sc

Rafiq Kərimin tapşırığı ilə etibar etdiyi iki oğlanla Mahmudun evinə gəldilər. Rafiq qapını döyəndə qapını cavan bir qız açdı.
Rafiq – Salam xanım. Mahmud evdədir?
– Yoox. Kim idi soruşan?
Rafiq qızdan icazə istəmədən içəri girdi. İki oğlan da içəri keçdilər. İçəri keçən axırıncı oğlan qapını örtdü. Digər otaqdan sarışın, dolu qadın çıxdı.
– Siz kimsiz? Nə lazımdı sizə?
Rafiq – Səsini kəs, otur bir yerdə.
Qadın Rafiqin üstünə gələndə digər oğlan onun qolundan tutub qonaq otağına gətirdi, divana itələdi və dedi.
– Mane olsan Mahmud gələnəcən pis günə düşəcəksən
Qapını açan qız qorxusundan səsini çıxatmadı, sakitcə sarışın qadının yanında oturdu. Rafiqnən birlikdə gələn digər oğlan otaqları gəzirdi. Otaqların birində şkafların siyirmələrini açıb, yoxlayırdı. Axırıncı siyirməni açanda bir-neçə qadın vəsiqələri tapdı. Vəsiqələri otaqdan çıxıb Rafiqə verdi. Rafiq vəsiqələrə bir-bir baxanda Fidana məxsus olan vəsiqəni götürdü.
– Belə də bilirdim.
Rafiq üzünü qadınlara tutdu.
– Hara gedib Mahmud.
Sarışın qadın gözlərini süzdü.
– Mən nə bilim hara gedib?

Rafiq oğlana işarə verdi, oğlan pencəyinin altından tapança çıxartdı. Qadının yanındakı qız qışqırdı. Rafiq qıza acıqlandı.
– Bir azda qışqırsan səsini birdəfəlik kəsəcəyik.
Qız susur, sakitcə ağlayır. Sarışın qadın qorxusundan Mahmudun harda olduğunu deyir.
– Mah…Mahmud qızların ikisini müştəriyə apardı. Səhərdən çıxıblar, yəqin bu vaxtlar gələrlər.
Rafiq – Qızların adı nədir?
Bu zaman evin qapısı döyülür. Qadın Rafiqin sualına cavab verə bilmir. Rafiq qapıya yaxınlaşıb qapını açır. Qarşısında Fidanla Təhminəni görəndə təəccüblənir. Qızlar da Rafiqi görəndə təəccüblənir.
***
Evdə xadimədən, Səfərdən, Lamiyədən başqa heç kim yox idi. Lamiyə qəsdən otağından çıxmamışdı ki, anasıyla Cəmilə qonaqlığa gedəndə onu aparmasınlar. Aybəniz də anasıgil çıxan kimi Elçinlə görüşmək üçün evdən çıxmışdı. Səfər otağında gah araq içirdi, gah da pendirdən, xiyardan yeyirdi. Fidanla bağlı xatirələri gözünün qabağına gəlirdi. Maşında ilk dəfə yaşadıqları yadına düşdükcə içirdi. İçdikcə piyan olurdu. Otağındakı əşyalar gözünə dumanlı görünürdü.
Səfərin qapısı döyüldü. Səfər yatağına uzanıb ” gəl ” dedi. Qapı açıldı. Səfərə elə gəldi ki, içəri girən Fidandır.
– Fidan.
Lamiyə gülümsəyib Səfərə yaxınlaşdı. Yatağın bir küncündə oturdu.
– Necəsən?
– Sən burda neynirsən əzizim?
– Sənin üçün gəlmişəm.
Səfər Lamiyəni Fidan bilib dodaqlarından öpdü. Lamiyə etiraz etmədi, bu onun üçün gözlənilməz şans idi. Ayağa qalxıb, qapını bağladı, Səfərin qarşısında koftasını soyundu…
***
Qonaq otağında Fidan Rafiqə hər şeyi danışdı.
– Məni aldadıb bura gətirdilər. Həmin günü özümü pəncərədən atmasaydım, bunların istədiyi kimi olacaqdım. Çantamı götürməyə imkanım olmadı. özümü itirmişdim. Bu qadınla, bu qız şahiddir. Məıni aldadıb gətiriblər.
