12202155_886472768116427_1538859207_n

Lamiyə Tahirin pulnan tutduğu evdə onunla birgə iki gün yaşadı. Tahirin Lamiyəyə qarşı münasibətlərində soyuqluq hiss olunurdu. Lamiyə dözməyib qaldığı üçüncü gündə soruşdu:
– Nə olub? Gəlməyimi istədin gəldim. Daha nə lazımdı sənə?

Tahir hirslənib Lamiyəni yatağa itələdi.
– Məni aldatmağını həzm edə bilmirəm. Xəyanətini unuda bilmirəm. Bu uşağın məndən olmayacağını fikirləşəndə az qala havalanıram.
Lamiyə özündən çıxdı, səsini qaldırdı, havalı kimi danışmağa başladı.
– Sənə demişdim bu uşaqı doğum? Özün məcbur etdin. Nədir? İndi ayılmısan?
– Pal-paltarını yığışdır, çıx get evinizə.
Lamiyə təəccüblənmədi, kinayə ilə gülümsədi
– Belə də bilirdim. Ağıllısan, gedim uşağı doğum, sonra təzədən ortaya çıx, uşaq məndəndir de. Onsuzda ailəmi dağıtmasan dincəlməyəcəksən.
Tahir qəşş edib güldü.
– Ailə? Sənin məgər ailən var? Hanı ərin? Heç bir dəfə də olsun arvadıyla maraqlanmayıb. Yaxşı kişi olsa, heç olmasa arvadının məşuqunun yanında olduğunu bilərdi.
– Sən də yaxşı olsaydın, ərimə yox, sənə gələrdim.

Tahir Lamiyənin gözlərinə baxdı, yataqda üstünə çıxdı, özü də bilmədi qadına nə qədər şillə vurdu. İlk şillələrə Lamiyə özünü müdafiə etsə də, sonra bacarmadı, halsız qaldı. Bir tərəfdən də Tahirin dizi qarnına dəyirdi. Tahir Lamiyənin tərpənmədiyini gec başa düşdü, dayandı. Lamiyənin üzünə yüngülcə şillə vurdu ki, ayıltsın, ayılmadı
– Lamiyə, Lamiyə.
Lamiyədən səs çıxmırdı. Tahir qorxdu, qadının üstündən qalxdı. Dəli adamlar kimi sağına, soluna baxırdı. Lamiyəni yenidən oyanması üçün yüngülcə şillə vurdu, heç bir nəticəsi yoxdur. Əlləriylə başını tuta-tuta evdən çıxdı və qayıtmadı.

Hemişəki kimi Rəşadla Təhminə, Fidan nahar edirdilər. Fidan Təhminəylə Rəşadı diqqətlə süzdü,sükutu verdiyi qərarla pozdu.
– Ola bilsin övladlığa uşaq götürüm.

Təhminənin yediyi tikə boğazında qaldı, öskürdü. Rəşad kürəyinə yüngülcə vurdu,” öz payındı” deyib, içməsi üçün su dolu stəkanı ona uzatdı. Təhminə suyu içəndən sonra dərindən nəfəs aldı.
– Deyirəm də, son vaxtlar sənin başın xarab olub. Əlli yaşın var uşaq götürürsən saxlamağa? Ay Allah, dəli olacam. İyirmi yaşın heç tamam olmayıb, nədi, ərə getməyəcəksən, ya Səfər qayıdacaq?

Rəşad astaca Təhminəni səslədi ki, ağır cümlələr işlətməsin. Təhminə fikir vermirdi, davam etdi.
– Sən hələ də Səfəri sevirsən. Ay qız gözünü aç, sizinki on il də keçsə, baş tutan sevda deyil.
Fidan – Bunun Səfərlə nə əlaqəsi?
Təhminə Fidanın üstünə qışqırdı. – Çoxdur əlaqəsi.
Fidan – Üstümə qışqırma
Təhminə – Qışqıracam. O gün yazdıqlarını oxudum. Ay axmaq, başa düşmürsən ki, anan onların ucbatından öldü?
Fidanın gözləri doldu, heç nə demədi, otağına gedib qapını çırpdı. Təhminənin də gözləri dolmuşdu. Rəşad Təhminəni sakitləşdirməyə çalışırdı:
– Əsəbləşmə. Gərək üstünə belə getməzdin.
– Axmaq qız, elə bilir ki, həyat Səfərdən ibarətdi
Rəşad – Ümumiyyətlə Səfərdən xəbəriniz var?
– Harda olacaq? Ailə qurub, kefindədi.

