VAXT VARDI
Qəzəllərim – silsiləsindən
Vaxt vardı təzə,qönçələmiş bir gül idim mən,
Bilməzdim nədir fəsli-xəzan,tufan,duman,çən.
Yolumu gözlərdi çəmənlər,dağlar,dərələr,
Istərdilər onların sinəsiqndə bitəm mən.
Eşqimdən dərdə düşüb ağlayardı bülbüllər,
Mənə həsəd edərdi lalə,nərgiz,yasəmən.
Valeh edərkən mərifətim,cümlə-cahanı,
Yaxdı fələk,gur saçlarıma,düsdü bəyaz,dən.
Tufan sovurub gülşənimi eylədi səhra,
Qönçəm,çiçəyım,oldu xəzan,getdilər əldən.
Versə də bahar fəslin bada,dönsə də Dövran,
Heç getməyəcək ilk baharın eşqi könüldən.
03.11.2015.
G Ə L M Ə D İ
Qəzəllərim silsiləsindən
Gözlədim sübhə kimi qəlbi talan, gəlmədi,
Yar necə çıxdı görən vədə yalan,gəlmədi.
Bilirəm dözməyəcək bu həsrətə xəstə könül,
Dəlitək sevən qəlbim qaldı nalan, gəlmədi.
Bu halət etdi məni, yaşayan bir canlı cəsəd,
Dipdiri, sağikən məni qəbrə salan, gəlmədi.
Hicrindən bitab olub, düşər ikən yataqlara,
Hər saat, hər dəqiqə canım alan, gəlmədi.
Ötdükcə dövrü-zaman, dönüb dastan olacam,
Söylənəcək Dövrana, qənim olan, gəlmədi.
02.11.2015.