Rafiq sarışın qadına tərs-tərs baxdı.
– Düz deyir?
Sarışın qadın – Hə, kimsə Mahmuda tapşırmışdı. Balamın canı bilmədim o kimdi. Mahmud nə dedisə, Naza da onu elədi.
Rafiq – Aydındır. İkisini də aparın otağa, qapını bağlayın.
Oğlanlar qadınları Rafiqin dediyi kimi otağa apardılar,qapını da örtdülər.
Rafiq Lamiyəyə – Siz bir-birinizi çoxdan tanıyırsınız?
Lamiyə – Əclaf məni qaçırandan sonra tanış olmuşuq. Fidan yolda çantamı tapıb mənə qaytaran gündən münasibətlərimiz var. Fidan hər şeyi bilir.
– Hər şeyi?
– Kərimlə bağlı hər şeyi.
– Səni çox axtardıq, tapa bilmədik. Kərim bəy çox pisdir.
– Belə lazımıydı. Çox şeyi bilmirsən.
– Kərim bəy hər şeyi danışıb. Qaçırılmağınızdan xəbərim var. Sadəcə ikinizi də eyni adamın oğurlamasını indi bildim. İkinizin də günahı yoxdur. Çox güman sifarişi eyni adam veribdir.
Qapı döyüldü. Rafiq dedi.
– Qəhrəmanda gəldi. Açın qapını.
Oğlanlar qapını açdı. Mahmud oğlanları görəndə məsələni o dəqiqə başa düşdü, qızları oğlanların üstünə atıb sürətlə pilləkanları düşməyə başladı.
Oğlanlardan biri Mahmudun arxasınca qaçdı. Digər oğlan Rafiqə.
– Əclaf qaçdı.
Rafiq üzünü Təhminəylə Fidana tutdu.
– Tez burdan çıxmaq lazımdır.
Fidangil Rafiqlə birgə çıxdılar. Rafiq təcili qızlar üçün taksi tutdu, pulunu ödəyib qızlara dedi.
– Mən hər şeyi Səfərə danışacam. Mütləq əlaqə saxlayacam.
Fidan – Məhləmizlə üzbəüz binada yaşayırıq.
Təhminə çantasından çıxartdığı dəftərin vərəqinə ev nömrəsini yazdı, Rafiqə verdi.
– Kərimə deyərsən mənə zəng eləyər. Çox sağ ol.
– Siz gedin, Allah amanında.
Sürücü maşını sürdü. Rafiq onunla birlikdə gələn oğlanla maşına oturdu, Mahmudun arxasınca qaçan dostunu gözlədilər. Mahmud harada getsə gec-tez qayıdacaqdı.
– O əclafı tutmaq boynumun borcu olsun.
***
Lamiyə ağ örpəyə bürünüb qapını açıb bir az aralı qoydu. Səfər yatmışdı, günahından xəbəri yox idi. Lamiyə Səfərin yanına yaxınlaşıb onu qucaqladı gözlərini yumdu.
***
Aybəniz Elçinin evindəydi. Divanda oturmuşdular, Aybənizi qucaqlamışdı.
– Gələcəyimin ulduzu.
Aybəniz kinayə ilə gülümsədi.
– Gələcəyimin qarantisi desəydin , daha düzgün olardı.
– Ufff. Başlamada. Guya məni səndən başqa sevən yoxdur? Şükür elə, mən səni sevirəm.
– Əlbəttə, inanıram. Elçilkərini nə vaxt göndərirsən?
– Səncə, universitetə qəbul olacaqsan?
– Başa düşdüm, evdəkilərə deməmisən.
– Yox vallah, demişəm. Bu həftənin axırı sizə gəlmək istəyirlər. Atan verəcək səni mənə?
– Atam həmişə deyirdi ki, qızımı lap dünyanın ən kasıb oğlanı istəsin, bir şərtlə savadlı olsun, ali təhsili olsun.
– Deməli problem yoxdur. Anan bilir?
– Nəyi?
– Uşağa qaldığını
– Anam bilsəydi indi torpaqdaydım
– Qarnın burnuna dəyməmiş toy məsələsin həll eləmək lazımdır.
– Mütləq. İndi getməliyəm, anam evə gəlməmiş evdə olum.