Səfər evdən çıxmaq üçün hazırlaşırdı. Cəmilə qapını döyüb içəri keçdi.
– Hara gedirsən?
– Dostlarımla görüşməliyəm. Sabah qayıdacam. Bir-neçə aydan sonra birdəfəlik qayıdıb yarımçıq qalmış işlərimi görməliyəm. Əvvəlcə Aynur xalaya zəng etməliyəm. Lamiyə qayıtsın, belə olmaz. Məsələni kökündən həll etmək lazımdı
– Boşanacaqsan?
– Alınmır ana. Hamınız bilirsiniz ki, məcbur idim evlənməyə.

Cəmilə Lamiyənin telefonda onu hədələmələrini xatırladı. Bilirdi ki, oğluyla boşansa Kərim də onu boşayacaq, Bütün pis əməlləri ortaya çıxacaq. Oğlunu fikrindən daşındırmağa çalışdı.
– Boşanmağa tələsmə.İndi sınaq müddətindəsiniz.
– O qız ailə qədri bilən deyil. Sizin yanınızda niyə qalmadı? Onun öhdəsindən heç kim gələ bilməz.
– Özüm demişdim getsin. Anasına da bərk-bərk tapşırdım ki, qızını başa salsın, sən qayıdanacan öyrətsin.
Səfər susdu, qurtqasını geyinə-geyinə otaqdan çıxdı.

Fidan Təhminəyə bir söz demədən evdən çıxdı. Rəşad həyətdə Fidanı görüb soruşdu.
– Gec gələcəksən?
– Anamın məzarını ziyarət edəcəm. Deyərsən ona. Fidan dayanacaqdan bir az aralıda taksilərin birinə oturdu.

Lamiyə gözlərini ağrılarla açdı. Qəfildən sancısı tutdu, özündə güc toplayıb çantasından anasının onun üçün verdiyi Zamanın nömrəsinə baxdı, əl telefonundan zəng etdi. Lamiyə Zamanın nömrəsini yığdı, tənginəfəs halda danışdı.

– Zaman, kömək edin mənə. Təkəm, ünvanı yaz, tez ol.

Lamiyə zamana ünvanı deyəndən sonra ayağa astaca qalxdı.

Fidan taksidən düşüb anasıyla sonuncu dəfə yaşadığı məhləyə gəldi. Köhnə qonşuları Cəmilənin qapısını döydü. Qapını açan Cəmilə Fidanı görən kimi tanıdı. – Bıy, Fidan.
– Necəsən Cəmilə xala.
Fidanla Cəmilə öpüşüb görüşdülər. Cəmilə Fidanı bağrına basdı, gözləri doldu.
– Elə bil qarşımda Çiçəyi gördüm. Keç içəri, qapının ağzında dayanma.

Fidan içəri keçdi. Cəmilə qapını örtdü. Səfər də Fidangilin yaşadığı məhləyə girdi. Fidanın və anasının əvvəl yaşadığı evin qapısına yaxınlaşdı. Əliylə qapıya toxundu, keçmişi xatırladı, gözləri doldu. Çiçək xala, Fidan süfrə arxasında üçü də danışıb gülürdülər. Üzbəüz evdə yaşayan evdən ortayaşlı bir qadın çıxdı.
– Evdə heç kim yoxdur.
Səfər diksindi, qadına yaxınlaşdı.
– Burda əvvəl bir ailə yaşayırdı, ana-qız idi.
– Həə, Çiçək xalanı deyirsiz?
– Aha
– Çiçək xala çoxdan rəhmətə gedib.
– Bilirəm, harda basdırılmışdı?
– Siz nəyisiz? Düzü, mənə tanış gəlirsiz.
– Qızının keçmiş nişanlısıyam.
– Aydındır. Yasamal qəbirstanlığında basdırdılar. Heyf o qızdan, itirdiniz.
Səfər utandığından bir söz demədi.
– Çox sağ olun – deyib məhəllədən çıxdı. Qadın Səfər gözdən itənəcən arxasınca baxdı, Cəmilənin qapısına yaxınlaşdı. Qapını açıb Cəmiləni səslədi.
– Cəmilə, evdəsən?
Cəmilə qapının ağzına gəlmədi, otaqdan səslədi.
– Gəl, evdəyəm. Gəl gör kim gəlib?

