Xoşbəxtlik, Xoşbəxtlik…Kasıb olanlar xoşbəxtliyi pulda,var-dövlətdə, sevgidən əziyyət çəkənlər sevgidə, dişləri ağrıyanlar xoşbəxtliyi dişləri sağlam olmaqda görər. Gülməlidir hə, amma bu fikirləri Şekspir səsləndirmişdi.Bu həqiqətəndə belədir. Saysaq adını xoşbəxtlik qoyacağımız ,xəyalında oldugumuz çox anı göstərə bilərik.Bəzən kiçik xoş anı xoşbəxtlik hesab edərsən.Çünki sən illərdir o kiçik anın həsrətindəsən. Bir neçə dəqiqəlik xoş an sənin xoşbəxtliyin olar.Hər insan xoşbəxtliyə irəliləmək adını xoşbəxtlik qoya biləcəyi nələr isə axtarar.Tapar bəziləri ,tapar xoşbəxt sanar özünü, bəziləri xoşbəxtliyi səhv anlayar, bəziləri isə nə qədər axtarsada tapa bilməz.Ondan uzaq qaçar xoşbəxtlik.Sanki uca bir zirvədə dayanar. Nə qədər ona yaxınlaşmaq istəsəndə yaxınlaşa bilməzsən.Kim isə,nə isə yolunu kəsər,addımlamağa qoymaz səni.İnsanların istədikləri şeyə sahib olması böyük bir xoşbəxtlikdir,amma sahib olduğundan çoxunu istəməmək daha böyük bir xoşbəxtlikdir.Mənə görə hərdən xoşbəxtlik ücün nəsə axtarmaq,xoşbəxtliyi nədəsə görmək mənasız düşüncədi.Xoşbəxtlik insanın içindən ,dərinliklərdən gələn bir hissdi.İnsan sadəcə xoşbəxt olduğunu düşünür,səbəbi isə bir vaxt arzu etdikləri deyil, sadəcə hissidi.Həyatla sülh bağlasan xoşbəxt,müharibə etsən bədbəxt olarsan.Uşaq ikən yəqinki çox insanın həyata keçirdiyi və keçirə bilmədiyi arzuları olub.Bəzən xoşbəxtlik kəlməsinin özünü belə səhv anlayarsan.Arzularını,umidlərini yanlış küçələrdən xoşbəxtlik adlı ünvana catdirmaq istəyərsən.Yalnız sonda başa düşərsən ,düzgün qapını döymədiyini..Səhərlər özünü xoşbəxt sanan insanların çoxu gecələr düşünərkən özlərini bədbəxt hiss edir.Gecələr dinlədiyin musiqilərdimi buna səbəb,ya özün?Bəzən bilərəkdən musiqiçiləri günahkar çıxartmaq istəyərik.Sanki bunların səbəbi özümüz deyilik.Təsəvvür etmək,xəyalına gətirmək canlandırmaq istəyərsən..Çəkinmə özünü xəyallarına etibar et.Xəyalların edə bilməyəcəyi ,qarşısını kəsən maneələr yoxdur.Xoşbəxtliyə çatmağa imkan verməyən bir şey yoxdur xəyallarda.Xəyallar sərhəd tanımaz.Uşaq ikən oynadığımız oyuncaqlardan ,oynayarkən yıxılmaqdan,kitabları vərəq-vərəq axtararaq şəkil tapmaqdan yorulardıq.
Böyümək istəyərdik,həyatın sürprizlərini görmək,dadmaq istəyərdik. Kiçik akvariumlardakı balıqları hec vaxt xoşbəxt hesab etməzdim.Çünki onların azadlıqları yox idi.Bəli ,azadlıqları olmadığına görə.Xoşbəxtlik azadlıqdımı?Yox dostum….Xoşbəxtlik azadlıq deyil,nədə ki azadlıq xoşbəxtlik…Xəyallarını gerçəkləşdirmək arzusu ilə böyüyər hər kəs.Gecələr yatarkən dua edər Allaha.Can atar, xoşbəxtlik sandığı xəyallarına toxunmağa.Dualar gerçəkləşər ,xəyal etdiklərin sənindir artıq.Amma həyat bunun müqabilində səndən nə isə,kimləri isə alar.Lənətləyərsən hətta,qalmasın belə həyat deyə.Böyüdü həyat!Qarşında bir obraz böyüdü.Aldanan xoşbəxt obraz.Indi xoşbəxtliyi bir vaxt oyuncaqlarla oynayarkən atasının çəkdiyi şəkildə görür.O saralmış şəkildə.Amma illərin xatirəsi olan şəkil.Xoşbəxtliyi içinə çəkmək istəyərsən o saralmış şəkildən.Həyat bəzən bizimlə müqavilə bağlayırmış kimi verdiklərinin əvəzini çıxar.Bizə isə sadəcə şəkillərə baxaraq demək qalar.Mən sadəcə xoşbəxt olmaq istədim.
Nəcəf Kazımov