– Gözlə, səni ötürüm.
***
Cəmiləylə Aynur şən vəziyyətdə içəri girdilər. Əllərinə hədiyyə qutuları vardı.
Cəmilə – Çox yaxşı qadındır.
Aynur – Yoldaşı da.
– Yoldaşı Kərimin əsgər yoldaşı olub
Cəmiləylə Aynur pilləkanları qalxdılar.
Aynur – Allah bilir, Lamiyə də hələ yatır. Oyansaydı, aldığım donu geyinərdi baxardıq.
Birlikdə Səfərin qapısının ağzından keçəndə dayandılar. Gördüklərinin qarşısında ikisi də susmuşdular. Səfərlə lamiyə qucaqlaşıb yatmışdılar. Aynurun gözləri dolmuşdu, üzünü Cəmiləyə tutdu.
– Bu nə deməkdi?
Cəmilə rəfiqəsinə cavab verə bilmirdi. Özü də çaşmışdı. Aynur qəfildən qızının adını qışqırdı.
– Lamiyə
Lamiyə anasının səsini eşidən kimi dik atıldı. Səfər də mızıldana-mızıldana gözlərini açdı, qarşısında Lamiyəni çılpaq görəndə cəld ondan uzaqlaşdı.
Aynur otağa girdi – Bu nə biabırçılıqdır siz elədiniz? Qızım bu evdə əmanət idi Səfər. Nə iş gördün?
Aynuru ağlamaq tutdu. Lamiyə də rola girdi. Ağlamağa başladı.
Aynur qızının üzünə şillə vurdu. Səfər başını aşağı salıb bir əliylə üzünü tutdu.
– Bu necə oldu axı? Mən sərxoş idim. İndidə heç nə xatırlamıram.
Cəmilə – Danışma Səfər. Bu biabırçılığı həll etmək lazımdır.
Aynur – Qızımın namusu ləkələnib Cəmilə. Nəyi həll edəcəksən?
Cəmilə – Səs-küy salmaq lazım deyil. Tez bir zamanda evləndirərik. Məsələ kökündən həll olunar. Bircə Kərimin bu məsələdən xəbəri olmasın.
Səfər – Axı mən?
Cəmilə oğluna təpindi – Axı mən nədi? Evlənməlisən Səfər. Otaqdan çıxırıq, paltarlarınızı geyinin. Aşağıda söhbət edək.
Cəmilə Aynuru sakitləşdirə-sakitləşdirə otaqdan çıxdılar, qapını örtdü. Lamiyə ağlayırdı, Səfər diqqətlə ona baxdı.
– Bu necə oldu?
Lamiyə hıçqıra-hıçqıra danışmağa başladı.
– Qapını döydüm. İçəri girən kimi məni öpdün. Onsuzda səndən xoşum gəlirdi. Hisslərimin əsiri oldum. İstəməsən mənimlə evlənmərsən. Anamı birtəhər razı salaram.
Səfər ofuldadı – Yaxşı, paltarını geyin.
Lamiyə ayağa qalxanda Səfər çarşabın üstündəki qan ləkəsini gördü. Əliylə üzünü tutdu.
– Bağışla məni Lamiyə. Mən içkili idim. Bağışla.
Səfər şalvarını geyinib, koftasını götürdü, otaqdan çıxdı. Lamiyənin üzü gülürdü. Artıq məqsədinə çatmışdı. Yaxın gələcəkdə Səfərin arvadı olacaqdı.
***
Fidan sevincindən yerə-göyə sığmırdı. Artıq günahsız olduğu sübut olunmuşdu. Təhminə də sevinirdi. Təhminə Fidana dedi.
– Səfərlə sən evlənsən, Kərim də o ifritədən boşanıb mənimlə evlənsə, biz nə sayılacağıq?
Fidan təəccübləndi – Kərim dayı Cəmilədən boşanmaq istəyirdi?
– Hə, son günlər onunla yaşamağın dözümsüz olduğunu deyirdi.
– Cəmilə qədər həyatımda ikinci nifrət elədiyim insan yoxdur. Amma Səfərlə barışıb barışmamaqda qərarsızam. Anamın torpağı heç soyumayıb. Yazıq anam, yaxşı ki, Səfərin məni döyməsini bilmədi. Hələ üzümün göyləri çəkilməyib. İstəmirəm, taleyim anamın taleyinə bənzəsin.
