərdlərə bürünüb,
Bax ötən zövqlü yaşa,sın!

Alışır ömür çır-çırpın,
Az qəfəs qəlbində çırpın,
Adımı günahdan çırpın,
Quruyan darda yaş asın.

Həyatı təmiz yaşa,ya,
Kölə olmasın yaş,aya!
Qoymadız Elnur yaşaya,
Öldürün, ölü yaşasın