Qonşu içəri keçəndə qarşısında Fidanı gördü, təəccübləndi.
– Fidan, sən burda neynirsən?
Cəmilə Fidandan əvvəl dilləndi.
– Bıy, necə yəni neynirsən? Qonşu olmamışıq, gələcəkdə.
Qonşu Fidanla görüşdü. – Bura tək gəlmisən?
Fidan – Hə. Nə olub ki?
Qonşu – Bəyaq bir oğlan ananın qəbrini soruşurdu məndən.
Fidanla Cəmilə təəccübləndi.
Fidan – Kim idi? Nə soruşdu?
– Keçmiş nişanlın idi. Ananın məzarını soruşdu.
Cəmilə – Səndə dedin?
– Dedim.
Fidan – Səfər bura gəlmişdi?

– Hə, ananın qəbrinin harda olduğunu soruşdu.
Fidan – İndi yəqin ora gedir.
Cəmilə Fidana – Qızım, sən də get. Üz-üzə gələndə danışmaq daha yaxşıdır, nəinki belə.
Fidan – Düzü, gözləmirdim.

Fidan köhnə qonşularıyla sağollaşdı, məhəllədən uzaqlaşdı. Yodan keçən taksilərdən birini saxlatdırdı, arxa oturacaqda oturdu.

Təxminən yaşı 30-35 olan Zaman Lamiyəni xəstəxanaya apardı
Lamiyənin təzyiqi yuxarı olduğundan təbii doğuş olmayacaqdı. Həkim keysər əməliyyatı etmək üçün Lamiyəni hazırladı. Lamiyə həyəcanlıydı, həkim onu sakitləşdirirdi ki, qorxmasın.

Fidan yasamal qəbirstanlığının qarşısınd taksidən düşdü. Ətrafda saxlanılan maşınlara baxdı, Səfərin maşınını görmədi. Qəbirlərin arasından ətrafa baxa-baxa keçdi. Heç kimi görmürdü.
Fidan anasının qebrinin qarşısında dayandı. Sonra geri qayitdı. Yolun qırağında satılan təbii qərənfillərdən beşini aldı.
Anasının qebrinə yaxınlaşanda qebrin üstünün su olduğunu gördü. Bir-neçə dəqiqə əvvəl anasının qəbr daşı quruydu. Fidanın gözləri doldu, “Səfər” deyib ətrafa baxdı
Yenə heç kimi görmədi. Fidan məzarın üstünə qərənfilləri qoydu, ağlaya-ağlaya anası üçün dua oxudu.

Zaman xəstəxana həyətində əl telefonuyla Aynurla danışırdı. – Hələ xəbər yoxdu. Əməliyyat edirlər
Aynur – Qızım xəstəxanadan çıxanda mütləq öz evinə apar. Nə xərc çəkmisənsə ödəyəcəm.
Zaman – Narahat olmayın, Aynur xanım. Lamiyəni də, uşağını da pis vəziyyətdə qoymaram
Aynur – Mənə mütləq xəbər et
Zaman – Arxayın olun
– Birdə Zaman, o xəstəxanadan təkcə qızım çıxacaq.
Zaman təəccübləndi, Aynura yox deyə bilməyəcəkdi. Udqunub dərindən nəfəs aldı. – Təkcə qızınız çıxacaq.

Fidan taksi tutmaq üçün yola çıxdı. Səfər uzaqdan gizləndiyi məzarın üstünə qoyulmuş daş heykelin arxasından çıxdı, Fidan taksiyə minənəcən izlədi. – Bağışla Fidan! Üzünə baxmağa üzüm yoxdur. Bağışla!…

Ardi var