– İnşallah oxşamaz.
– Mən anam kimi olmayacam. Lazım olsa, qarşımdakından istiadə etməyi də bacaracam. Anamın ölümünə Cəmilə bais oldu. Sevdiyim adamın anası. Səfərlə evlənsəm ilk işim Cəmiləni öldümək olar. Kərim dayı heç olmasa məhkəmələrdə sürünməyəcək.
Təhminə səsli güldü.
– Hələ belə gülməmişdim. Baxarsan, Səfər düşəcək ayaqlarına.
– Niyə yalan deyim, ürəyimin bir yerində sevgisi var. Amma anam öləndən sonra Səfər də gözümdən düşübdü.
– Səni başa düşürəm. Unutma ki, burda Səfərin heç bir günahı yoxdur. İkinizdə qurbansız.
***
Qonaq otağında Lamiyə, Səfər və anaları üzbəüz oturmuşdular. Aynurun əsəbdən başı ağrıyırdı.
Aynur – Düz deyirlər, oğlan olan evə yad qız gətirməzlər.
Cəmilə rəfiqəsini tənbeh etdi:
– Məsələni böyütmək lazım deyil. Oğlum bir qələt elədi, başa düşürəm, yanında da xəcalətliyəm. Axı qızım, Lamiyə sənin də günahın az deyil. Hamımız bilirik ki, nə olubsa xoşluqla olub.
Aynur Səfərə – Qızımla evlənəcəkən, bu ləkəni üstümüzdən götürəcəksən.
Səfər başını aşağı salmışdı, cavab verməyə halı yox idi. Cəmilə oğlunun yerinə cavab verdi.
– Əlbəttə təmizləyəcək. Kərim də gəlsin, axşam danışacam. Sentyabrın ortası toy hazırlıqlarına başlayarıq.
Səfər diqqətlə anasının üzünə, sonra da ağlamaqdan gözləri qızarmış Lamiyəyə baxdı, başını aşağı saldı.
– Sentyabrda evlənərik. Toya aid nə varsa, hamısını özünüz edərsiniz.
Səfər otaqdan çıxanda bacısı Aybəniz içəri girdi. Cəmilə qızının üstünə acıqlandı.
– Hardasan bu vaxta qədər? Səni evdə tək qoymalı deyil?
Aybəniz çəkinə-çəkinə dedi:
– İmtahanların cavablarını öyrənməyə getmişdim. Kəsilmişəm.
Cəmilə – Guya nə vaxt oxumusan ki?
Aybəniz Lamiyənin ağladığını indi hiss etdi.
– Nə olub? Lamiyə niyə ağlayır?
Cəmilə – Sənə nə var niyə ağlayır. Düzünü de görüm hardaydın? Guya imtahan söhbətinə inandım?
Aybəniz təslim oldu – Yaxşı, düzünü deyəcəm. Elçinlə görüşdən gəlirəm. Bu həftənin axırı elçi gəlmək istəyirlər.
Cəmilə bir az rahatladı – Lap yaxşı, qardaşınla Lamiyənin toyundan sonra sənin toyunu edərik.
Aybəniz eşitdiklərindən şoka düşdü – Necə? Səfərlə Lamiyənin toyu?
Aybəniz diqqətlə Lamiyəyə baxdı.
***
Rafiq özüylə birgə gətirdiyi iki adama tapşırdı ki, Mahmudun evinin qabağında gözləsinlər. Qadınlarda kim evdən çıxsa biri mütləq izləsin. Özü isə, birbaşa Kərimin iş yerinə gəldi. Kərimə Fidanla Təhminənin tanışlığından, əslində onları oğurlayanların eyni adam olduğunu, Fidanın günahsız olduğunu – hər şeyi bir-bir danışdı.
Kərim təmkinlə dinlədikdən sonra dedi.
– Lap biabırçılıqdır. Fidan Təhminəylə münasibətimi bilirdisə, deməli oğlum da bilirdi. İkisinin də üzünə baxmaq var. Hələ Səfərin Çiçəyin ölümündən xəbəri yoxdur.
Kərim saata baxdı.
Hazırlaş, birinci evə gedək, Səfərlə birlikdə gedərik Təhminəgilə.
– Baş üstə. Kərim bəy, bu məsələlər həll olunsun, sonra sizinlə söhbətim olacaq. Şəxsidir.
– İndi də deyə bilərsən.
– Münasib vaxtda deyərəm.
Kərim gülümsəyir – Yaxşı, necə məsləhətdi.
Rafiq otaqdan çıxır. Kərim Təhminənin Rafiqə verdiyi nömrəyə zəng edir. Telefona Təhminə özü cavab verir.
– Allo
– Necəsən Təhminə? Mənəm Kərim.
– Tanıdım. Yaxşıyam.
– Axşam hazırlaşın, Səfəri də götürüb gələcəm sizə.
– Olar.
– Təksən?
– Hə, Fidan o biri otaqdadı.
– Niyə belə elədin? Sakitcə getməyin mənası nə idi?
– Olar bunları üz-üzə danışaq?
– Yaxşı.
– Hələlik.
– Hələlik.
Kərim telefonun dəstəyini yerinə qoydu.

***
Rafiqin adamları Mahmudun yaşadığı binadan bugün evlərində gördüyü sarışın , dolu qadının çıxdığını gördülər. Oğlanlar ayrı-ayrılıqda qadını izlədilər. Qadın dayabacaqda avtobusa minəndə oğlanlar da taksilərin birinə yaxınlaşdılar. Taksi avtobusu izləməyə başladı.
Qadın üç dayanacaqdan sonra avtobusdan düşdü. Ara məhləyə girdi. Uçuq-sökük bir evin qapısını döyəndə oğlanlar gördü. Qapını bir kişi açdı. Oğlanlar təəccübləndi. Bu kişi Mahmud deyildi, tamam yaşlı adam idi. Qadın içəri keçdi. Oğlanın biri sakitcə qapıya yaxınlaşdı, qulağını qapıya söykədi. Bir az keçəndən sonra yoldaşına başıyla işarə verdi.
***
Kərim evə girəndə ilk dəfə şam yeməyi üçün süfrənin hazır olmadığını gördü.Səfərdən başqa hamı qonaq otağında qaşqabaqlı oturmuşdu.
Kərim – Axşamınız xeyir.
Cəmilə – Axşamın xeyir.
Aynur – Axşamınız xeyir.
Kərim – Nə əcəb süfrə hazır deyil?
Cəmilə – Sağ olsun uşaqların, ikisi də necə həyəcanlandırdısa bugün bizi sevincdən yemək yada düşmədi.
– Başa düşmədim.
– Qızın imtahandan kəsilib. Əvəzində bu həftə elçi gəlmək istəyirlər.
Kərim diqqətlə qızına baxır.
Cəmilə davam edirdi – Oğlun da Lamiyəylə evlənməyə hazırlaşır.
Kərim – Nə danışırsan? Nə evlənmək? Bu ola bilməz.
Cəmilə Kərimə yaxınlaşdı – Yaxşısı budur təklikdə danışaq. Görünür Səfərin ürəyinə yatıb.
– Cəmilə mümkün deyil. Fidanın günahsız olduğu ortaya çıxdı. O Mahmuddur, nə zibildir bilmirəm, tapdıq.
Cəmilə başını aşağı salıb udqundu, bir anlıq özünü itirdi. Bu Kərimin gözündən qaçmadı.
– Özünü niyə itirdin?
– İtirmədim. Bu xəbəri Səfərə demə.
– Səfər Fidanı sevir. Qızım Lamiyə, incimə balamsan, Səfər səni xoşbəxt edəcək adam deyil.
Lamiyə ağlaya-ağlaya otaqdan çıxır. Aynurun da gözləri dolmuşdu.
Cəmilə – Mən sənə demək istəmirdim, məcbur elədin.
– Nəyi?
– Səfər Lamiyəylə evlənsə yaxşıdır. Lamiyə ilə evlənməyə məcburdu.
Kərim Aynura baxdı. Aynur da ağlya-ağlaya dedi.
– Sizin kimi mən də xəcalətimdən yerin dibinə girirəm.
Kərim başını aşağı salıb dərindən köks ötürdü.

Ardı var…